İxtisasın qısa təsviri

    Dizayn nümayəndələri daim yeni fikirlər yaradan, yeni ideyalar irəli sürən və yaradıcı başlanğıcları ilə fərqlənən çox sayda ixtisasın ümumi adıdır. “Dizayn” sözü ingiliscə layihələndirmək və həmin layihəni kağız üzərində təsvir etməkdir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliyini nəzərə almaqla, onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir.Dizayn insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışır.Keçmişdə layihələr kağız üzərində təsvir edilirdisə, indi dövrümüzdə kompyuter vasitəsi ilə hazırlanır və həyata keçirilir. Dizayn müxtəlif sahələrdə tətbiq edilir. Reklamda dizayn təqvim, buklet, reklam lövhələri kimi poliqrafik məhsulların tərtibatına cavab verir. Dizayner şirkətin loqotipini, jurnalların maketini hazırlaya bilər.
İnteryer dizayn- ən populyar ixtisaslardan biri hesab olunur.     İnteryer dizaynerinin funksiyalarına mənzilin tərtibat və dizaynını işləyib hazırlamaq aiddir.Interyer dizaynerlik tamamilə bir bilik və bacarıq tələb tələb edir. İnsanlar ilə düzgün ünsiyyət qurmağın yaxşı olması ilə bərabər interyer dizaynerlik proqramları da düzgün istifadə olunmalıdır. Bu istiqamətdə təhsil alan tələbələr AutoCAD, ArchiCAD, 3DSMax, Solid Works kimi qrafiki proqramlar öyrənir. Sahə dünya incəsənət mədəniyyəti, tarixi, rəsm ilə əlaqəlidir.
3DSMax- çox detaylı və dəqiq bir proqramdır.Bu proqram vasitəsiylə həqiqətə çox yaxın dizaynerlər hazırlaya bilərsiniz.İstifadəsi və öyrənilməsi digər proqramlara görə bir az daha çətin olsa da, ortaya çıxan nəticələrə görə çətinliyə dəyər bir interyer proqramıdır.
    AutoCad İnteryer Çertyoj və Dizayn Proqramı- xüsusilə plan hazırlamaq üçün yaradılmış bir proqramdır.Kvadrat hesablamalarında, işçilərinin haqlarının hazırlanmasında və işlərin planlamasında AutoCad proqramı istifadə olunur.3DS Max programına nisbətən bu çox asan proqramdır.
Sketchup İnteryer Çertyoj və Dizayn Proqramı- Google tərəfindən hazırlanan bir dizayn proqramıdır.Google mühəndisləri xüsusilə 3 ölçülü dizaynları hazırlamaq üçün     Sketchup proqramını yaratmışlar.Proqramı öyrənmək isə bizə görə interyer dizayn proqramları ilə müqayisədə daha asan öyrənilə bilər.
    Cinema 4D Dizayn Proqramı-xüsusilə də dizaynın güclü olması zamanı üstünlük verilir.Konsept dizaynlarda diller verən firmaların interyer dizaynlarında Cinema 4D proqramı istifadə olunur.Olduqca fərqli dizaynlarn hazırlandığı proqram film sənayesində də istifadə edilməkdədir.
ArchiCAD- menarlar üçün hazırlanan 3 ölçülü dizayn proqramlarından biridir.İlk dəfə Apple kompüterləri üçün hazırlanan  ArchiCAD daha sonra Microsoft platforması üçün də hazırlanmışdır.İçərisində ir çox modelləmə var.
Solidworks Proqramı- xüsusilə obyekt dizaynlarında istifadə olunan Solidworks proqramı üçün memarlıq cisimləri asanlıqla dizayn etməyinizə köməklik edən bir vasitə kimi nəzərə çarpır. Amma istifadəsi baxımdan çox yayılmaması digər programlar arasındakı dəyərini aşağı düşürür.


                                                               Peşənin tarixi
    Dizayn insan fəaliyyətinin ən qədim predmet-bədii dövründən başlayaraq XX-XXI əsrlərə kimi olan dövrləri əhatə edir. Cəmiyyətin retrospektiv texniki inkişafı, elmi kəşfləri və ixtiraların tarixi aspektində dizayn-incəsənətin inkişafı diqqəti cəlb etmişdir.


