
İxtisasın qısa təsviri
Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uygün sahədir
Peşənin tarixi
Proqramlaşdırmanın ilk illərində proqramlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk İnformasiya texnologiyaları mühəndisləri, əsasən, riyaziyyat yönümlü ixtisaslarda təhsil almış şəxslər idi.1950-cillərdə və 1960-cı illərin əvvəllərində əgər proqramçı olmaq istəsəydiniz, ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz.1060-ci illərdə isə ilk elektron kompyuterlərin yaradılmasından sonra bu sahə ilə məşğul olan mütəxəssislər isə artıq mühəndislər, riyaziyyatçılar və statistikaçılar idilər.İllər ötdükcə isə daha asan proqramlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərə də imkanlar açdı,mühəndislər, riyaziyyatçılar isə proqramlaşdırma ilə deyil,kompyuter elmlərində daha mürəkkəb işlərlələ məşğul olmağa başladılar.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- Şəbəkələrin idarə edilməsi
- Web saytların yaradılması
- Web saytlara texniki dəstək;
- Alqoritmlərin və kompüter proqramlarının yazılması.
- Sistem analizi
- Kiber təhlükəsizliyin təmin edilməsi
- Mövcud sistemə texniki dəstəyin göstərilməsi
- Hardware və Software problemlərinin aradan qaldırılması
- Proqram təminatının tətbiqi və digər proqramlar ilə düzgün qarşılıqlı əlaqənin təşkili.
- Proqramlar ilə işləmək üçün təlimat və lazımi texniki sənədləri tərtib etmək.
- Yazılan kodun bütün elementlərin düzgün işləməsini sınaqdan keçirtmək( test etmək).
- Nöqsanları aradan qaldırmaq;
- Ofis texnikasının tənzimlənməsi, bəzi avadanlıqların problemlərinin aradan qaldırılması.
- Keyfiyyət menecmenti sistemindəki uyğunsuzluqların aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş tədbirlərdə iştirak edin.
- Şirkətin bütün proqram məhsullarını quraşdırılması, konfiqurasiya edilməsi, saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Xidmətlərin saxlanılması üçün müraciətləri qəbul etmək (Help Desk). Bunları müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirmək.
- Hər bir istifadəçiyə onlayn qeydiyyatı və zəruri mənbələrə girişi təmin etmək üçün istifadəçi və qrup hesablarının planlaşdırılması, yaradılması və saz vəziyyətdə saxlanılması.
- Təhlükəsizlik pozuntularını aşkar etmək və aradan qaldırmaq üçün şəbəkədəki hadisələrin yoxlanılması strategiyasını planlaşdırır və həyata keçirmək. Resursları idarə etmək və istifadəsinə nəzarət etmək.
Harada bu ixtisasa sahiblənmək olar
Dövlət Universitetləri:
- “ ADA” Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan Texnologiya Universiteti
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Bakı Mühəndislik Universiteti
- Milli Aviasiya Akademiyası
- Mingəçevir Dövlət Universiteti
- Lənkəran Dövlət Universiteti
- Sumqayıt Dövlət Universiteti
Özəl Universitetlər :
- Bakı Avrasiya Universiteti
- Qərbi Kaspi Universiteti
- “Naxçıvan” Universiteti
Kurslar :
- Code Academy
- ItCity Academy
- Step IT
- Tech Academy və s.
Bu ixtisas üzrə harada çalışmaq olar
İxtisas üzrə mütəxəssislər
- Fərdi olaraq müxtəlif platformalar vasitəsilə sifarişlər qəbul edərək
- Özəl müəssisələrin İnformasiya texnologiyaları şöbələrində
- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla digər nazirlik və dövlət müəssisələrində
- Müəllim olaraq yuxarıda qeyd etdiyimiz və digər müxtəlif universitet və kurslarda fəaliyyət göstərə bilərlər
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
- Riyazi biliklər
- Diqqətli olmaq
- Alqoritmik biliklər
- Sistemli düşüncə;
- Analitik düşüncə;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli olmaq;
- İntizamlı olmaq;
- Data strukturlarına bələd olmaq
- Dil bilikləri (xüsusilə İngilis dili)
- Dəyişikliklərə ayaq uydura bilmək
- Proqlamlaşdırma dilləri bilikləri ( hal-hazırda ən çox istifadə edilən dillər Python və JavaScript)
- Müasir informasiya sistemlərini sınaqdan keçirmə metodlarını bilmək;
- Məlumatla işləmə bacarığı: toplanması, işlənməsi, təhlili.
- Güclü yaddaş;
- Tənqidi düşüncə
Bu sahənin gələcəyi
Bildiyimiz kimi dünyadakı inkişaf etmiş ölkələrdə sənaye öz yerini informasiya axışına verməyə başlayıb.Bu halda informasiya texnologiyaları sürətlə inkişaf etməyə doğru gedir. Bu səbəbdən bir çox universitetlərdə bu ixtisasın adı eşidilməyə başladı və təkcə Amerikada ən az 200 universitetdə ixtisas üzrə təhsil verilməkdədir.Bu vəziyyət İnformasiya texnologiyaları ixtisasının önümüzdəki illərdə ölkəmizdə də önəmli bir yerə sahib olacağının göstəricisidir. Hazırda gələcəyin ixtisası olaraq tanınan bu ixtisasa Azərbaycanda da böyük tələbatın olmasına baxmayaraq, ixtisaslı kadrların azlığı müşahidə olunmaqdadır və bu da ixtisas sahiblərinə olan ehtiyacın daha da artmasına səbəb olur. Əmək bazarında bu ixtisas sahiblərinə günü-gündən artan ehtiyac, məzunların gələcəkdə işsiz qalma ehtimalının sıfıra yaxın olacağını deməyə imkan verir.
Bu ixtisas üzrə maaşlar
İxtisas üzrə maaşlar sizin bacarıqlarınızdan, təcrübənizdən və tutduğunuz vəzifədən asılı olaraq 1000-3000 AZN arasında dəyişməkdədir.
Son yazılar
İnformasiya Texnologiyaları haqqında
Yanvar 16, 2020