İxtisasın qısa təsviri
Menecment ümumən idarəetmə deməkdir. Bu ixtisas müəssisə idarəçiliyini və onun effektiv idarəolunması yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini, səmərəliliyini təşkil etməkdir. Bir çox hallarda müəssisənin əsas inzibati şəxsi baş menecer hesab edilir. Ümumilikdə, menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir. Menecment sahəsi üzrə çalışan şəxslər menecerlər adlanırlar.
Menecment dedikdə təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma, qərar qəbul etmə, təşkiletmə, liderlik və nəzarət) məcmusu nəzərdə tutulur. Menecment ixtisası düzgün və effektiv idarəetməni öyrənir. Menecment geniş mənalı anlayış olduğundan onun idarəetməsinin düzgün həyata keçirilməsi üçün təsnifləndirilməsi zəruridir. Çünki hər bir təsnifin öz iş öhdəlikləri və prinsipləri vardır. Onlar aşağıdakılardır :
- İnnovasiya menecmenti – yeni məhsulların, istehsal proseslərinin və iqtisadi əlaqələrin tətbiqi ilə əlaqəli strateji idarəetmə sahələrindən biridir.
- İnsan Resurslarının idarə edilməsi – bu təşkilati hədəflərə çatmaq üçün insan biliklərindən, bacarıq və istedadlarından səmərəli istifadəni təmin edən rəsmi təşkilat sistemlərinin dizaynıdır.
- Maliyyə və bank menecmenti – bu mikro və makroiqtisadi üstünlüklərə çatmaq üçün kredit resursları hərəkətinin davamlılığını və vaxtında olmasını təmin edən müvafiq təşkilati strukturlar tərəfindən istehsal olunan idarəetmə təsirləri sistemidir.
- Strateji menecment – bir şirkətin fəaliyyət səviyyəsinin rəqiblərin səviyyəsindən uzun müddət yüksək olmasına səbəb olan hərəkətlərin hazırlanması və həyata keçirilməsi.
- Risk menecmenti – idarəetmə zamanı yaranan risklərin idarə edilməsi strategiyası və taktikası daxil olmaqla risklərin idarə edilməsi və iqtisadi (maliyyə) münasibətlər sistemidir.
- Informasiya menecmenti – buraya məlumatların seçilməsi, identifikasiyası, təsnifatı, indeksasiyası və saxlanması prosesləri daxildir.
- Istehsal və əməliyyat menecmenti – İstehsalatın idarə edilməsinin əsas vəzifəsi, istehsal prosesini planlara və digər sənədlərə uyğun olaraq dinamik tarazlıqda saxlamaqdır.
- Layihə menecmenti – qarşıya qoyulmuş məqsədlərə çatmaq, müəyyən planları həyata keçirmək, mövcud mənbələrdən – vaxt, kapital, insanlardan istifadə etmək məqsədi daşıyan fəaliyyətdir.
- Logistik menecment -bütün marşrut boyunca xərcləri minimuma endirmək məqsədi ilə maliyyə, maddi və məlumat axınlarının təşkili və tənzimlənməsi məqsədi ilə müəssisənin əhatə dairəsi, həmçinin müəssisənin ümumi optimallaşdırılması prosesidir.
- Sahələr üzrə menecment – müxtəlif sahələr üzrə idarəetmə obyektlərinin inkişafı ilə bağlı məlumatların daimi izlənilməsini və təhlilini tələb edən bir prosesdir.
- Bu ixtisas ekonomikaya marağı olanlar üçün uyğundur.
Peşənin tarixi
Menecmentin elm kimi formalaşıb, idarəetmədən ayrılması XIX əsrin sonlarına təsadüf edir. “Menecment” peşəsi XIX əsrdə ABŞ – da, idarəetməyə mütərəqqi bir yanaşma ehtiyacının ortaya çıxdığı zaman yaranmışdır. O vaxtdan bəri bütün sektorlarda idarəetmə müəssisənin fəaliyyətinin vacib şərtinə çevrilmişdir. Təşkilatın uğuru menecerin səmərəliliyindən asılıdır.
İş öhdəlikləri
Menecmentin fəaliyyət istiqamətlərinə görə iş öhdəlikləri fərqlənsə də, ümumi öhdəliklər aşağıdakılardır :
- Heyətin (kadrların) idarə edilməsi
- Strateji planlamanın aparılması
- Daxili və xarici inzibati işlərin təşkili
- Istehsal amillərindən optimal istifadənin təşkili
- İşgüzar yazışmaların aparılması
- Stress vəziyyətinin düzgün idarəedilməsi
- Planlaşdırma və nəzarətin təşkili
- Bazar analizinin aparılması
- Təşkilatların marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak
- Şirkətlər üçün insan resurslarının idarə edilməsi strategiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak
- İnnovativ yeniliklərin hazırlanması və tədbiqində iştirak etmək
- İnvestisiya qərarlarının şirkət dəyərinin artmasına təsirinin qiymətləndirilməsi
- Biznes ideyalarının formalaşdırılmasında iştirak etmək
- Rislərin analizinin aparılması
- İnformasiya texnologiyaları xidmətləri ilə qarşılıqlı əlaqə və korporativ məlumat sistemlərindən səmərəli istifadə etmək
- insan resurslarının auditi və təşkilatçılıq mədəniyyətinin diaqnostikasını aparmaq
- Statistik analizlərin aparılması
- Hesabatların hazırlanması
Harada bu ixtisasa sahiblənmək olar
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Azərbaycan Koorperasiya Universiteti
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Texnologiya Universiteti
- Azərbaycan Turizm və Menecment Universiteti
- Azərbaycan Universiteti
- Bakı Biznes Universiteti
- Bakı Dövlət Universiteti
- Dövlət İdarəçilik Akademiyası
- Gəncə Dövlət Universiteti
- Xəzər Universiteti
- Qərbi – Kaspi Universiteti
- Milli Aviasiya Akademiyası
- Naxçıvan Dövlət Universiteti
- Odlar Yurdu Universiteti
- Sumqayıt Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar
Bütün dövlət müəsisələri
Bütün özəl müəsisələr :
- Novco Group of Companies
- Makromed
- US Electronics
- Radius MMC
- İATM MMC
- Smart Brain
- Davood MMC
Bu ixtisas üzrə lazım olan bacarıqlar
- Liderlik qabiliyyəti
- Vaxtı düzgün idarəetməyi bacarmaq
- Gələcək yönümlü düşüncə tərzi
- Punktuallıq
- Səlis danışıq qabiliyyəti
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətlilik
- İnnovativlik
- Çalışqanlıq
- Sosialyönümlülük
- Analitik bacarıq
- Obyektivlik
- Qərar qəbul etmə bacarığı
- Müşahidə qabiliyyəti
- müxtəlif münaqişələrin həlli metodlarına sahib olmaq
- Layihə idarəetmə bacarıqları
- Təşkilatçılıq bacarıqları
Bu sahənin gələcəyi
Sivilizasiyanın inkişafının istənilən dövründə effektiv idarəedilməyə ehtiyac hər zaman vardır. Süni intellektin belə hətta. Menecment çoxprofilli ixtisas olduğundan onun növlərinin böyük bir əksəriyyəti bütün dövlər üçün öz aktuallığını qoruyur və istər iqtisadi, istərsə də sosial tərəqqidə əhəmiyyətli rol oynayır.
Bu ixtisas üzrə maaşlar
Dövlət müəsisələrində : 300 – 1000 AZN.
Özəl müəsisələrdə : 400 – 3000 AZN.
Son yazılar
Menecment ixtisası haqqında
Yanvar 14, 2020
