İxtisasın qısa təsviri 

     Təbiətdə baş verən hadisələri və onların başvermə səbəblərini ardıcıllıqla təhsil alanlara ötürür.Onlarda təbiət və insanlar arasında kompleks şəkildə münasibətləri aşılayır,insanların iqtisadi və siyasi fəaliyyətlərini izahlı şəkildə ötürür.Şagirdlərdə sintez və dəyərləndirmə bacarıqlarını inkişaf etdirməklə coğrafiya proqnozlarının verilməsi,yeni ideya və fikirlərin,layihələrin təqdim olunmasını inkişaf etdirir.

            Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  • Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq
  • Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək
  • Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  •   əmək funksiyasını vicdanla yerinə yetirmək;
  •   əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  •   əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  •   dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  •   pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  •   müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  •  qoyulmuş əmək normalarını yerinə yetirmək;
  •   əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  •   məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  •  insanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  •  digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  •  özünü ləyaqətli aparmaq;
  •  müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  •   hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.

             Harada bu ixtisasa sahiblənmək olar 

Dövlət universitetləri:

  • Azərbaycan Dövlət  Pedaqoji Universiteti 
  • Azərbaycan Dövlət Pedaqoji universiteti-Tarix və coğrafiya müəllimliyi(Quba ,Şəki,Ağcabədi,Cəlilabad və Şamaxı filiallarında)
  • Bakı Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti(Tarix və coğrafiya müəllimliyi)
  • Naxçıvan Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti

             Bu ixtisas üzrə harada çalışmaq olar

  • Orta ümumtəhsil məktəblərində
  • Özəl kurslarda
  • Ekologiya sahəsində
  • Turizm sahəsində

          Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)                    yəni bu sahədə  işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Hadisələri analiz etmə və nəticə çıxarma
  • Müəyyən hesablama işləri aparmaq üçün riyazi biliklər
  • Pedaqoji və psixoloji biliklər
  • Idarəetmə qabiliyyəti
  • Fikrini rahat və qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabiliyyəti
  • Fənlərarası inteqrasiya etmə bacarığı
  • Dünyagörüşə biliklərinə sahib olması
  • İKT bacarıqları- yəni dəyişən və müasir dövrün tələblərinə görə kompyuter və ondan istifadə etmə bacarığı
  •                                    Bu sahənin gələcəyi 

     Bu ixtisas,əsasən,dünyanın fiziki proseslərini,bütün iqtisadi və siyasi amillərin formalaşmasına nəzarəti baxımından,qloballaşan və inkişaf edən dünyada adı çəkilən sahədə hadisələri kökündənöyrənmə və araşdırma,hətta hadisə ilə proqnozların verilməsi kimi funksiyaları özündə daşıyır.Bu sahədə hazırlanan kadrlar dövrün siyasətçiləri,iqtisadçıları və coğrafiyaçıları olaraq,ən vacib fiziki,iqtisadi və siyasi problemlərin həllində böyük rol oynayır.

                            Bu ixtisas üzrə maaşlar 

     Bu ixtisas üzrə  maaşlar  aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.

  • Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
  • Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
  • Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN
  • Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  • Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edi
Son yazılar