İxtisasın təsviri

  Ixtisasın əsasını təşkil edən Fizika elmi təbiəti öyrənən elmlərin ən mühümüdür. O, bizi əhatə edən aləmin quruluşunu, xassələrini və orada baş verən hadisələrin ümumi qanunlarını öyrənir. Fizika bizi muasir dövrdə radiodan,elektrikə,təyarrədən kosmik gəmilərə kimi bir çox şey qaazandirmışdır.Bizi Aya aparmış və geri gətirmişdir.Bu ixtisasa sahib olan tələbələr universitet həyatlarından ayrıldıqdan sonra uğurlu şəxs ola biləcəkləri qaçılmazdır Fizik ətrafımızdakı təbiəti, yəni fiziki cisimləri və fiziki hadisələri araşdırır. İşin mahiyyəti məntiqi nəticələrin eksperimentlə təsdiqlənməsidir. Fikirlər eksperimental olaraq sınanır, təcrübi nəticələr yeni fikirlər irəli sürür. Fizikada çox geniş sahə olduğundan, bu elm adamları, bir qayda olaraq, müəyyən bir sahəyədə ixtisaslaşırlar. Beləliklə, nüvə fizikləri, radiofiziklər, nanofiziklər var. Həmçinin, hansı fiziki hadisələrin araşdırıldığınnan asılı olaraqda  təsnif edilirlər: biofiziklər, geofiziklər, fizik-okeanoloqlar.

Peşənin tarixi 

  İxtisasın tarixinə nəzər salsaq, onu deyə bilərik ki, Azərbaycanda Fizika ixtisasının əsası 1919 – cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin nəzdində fizika kafedrasının yaradılması ilə qoyulmuşdur. 1920 – ci ildə Fizika-riyaziyyat fakültəsi yaradılmış, ilk dekanı prof. V.F.Razdorski olmuşdur. 1958 – ci ildən Fizika fakültəsi müstəqil fəaliyyətə başlamışdır.

  Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  1.  Təcrübələr keçirmək və yeni, həqiqi elmi fikirlər irəli sürmək;
  2. Təcrübələr aparmaq üçün fikir və prosedurları inkişaf etdirmək;
  3. Müşahidə aparmaqla hadisələri izah etmək 
  4. Yeni hadisə və nəticələri qeydə almaq
  5. Yaranmış fiziki problmlərə həll yolu tapmaq
  6. Daimi araşdırmalar aparmaq
  7. Təcrübət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək; 
  8. Laboratoriya tədqiqatları zamanı qeydlər aparın – bunun üçün səs yazma video və audio cihazlarından istifadə etmək; 
  9. Alınan məlumatları emal tmək.

Harada bu ixtisasa sahiblənmək olar

Bakalvr təhsili üçün:

  • Bakı Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universiteti

Həmçinin, Azərbaycanda fəalyyət göstərən kursların (Kaspi, Zəfər, Kainat, Dərs evi və s.) çoxunda bu ixtisas üzrə nəzəri biliklərə yiyələnmək olar.

 Bu ixtisas üzrə harada çalışmaq olar 

  1. Bu ixtisas yönümlü tədqiqat mərkəzlərində

 Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. Riyazi biliklər
  2. Fiziki biliklər
  3. Muasir texnoloji biliklər
  4. Elektrik və elektrik cihazlarından ilkin anlayışlara sahib olmaq həmçinin müdaxilə etməyi bacarmalı
  5. Müşahidə aparmağı bacarmalı
  6. Təcrübə aparmağı bacarmalı
  7. Analitik biliklərə sahib olmalı
  8. Təşəbbüskarlıq ;
  9. Tələbkarlıq; 
  10. Dürüst və məsulliyətli olmaq;
  11. Detallara diqqət yetirməyi bacarmaq;
  12. Yaxşı müşahidə qabiliyyəti;

sahənin gələcəyi

  Qisaca onu demək olar ki, təbiətlə bağlı bir elm sahəsi olduğu üçün, bu elmdə əldə edilən nəaliyyətlər hər il artmaq üzrədir. Dünya var olduqca bu elm sahəsində əldə edilən uğurlar və yeniliklər daim olacaq.

 Bu ixtisas üzrə maaşlar 

  Fəaliyyət göstərdiyiniz iş yerindən asılı olaraq maaşlar dəyişir. Burda sizin malik olduğunuz elmi dərəcə (bakalavr, master, PhD, elmlər doktoru) də önəm kəsb edir.

Maaş 300 AZN – dən  5000 AZN aralığında dəyişir.

 

 

 

 

Son yazılar