                                       Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 
➜Alınan sifarişləri funksionallığına uyğun olaraq dizayn verməli.
➜ Reklam şirkətlərində reklamların və qrafik işlərlə məşğul olur
➜Satış məntəqələrinə uyğun və nəzəri cəlbetmə üsullarından istifadə etməli
➜Ofis şəraitində verilən dizayn işlerini etməli
Memarlıq dizayn bölümündə işləyərsə, o zaman ölçüləndirmə işlərin bilməli
➜Obyektin daxili(interyer) ve xarici(eksteryer) dizaynın memarlıq qaydalarına görə eskizin çəkməlidir
➜Çəkilən eskizlər sonradan kompüter proqramları vasitəsi ilə proqramlarda işlənilir.
➜Əgər landşaft dizayneri sahəsi üzrə iş görərsə, həmin ərazini öncədən görməli, sonradan həmin ərazinin eskizin çəkib dizaynını verməlidir
➜Mebellərin hazırlanması üçün sifarişin qəbulu
➜Ölçülərin götürülməsi
➜Sifariş edilən mebellərin dizaynının hazırlanması
➜Eskizlərin 2D və 3D formatda müştərilərə hazırlanması və render şəklində müştərilərə təqdimatı
➜Bədii eskizlər, bədii və sənaye layihələrin inkişaf etdirməsi.
➜Orijinal modellərin müştəri tələbləri ilə uzlaşdırılmasını həyata keçirməli
➜Hazır məhsulun plan və təşkilat tələblərinə uyğunluğunu yoxlamalı.


                          Harada bu ixtisasa sahiblənmək olar (universitet ya kursların adları)
➜ADA Universiteti
➜Azərbaycan Dövlət İqtisad Universiteti
➜Azərbaycan Memarlıq və İnşaat Universiteti
➜Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
➜Bakı Mühəndislik Universiteti
➜Qərbi Kaspi Universiteti
➜Odlar Yurdu Universiteti
➜Azərbaycan Texniki Universiteti

                         Bu ixtisas üzrə harada çalışmaq olar (şirkət və sahə qeyd etmək olar)
Universiteti dizayn ixtisası üzə bitirən məzunlar:
➜web-dizayner,
➜interyer dizayneri,
➜memar – dizayner,
➜qrafik dizayneri,
➜landşaft dizayneri,
➜bərpaçı vəzifəsində .
➜Poliqrafik dizayn,
➜Animasiya dizaynı
    Ölkəmizdə bu sahələrdən əsas olaraq interyer dizayn,veb dizayn və qrafik dizayn sahələri geniş istifadə olunur. İnteryer dizayner sahəsi inşaat ilə bağlı bir sahədir.Veb dizayn sahəsi müxtəlif saytların yaradılmasında bağlıdır.Qrafik dizayn isə esas reklam işlərinin yaradılması ilə bağlıdır.

                           Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə                                     işləmək üçün nəyi bacarmaq lazımdır?
➜Təxəyyül və yaradıcılıq qabiliyyəti;
➜Bədii və estetik zövq;
➜Yeniliklərə açıq, müasir düşüncəli olmaq;
➜Rəng duyumu
➜Rəssamliq qabiliyyəti
➜Kompüter proqram bilikərii (sahəsinə görə fərqli proqramlar)
➜Ən azı bir xarici dil bilməlidir.
➜Stressə davamlılıq;
➜Ünsiyyət bacarıqları;
➜Məsulliyətli olmaq;
➜Səbrli olmaq;
➜Məkan təsəvvürünə malik olmaq;
➜Qabaqcıl perspektiv düşüncə bacarığı;
➜Kollektivlə və komandada işləməyi bacarmalıdır;
➜Nəticələrinin təqdimatını etmək bacarığı;

    Qrafik dizayn Proqram bilikləri – 3DSMax, Photoshop, Coral Draw, Adobe Photoshop,      Adobе Illustrator ve s.
    Interyer dizayn Proqram bilikleri -AutoCad, 3DS     MAX,sketchup,Cinema4D,ARchiCAd,Blendr,SolidWorks ves.

                                                              Bu sahənin gələcəyi
    Dizayn sahəsi geniş olan bir peşədir gələcəyi isə çox parlaqdır.Bunun səbəbi zaman irəliədikcə dizaynın yeni sahələri yaranmasıyla bağlıdır. İnsan həyatı boyu gözəlliyə, ətrafındakı ahəngə ,rahatlığa önəm vermiş və verəcəkdir.Dövr irəlilədikcə dizayn genişlənəcək və əhəmiyyətini qoruyacaqdır. Dizaynsız gələcək düşünməyə çalışaq, zaman nə qədər irəliləsə də, insanın hər zaman məişət əşyalarına ehtiyacı olacaqdır. Bir çox məkanda eyni rəngdə ve eyni formada əşyalar düşünmək bələ mümkün deyil.Sahə üzrə hər zaman rəqabət olmuş və olacağı da güman edilir.

                                                              Bu ixtisas üzrə maaşlar

       Bu sahəyə görə aylıq gəlir dəyişir və getdikcə maaşı artır.
    Dizaynın qrafika bölümündə 300- 1000 AZN
    3d animasiya üzrə 300-1500 AZN
    İnteryer üzrə 400- 1300 AZN

Son yazılar