İxtisasın qısa təsviri 

  Əczaçılığa farmasiya və ya farmasevtika da deyilir. Yunanca “pharmakeia”, latınca “pharmacia” dərmanların tətbiqi, işilədilməsi mənasını bildirir; sinonim kimi dərmanşünaslıq nəzərdə tutulur. Beləliklə , əczaçılıq ixtisasının tərifini aşağıdakı kimi vermək olar :

 “Əczaçılıq dərmanşünaslığın vacib, ayrılmaz sahəsi olub, dərman vasitələrinin hazırlanması, standartlaşdırılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və buraxılmasına, habelə müvafiq sahələrin dərman təchizatının təşkilinə dair xüsusi elmi və praktiki bilikləri özündə birləşdirən ixtisasdır”

  Əczaçılıq dərmanların sənaye – texnoloji prosessləriylə bağlı olan bölümdür. Bu ixtisasının əsasını dərmanlar, onların xammal vəziyyətindən tutmuş hazırlanıb aptek və digər tibb müəssisələrinə ordan isə vətəndaşlara çatdırılması kimi çox şaxəli iş sahələri təşkil edir. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir. Bu peşə riyazi zehnli insanlar üçün uyğundur, çünki əczaçı daim dərman dozalarının incə hesablamaları ilə qarşılaşır. Burada güclü yaddaş da şərtdir. Kimya və biologiya ilə maraqlananlar üçün uyğun peşədir.

                                                  Peşənin tarixi

   İlk dəfə olaraq 1938 – ci ildə Dərman formalarının texnologiyası kafedrası Azərbaycan Əczaçılıq İnsitutunun nəzdində yaranmışdır. 1941- ci ildən Azərbaycan Əczaçılıq İnstitutu Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə çevrilmişdir.

                     Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  • Əczaçı mövcud dərman maddələrini inkişaf etdirmək və yaxşılaşdırmaq. Müxtəlif dərmanlar hazırlamaq.Bu tablet, toz və ya məlhəm ola bilər;
  • Dərman maddələrinin hazırlanması texnologiyasını mənimsəmək və təkmilləşdirmək;
  • Əczaçı olaraq pasiyentlərin sizə təqdim etdiyi reseptlərə uyğun şəkildə onu dərmanla təmin etməli.
  • Reseptsiz şəkildə müraciətlərdə onları şikayətlərinə uyğun şəkildə dərmanla təmin etməli və ya problemin ciddi olduğunu düşünüyünüzdə həkimə yönləndirməlisiniz.
  • Analitik ekspertiza mərkəzi başqa laboratoriya, zavod və s.kimi yerlərdə verilmiş kimyəvi maddələri yoxlamadan keçirir ya da verilən tapşırıqlara əsasən analizlər edilir(şöbəyə, tələbata uyğun olaraq)
  • Dərman və tibbi məhsulların sifarişi və satışı;
  • Əczanədə malların nümayişi və sifarişin aparılması;
  • Müştəri ilə məsləhətləşmə;
  • Xidmət standartlarına uyğunluq;
  • Dərmanların raf ömrünə nəzarət;
  • Dərmanların keyfiyyətinə nəzarət etmək;
  • Dərmanlarının tanıtımında iştirak etmək

                      Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Tibb Universiteti

                 Bu ixtisas üzrə harada çalışmaq olar

  • Avromed
  • Avis
  • Zəfəran apteklər şəbəkəsi
  • Azerimed
  • Buta
  • Vita 
  • Analitik ekspertiza mərkəzi
  • Laboratoriyalarda

               Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Dərman maddələrinin fiziki və kimyəvi xassələrini, kimyəvi tərkibini, biokimyəvi xüsusiyyətlərini dərindən və mükəmməl bilməlidir
  • Kimya və biokimya fənlərinin məlumatlarından istifadə etməyi bacarmalıdır
  • Dərmanşünaslıqda məlum olan dərman maddələrinin insan və heyvan orqanizminə təsiri barədə əczaçı zəruri olan bütün məlumatlara malik olmalıdır
  • Kompüter proqramları ilə bağlı baza bilikləri
  • Dəqiq və diqqətli olmaq;
  • Güclü yaddaş;
  • Gülərüz və nəzakətli olmaq;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Çox sayda məlumatla işləmək bacarığı;
  • Psixologiyanın əsaslarını bilməli, empatiya qurmağı bacarmaq;
  • Məsulliyətli olmaq;
  • Problemləri, dəqiq şəkildə müəyyən etmək;

                               Bu sahənin gələcəyi 

  Sahənin gələcəyi parlaqdır. Çünki həm ölkəmizdə, həm də digər ölkələrdə hal -hazırda ən çox diqqət yetirilən və inkişaf da olan bir sahədir.

                            Bu ixtisas üzrə maaşlar

  Apteklərdən başlaraq şirkət, işlədiyiniz növbə və təcrübədən asılı olaraq dəyişir. Məsələn, Azerimed şirkəti 350 AZN, Avromed şirkətinin Buta və Vita şəbəkələrində 360 – 370AZN. Avis də təxmini bu aralıq olur. Ancaq belə bir məsələ var ki, bu tam maaş deyil. Bu apteklər də premyalar olur və dərmanların üzərində müəyyən faizlər  gəldikcə maaşı 1000 AZN -ə  qədər belə qaldırmaq olur. Digər laboratoriya, ekspertiza mərkəzlərində də ən aşağı əmək haqqı kimi 300 AZN – dən başlayır. Dərman şirkətlərində menecer və digər vəzifələr də isə hətta 700 AZN – dən başlayan qiymətlərlə çalışmaq olur.

 

 

 

 

 

 

 



Son yazılar