İxtisasın qısa təsviri

   Aqronomiya —-  Aqro – Tarla, Logos – elm, Nom – insan mənasında işlədilir. Əsasən, bitki yetişdiriciliyi,onun becərilməsi,mühafizəsi,yüksək məhsuldarlığın alınmasını özündə cəmləyən ixtisasdır. Aqronomun əsas vəzifəsi torpağın xassələri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir. Aqronomiya ən çox zəhmət tələb edən ixtisaslardan biridir və bəşəriyyətin ən başlıca problemlərindən birinin həlli olan  insanları qida məhsulları ilə,həmçinin sənayeni xammal ilə təmin etməklə məşğuldur. Xüsusi, praktik vəzifələri həll edən, öz əlləri ilə iş görən mütəxəssisdir.Tələb və qaydalara uyğun olaraq texnologiya üzərində də işləyir.Kənd təsərrüfatı məhsulları təkcə ərzaq məhsulları hesab olunmur. Məsələn, parça istehsalı üçün xammal – müxtəlif liflər bitkilərdən (məsələn, pambıq və kətan) və ya heyvanlardan (qoyun yunu) əldə edilir.Kənd təsərrüfatı sahəsində çalışan fermerlər və aqronomlar bəşəriyyəti bəsləyir və geyindirir. Biologiya  ilə maraqlananlar üçün uyğun ixtisasdır.

                                             Peşənin tarixi 

  Azərbaycan Dövlət Aqrar Universitetinin ən qocaman fakültəsidir. 1920 – ci ildə Azərbaycan Politexnik İnstitutunda fəaliyyət göstərən səkkiz kafedradan beşi aqronomluq profilli idi. Bunlar botanika, meteorologiya, torpaqşünaslıq, ümumi əkinçilik və bitkiçilik idi. 1929 – cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılanda və ilk əvvəl adı bitkiçilik, tarlaçılıq fakültəsi, daha sonra isə aqronomluq fakültəsi adı ilə təşkil edildi.

        Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  • Məhsul yığımını təşkil etmək;
  • Kənd təsərrüfatı torpaqlarından səmərəli istifadəni təmin etmək məqsədilə kənd təsərrüfatı torpaqlarını tədqiq etmək;
  • Əkin sahələrinin quruluşunu planlaşdırmaq (otlaqlar, fermalardan uzaqlığı, əkin sahələri və s.);
  • Tarla işinə necə və nə vaxt başlamağı, nə vaxt başa çatdırılacağını, sahədə dəqiq nə edilməli və necə qurulacağını,iş cədvəllərini hazırlamaq;
  • Nə vaxt və nə gübrə tətbiq etmək, nə toxum əkmək, nə qədər su vermək, bitkiləri zərərverici xəstəliklərlə müalicə edib-etməmək.Bu kimi bir çox problemləri həll etmək;
  • Tarla işlərinin gedişatını müşahidə etmək və lazım olduqda düzəlişlər etmək.
  • Məhsulun yığım sxemlərini tərtib etmək;
  • Tədqiqat aparmaq,bitki yetişdirmək üçün yeni texnologiyalar inkişaf etdirmək və ya yeni məhsul növlərinin səmərəliliyini qiymətləndirmək;
  • Kənd təsərrüfatı bitkilərinin becərilməsi, bitkiləri qoruyan vasitələrdən və gübrədən effektiv istifadə üçün landşaftın yararlılığını qiymətləndirmək və səmərəli istifadə etmək;
  • İqlimə uyğun olaraq bitki sortlarını seçin;
  • Ziyanvericiləri üzə çıxarmaq, bitkinin xəstəliyini müəyyənləşdirmək, məhsul yığımını təşkil etmək;
  • Məhsulun keyfiyyətinə və ilkin emal şərtlərinə nəzarət etmək;
  • Ehtiyac yarandıqda məhsul alışı / tədarükü üçün müqavilələrin bağlanması;
  • Heyvandarlıq, heyvanlara qulluq (mal-qara, at və s.);
  • Heyvanları yem və otlaq ilə təmin etmək.

               Harada bu ixtisasa sahiblənmək olar  

1.Azərbaycan Dövlət Aqrar Universiteti

2.Lənkəran Dövlət Universitet 

                Bu ixtisas üzrə harada çalışmaq olar

  • Kənd təsərrüfatı istehsalı təsərrüfatlarında;
  • KTN-nin tabeliyindəki qurumlarda;
  • Kənd Təsərrüfatı Rayon İdarələrində;
  • Kənd Təsərrüfatş Nazirliyində;
  • Gömrükdə;
  • Gübrə istehsalı müəssələrində;
  •  Briqadir;
  • Aqronom;
  •  Toxumçulu;
  •  Meyvəçilik;
  • Tərəvəzçilik;
  •  Aqrokimyaçı .

     Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır? 

  • Davamlı öyrənmək həvəsi. Araşdırmalar etməyi bacarmaq;
  • Müşahidə bacarığı;
  • Analiz və təhlil etmək;
  • Qeyri – standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • İnnovativ texnologiyaların tətbiq etmək;
  • İşə yaradıcı münasibət bəsləmək;
  • Təşkilatçılıq bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik; 
  • Dünyagörüşü;
  • Məsuliyyətli olmaq;
  • Analitik bacarıq;
  • Diqqətcillik;
  • Punktuallıq

                                             Bu sahənin gələcəyi 

  Gələcəkdə bu ixtisas üzrə rəqabət artacaq. 2016 – cı ildən bəri dövlət kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi işlər görülür. Aqronomiya ən çox zəhmət tələb edən ixtisaslardan biridir və bəşəriyyətin ən başlıca problemlərindən birinin həlli – insanları qida məhsulları ilə, həmçinin sənayeni xammal ilə təmin etməklə məşğuldur. Son illərdə Azərbaycanın strateji yol xəritəsinə görə neft sektorundan qeyri – neft sektoruna gəlirlərin artılması nəzrdə tutulub. Bu da o deməkdir ki, hal -hazırda ölkəmizə öz ixtisasını mükəmməl bilən aqronomlar lazımdır.

                                   Bu ixtisas üzrə maaşlar

  Gördüyü işdən,vəzifəsindən və pozisiyasından asılı olaraq maaşlar bu aralıqda 300 -15.000 AZN arasında dəyişə bilir. 

 

 

 

 

 

Son yazılar