Kompüter mühəndisliyi ixtisası

İxtisasın təsviri

Kompüter üzrə mühəndis, əsasən, müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur. Eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir.
Eyni zamanda kompüter üzrə mühəndis internetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Kompüter təhlükəsizliyi üzrə idarəedicisi

  • Şəbəkə mütəxəssisi

  • İnformasiya emalı üzrə idarəedici

  • Sistem proqramçısı

  • Sistem təhlilçisi

  • Sistem layihələndirici

  • Verilənlər bazası administratoru

  • Tətbiqi proqramçı

Harada bu ixtisasa sahiblənmək olar?

  • Bakı Mühəndislik Universiteti

  • Bakı Ali Neft Məktəbi

  • Azərbaycan Texniki Universiteti

  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

  • Azərbaycan Kooperasiya Universiteti

  • Milli Aviasiya Akademiyası

  • “ADA” Universiteti

  • “Azərbaycan” Universiteti

  • Sumqayıt Dövlət Universiteti

  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

  • Naxçıvan Dövlət Universiteti

  • “Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)

  • Lənkəran Dövlət Universiteti

  • Qərbi Kaspi Universiteti

  • Xəzər Universiteti

  • “Odlar Yurdu” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Kompüter texnikasının geniş istifadə olunduğu müəssisə və təşkilatlar

  • Səfirliklər, böyük istehsalat obyektləri, kompaniya və firmalar

  • Kompüter texnikasının satışı və təmiri ilə məşğul olan şirkətlər

  • Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsini bitirmiş şəxslər

Əmək haqqı

Kompüter mühəndislərinin əmək haqqı iş yerindən və təcrübədən asılı olaraq dəyişir. Azərbaycanda başlanğıc səviyyəli mühəndislərin əmək haqqı təxminən 800–1500 AZN arasıdır. Təcrübəli mühəndislər və böyük şirkətlərdə işləyənlər isə 2500–4000 AZN və daha yüksək maaşlar ala bilirlər.

Son yazılar