İxtisasın qısa təsviri 

  Bu ixtisas tələbələrə idarəetmə nəzəriyyəsi sahəsində geniş iqtisadi bilikləri, eləcə də müəssisənin fəaliyyətini effektiv planlaşdırmağı, kollektivi idarə etməyə imkan verən peşəkar və inzibati bacarıqlar öyrədir. Dövlət və bələdiyyə idarə olunması ixtisası  universitetlərin iqtisadiyyat və idarəetmə fakültələrinin tərkibində olan ixtisasdır. Bu ixtisas tələbələrin ümumi idarəetmə biliklərinə yiyələnməsini təmin edir və özəl təşkilatların və dövlət orqanlarının ən səmərəli idarə edilməsini öyrədir. Səmərəli idarəetmə forması dedikdə, hər bir təşkilatın qarşısına qoyduğu müəyyən məqsədlər olur və bu məqsədlərə minimum məsrəflərlə çatmağa çalışırlar. Məzunlar normativ – hüquqi aktların layihələrini işləyib hazırlamağı, büdcəni planlaşdırmağı, dövlət orqa nları və KİV – lər arasında əlaqə qurmağı dövlət və bələdiyyə orqanlarında işlərin təşkilini və idarəetmənin sosial-iqtisadi inkişafın tələblərinə uyğun təkmilləşdirilməsini bacarırlar.

Peşənin tarixi 

 Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  • Hazırlanmış dövlət bələdiyyə layihələrinin həyata keçirilməsi üçün tapşırıqları, layihələrin iqtisadi aspektlərini, müvafiq normativ və metodiki sənədləri sərbəst hazırlamaq və ya onların hazırlanmasına rəhbərlik etmək.
  • Dövlət və bələdiyyə layihə və proqramların yerinə yetirilməsi üçün konkret standartlar hazırlamaq.
  • Dövlət və bələdiyyə layihələrin iqtisadi səmərəliliyini müəyyənləşdirmək.
  • Dövlət və bələdiyyə idarəetməsi problemlərinin həllində qabaqcıl təcrübəni tətbiq etmək.
  • Dövlət və yerli özünüidarəetmə orqanlarının,dəyişən xarici mühitin əlverişli imkanlarına və gözlənilməyən dəyişikliklərin adaptasiya etmək.
  • Müvafiq fəaliyət və metodları təklif etmək və planlaşdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmək.
  • Dövlət və bələdiyyə idarəçiliyinin strateji aspektlərinin tədqiq olunması.

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət İqtisad Universiteti.
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası.
  • Azərbaycan Texnologiya Universiteti.
  • Bakı Biznes Universiteti.
  • Bakı Mühədislik Universiteti.
  • Gəncə Dövlət Universiteti.
  • Qərbi Kaspi Universiteti.
  • Mingəçevir Dövlət Universiteti.
  • “Odlar Yurdu” Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Dövlət və bələdiyyə orqanlarında.
  • İcra hakimiyyətində.
  • Yerli özünüidarəetmə orqanlarında.
  • Sosial-müdafiə orqanlarında.
  • Qeyri-kommersiya təşkilatlarında.
  • Beynəlxalq təşkilatlarda.
  • Qeyri – hökümət təşkilatlarında.
  • Vətəndaş cəmiyyəti institutlarında.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Kollektivdə  işləmək.
  •  Digər sahələrin mütəxəssisləri ilə  ünsiyyətdə 
  • Fəal sosial mobillik.
  • Beynəlxalq arenada işləmək.
  • Hüquqi biliklər və etik normalara malik olmaq.
  • Yeni ideyalar irəli sürmək.
  • Müstəqil işləmək.
  • Elmi – tədqiqat və elmi-istehsalat işlərinin təşkilində, elmi kollektivin idarə olunmasında bacarıq və vərdişlərə malik olmaq.
  • Təşəbbüskarlıq və liderlik.
  • Təşkilaatçılıq və planlaşdırmaq qabiliyyətinə  malik olmaq.

Bu sahənin gələcəyi 

  Bu sahə hər zaman əmək bazarında sabit bir tələbə malik olmuşdur. Səbəb isə sahənin çox geniş şaxələrinin olmamasıyla bağlıdır. Amma hər  zaman bu sahədəki kadrlara ehtiyac var. Növbəti illərdən isə sahəyə olan tələbin durğunluq keçirəcəyi və tədricən azalacağı gözlənilir.

Bu ixtisas üzrə maaşlar 

  Maaşlar iş yerindən və vəzifəsindən asılı olaraq dəyişir, amma ümumilikdə xtisasın maaşları 400 – 500 AZN – dən başlayır.

 

 

 

Son yazılar