
İxtisasın təsviri
Coğrafiya – insanla təbiətin qarşılıqlı təsiri, eyni zamanda onların yayılma qanunauyğunluqlarını öyrənir. Özündə yerlə bağlı olan, demək olar ki, bütün elm sahələrini birləşdirir. Fiziki və iqtisadi coğrafiya deyə iki qola ayrılır. Asan dildə desək, fiziki coğrafiya səthində yaşadığımız yeri, iqtisadi coğrafiya isə insanı, onun yaşadığı yerə təsirini öyrənir. Qısacası, fiziki coğrafiya təbiətin insana, iqtisadi isə əksinə, insanın təbiətə təsirini göstərir, amma unutmayaq ki, bunlar qarşılıqlıdır.Tədqiqatın əsas mövzusundan asılı olaraq coğrafiyaşünaslar torpaqlar, buzlaqlar, okeanlar, vulkanlar, göllər, əhalinin tərkibi və sayı, yer qabığının yaranma tarixi (paleogeoqraflar), xəstəliklərin yayılma coğrafiyası (tibbi coğrafiyaçılar) və turizm mənbələri (turizm coğrafiyası) və s üzrə ixtisaslaşırlar. Əvvəllər bütün ərazilər aşkar olunmadığı və araşdırılmadığı zaman əsasən coğrafiyaçılar öz müşahidələri ilə məşğul olmuşlar. Bu gün onların əsas fəaliyyəti müxtəlif proseslərin və hadisələrin izahı, səbəblərini müəyyənləşdirmək və gələcək üçün proqnozlar verməkdir. Coğrafiyaşünas hansı sahədə çalışırsa, xəritələr ilə işləməlidir: onları tərtib etməli və düzgün oxumalıdır. Biologiya, kimya, fizika, ekologiya, tarix, riyaziyyat, iqtisadiyyat, sosiologiya ilə maraqlananlar bu ixtisası seçə bilər.
Peşənin tarixi
Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına, əsasən, 1944 – cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya – coğrafiya fakültəsi yaradıldı. 1945 -1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə Azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyatlı nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972 – ci il), hidrometeorologiya (1973 – cü il ) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979 – cu il) kafedraları yaradıldı. 1970 – ci illərdən BDU geologiya – coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi. İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007- ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-«Azərbaycan coğrafiyası» kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) (min 7-10)
Coğrafiya ixtisası üzrə təhsil aldiqdan sonra Elmlər Akademiyasında institutlarda işləmək.
- соğrafi təbəqənin dayanıqlığı,
- landşaftın təkamül,
- iqlimin mənşəyi və prоqnоzlaşdırılması,
- Xəzər dənizinin hidrоmeteоrоlоji şəraiti,
- ekосоğrafi problemlərinin həlli .
- Xəritəçilik üzrə xəritə çəkmə landşaf üzrə planlamalar üzrə Hidrometeorologiya üzrə işlər görə bilər.
- Bular üzrə işləyərkən əsas təhsilin önəmi olmağın qeyd etmək lazımdı əlavə olaraqda xəritə çəkmə və ya bu üzrə işlə məşğul olmaq üçün GİS proqramın bilməlidir.
Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemləri; respublikanın konstruktiv və regional problemləri; səhralaşma prosesləri. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi.
– Təbiət, ətraf mühit, insanlar arasında qarşılıqlı əlaqə yaratmaq
– Fiziki coğrafiya, iqlimşünaslıq, torpaqşünaslıq, nəzəri hidrologiya, bitki ekologiyası və geomorfologiya daxil olmaqla vahid bir fənnin yaradılması.
– Ərazi idarə edilməsi və nəzarətdə saxlanılması ilə bağlı araşdırmalar.
– Yeni bir elm sahəsi olan Coğrafi İnformasiyalar Sistemi üçün lazım olan bazanı yaratmaq
– Xəritələşmə və xəritəçəkmədə ərazi araşdırmasına dəstək olarmaq.
– Yerli qlobal miqyasda uzanan fiziki və sosial/ iqtisadi elmlərdə intizamlı və inteqrativ tədqiqatların aparılması, dəyişən planetimizin yerləşmə perspektivinə və davamlılığına vurğu etmək.
Harada bu ixtisasa sahiblənmək olar (universitet ya kursların adları)
- Azərbaycan Kooperasiya Universiteti-Coğrafiya Fakültəsi (əyani təhsil)
- Bakı Dövlət Universiteti -Coğrafiya Fakültəsi (qiyabi və əyani təhsil)
- Naxçıvan Dövlət Universiteti -Coğrafiya Fakültəsi (əyani təhsil)
Bu ixtisas üzrə harada çalışmaq olar (şirkət və sahə qeyd etmək olar)
- İqtisadiyyat Nazirliyində
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Botanika İnstitutu
- Hidrometeorologiya Departamenti
- Elmlər Akademiyası(institutlar)
- 1 illik pedoqoji ixtisas artırmadan sonra isə müəllim kimi
- Ekologiya və Təbiətin Mühafizəsi -iqtisadiyatın idarə edilməsi
- Planlaşdırma üzrə
- Torpaq quruluşu üzrə
- Yaşıllaşdırma idarəsi
- bələdçi- ekskursiya rəhbəri
- Ekoloq
- alim və tədqiqatçı kimi fəaliyyət göstər,
- milli parklar və qoruqlarda,
- həmçinin turistik şirkətlər işləyə bilər
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır? (min 7-10)
- Bu sahədə işləmək üçün ilk öncə ixtisasi dərindən öyrənmək lazımdır.
- Coğrafi biliklər yenilənməli dünya coğrafiyasi xəritəçilik üzrə bacarıqlar təkmilləşdirilməlidir.
- Komputer bilikləri olmalıdır GİS(Georaphical Information Systems) Azərbaycan dilində CİS ( Coğrafi İnformasiya Sistemləri). Həmin bu proqramdan xəritələrin çəkilməsində istifadə olunur.
- Müxtəlif növ xəritə və cihazlardan istifadə etmək qabiliyyəti.
- Güclü yaddaş və görmə qabiliyyəti;
- Analalitik düşüncə bacarığı;
- Məkan təsəvvürünə malik olmaq;
- Fiziki dözümlülük;
- Yaxşı müşahidə qabiliyyəti;
- Dəqiqlik və məsuliyyət;
- Stressə davamlı;
Bu sahənin gələcəyi (2-3 cümlə)
Bakalavr olaraq təhsili bitirdikdən sonra istərsə magstr dərəcəsinə xaricdə və ya burda davam etdirə bilər. Coqrafiya ixtisası her kes ucun parlaq bir ixtisas olmali ve parlaq bir gələcəyi olmalıdır. Çünki yaşadığımız yeri qorumaq hər birimizin borcudur. Bu ixtisasə bitirən hər bir tələbə öz üzərində 4 illik ixtisasdan əlvə bacarıqlarını təkmilleşdirərsə çox gözəl yərlərə yüksək yerlərə gəlib cixa bilər.
Bu ixtisas üzrə maaşlar (2-3 cümlə və rəqəmlər)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 150-300
Torpaq qurlusunda 400-500AZN
Iqtisadiyyat Nazirliyində 500-800AZN
Elmlər Akademiyası 170-200AZN
Proqram biliyi olmaqla yanaşı özəl şirkətlərdə 500-700
Dövlət qulluğu dərəcəyə görə maaş dəyişir 300-1000
İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)
Bu mövzu üzrə materiallar və məqalələr (növbəti mərhələdə edəcəyik)