
İxtisasın qısa təsviri
Ekologiya mühəndisliyi- ətraf mühitin mühafizəsini və təbii sərvətlərin səmərəliliyini təşkil edən və nəzarət edən sahədir. Ekologiya mühəndisləri ərtaf mühitin problemlərinə ekoloji nöqteyi-nəzərindən yanaşırlar.Ümumiyyətlə,ekologiya geniş sahədir.İşlədikləri sahələrə görə gördükləri iş strukturu çox fərqlidir. Ekologiya mühəndisləri tullantıların azaldılması,və yaxud onların yenidəntəkrar istehsalı,istifadəsi sahələrində işləyə bilərlər. Ekologiya mühəndisinin ətraf mühitə,atmosfer qatına, su hövzəsinə, torpaq qatına ziyan vuran bütün halların qarşısını ala bilmək üçün araşdırmalar aparmaq və bu işi görənləri müəyyən cəza tətbiq etmək kimi öhdəlikləri var.Ekologiya mühəndislərinin işi daha çox zavod və fabriklərdən çıxan zəhərli tüstülərin,ekoloji baxımından zərərli hissəciklərin təbiətin ekologiyasına ziyan vurmasını və dənizə axıdılmasının qarşısını almaqdır.Məqsədi texnika ilə ətraf mühit arasındakı münasibətləri harmonizasiya etməkdir. Ekologiya mühəndisliyinin predmetini müəssisə,sənaye kompleksi və yaxud bütöv regionun texnosferi təşkil edə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.
Peşənin tarixi
Bu peşənin tarixi eramızdan əvvəllərə dayanmaqdadır. İlk su və kanalizasiya xətlərinin yaradılması bunun sübutudur. Ancaq XIX əsrə qədər dünyada bu sahə geniş vüsət almamışdır. Joseph Bazalgette Londonda ilk yeraltı kanalizasiya xətlərini dizayn edərək tarixə ilk ekologiya mühəndisi kimi adını yazdırmışdır.1945-ci ildən sonra dünyada müharibənin nəticəsi olaraq ağır ekoloji problemlər yaranmışdır. Bu problemləri aradan qaldırmaq üçün elmə ekoloji baxış termini tam mənasıyla gətirərək, istehsalat, xammalın çıxarılması və ətraf mühitdə fəaliyyətlə bağlı proseslərdə ekologiya mühəndislərinin iştirakının təmini həyata keçirilməyə başlanıldı. Müasir dövrdə ekologiya mühəndisliyi yüksək texnoloji inkişaf səviyyəsi vasitəsilə istənilən sahədə aparıcı rola malik olma potensialına malik bir sahə halına gəlmişdir.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- Çirklənmənin idarə olunması və tullantıların idarə edilməsi üçün texnologiya yaratmaq;
- Ekoloji məlumatların toplanması və analiz edilməsi;
- Ticarət fəaliyyətinin ekoloji təsirlərini müəyyənləşdirmək üçün sahə dəyərləndirmələri həyata keçirmək;
- Ətraf mühit üzərində insan təsirlərini araşdırmaq;
- Təkrar emal, xalq sağlamlığı, su və hava çirkliliyi də daxil olmaqla ətraf mühiti mühafizəsinin yaxşılaşdırılması;
- Bərpa olunan enerji, iqlim dəyişikliyi, qida və su təhlükəsizliyi kimi kritik araşdırma sahələrinin müəyyənləşdirilməsi;
- Hava çirkliliyi idarəetmə sistemlərinin yaradılması kimi ətraf mühitin mühafizəsi layihələrinin həyata keçirilməsi;
- Dizayn layihələrinin ətraf mühit və sağlamlıq qaydalarına uyğun olmasını təmin etmək.
Azərbaycan şirkətlərinin tələbləri
- Ətraf mühitin qaydalarının və tətbiqlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi;
- Ekoloji hesabatların yaradılması və rəhbərliyə təqdim edilməsi;
- Kimyəvi sızmalar kimi ekoloji hadisələrə cavab vermək üçün fövqəladə cavab tədbirlər qrupu ilə işlənilməsi;
- Ekoloji cəzaların və lisenziyaların alınması,saxlanılması,dəyişdirilməsi,yenilənməsi
- Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
- Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların aparılması;
- Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
- Tullantıların xaric edilməsi və çirklənmə nəzarət proqramlarına nəzarət edilməsi;
- Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması.
Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
- İlk növbədə müəyyən təhsilə və biliyə malik olmalı;
- Səriştəlilik prinsipinə uyğun olmalı;
- Beynəlxalq sertifikasiyada iştirak etməsi üstünlükdür;
- Yüksək müşahidə,təhlil və proqnozlaşdırma bacarığına sahib olmalı.
Bir ekologiya mühəndisinin bilməli olduğu digər vacib məqamlar da var. Bunlar aşağıdakılardır:
- Komputer proqramları və bununla yanaşı GPS sistemləri ilə işləməyi bacarmaq
- Microsoft Office,
- Microsoft Project,
- AutoCad,
- 3Dmax,
- Revit
- Ətraf mühitin mühafizəsinə dair qanunvericilikləri bilməli;
- Azərbaycan Respublikasının «Meşə məcəlləsi»
- Azərbaycan Respublikasının «Su məcəlləsi» haqqında
- «Yerin təki haqqında»
- «Ətraf mühitin mühafizəsi haqqında»
- «Ekoloji təhlükəsizlik haqqında»
- Azərbaycan Respublikasının «Torpaq məcəlləsi»
- «Atmosfer havasının mühafızəsi haqqında»
- «Yaşıllıqların mühafizəsi haqqında»
- «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında»
- Ətraf mühitin risklərini hesablamaq üçün yerli və beynəlxalq standartları bilməli;
- AZstandart
- ISO 9001
- ISO 14001
- Qostlar
- Risk analizi metodlarını bilməli (hansə metodlardan istifadə etməli olduğunu);
- Ekoloji normativ sənədlərin hazırlanması və tədbirlər sisteminin həyata keçirilməsi prinsiplərini bilməli;
- Düzəldici və önləyici tədbirlər planını hazırlamağı hər zaman bilməli.
Harada bu ixtisasa sahiblənmək olar
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
- Azərbaycan Texniki Universiteti(AZTU)
- Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)
- Mingəçevir Dövlət Universiteti (MDU)
- Gəncə Dövlət Universiteti (GDU)
- Sumqayıt Dövlət Universiteti (SDU)
- Naxçıvan Dövlət Universiteti (NDU)
Bu ixtisas üzrə harada çalışmaq olar
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində;
- Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində;
- Azərbaycan Müdafiə Sənayesi Nazirliyi;
- Fövqəladə Hallar Nazirliyi( müvafiq spesifikasiyalara cavab verməklə);
- Energetika Nazirliyinin tabeli qurumları ;
- Neft və kimya sənayesi şirkətlərində (SOCAR, BP və s.kimi);
- Dağ-mədən fəaliyyəti göstərən şirkətlərdə (Azərgold və s.);
- Tullantıların təmizlənməsi ilə məşğul olan bütün şirkətlərdə;
- Xüsusi təlim mərkəzlərində;
- Laboratoriyalarda ;
- Və adını çəkmədiyim müxtəlif sektorlarda yerli və xarici şirkətlərdə.
Bu sahənin gələcəyi
Keçmişdən XX əsrin əvvəllərinə kimi insanlar təbiətdən istifadə edərkən onların özünü bərpa potensialını hesaba qatmamışdılar və qarşısı alınmaz istehlakı ətraf təbii mühitin dağılmasına, strukturunun pozulmasına və çirklənməsinə gətirib çıxartmışdır.
Bugünkü ekoloji vəziyyət dünyanın ən qlobal problemlərindən biridir və ekoloji problemlər günü-gündən artmaqda davam edir. Artmaqda olan problemlər hər zaman həll yolu axtaran mütəxəssis heyəti lazımdır ki, bu mütəxəssislər də ekoloqlar və ekologiya mühəndisləridir. Azərbaycanda da ekologiya sahəsində təhsil alan və ixtisasını təkmilləşdirən şəxslərə tələbat böyükdür və sahənin ölkəmizdəki prespektivi olduqca böyükdür.
Bu ixtisas üzrə maaşlar
Dövlət qulluğunda çalışan şəxslər ilə özəl şirkətlərdə çalışan şəxlərin əməkhaqqısı fərqlilik göstərməkdədir. Gedəcəyiniz sahə üzrə staj, spesifikasiya və s. kimi məslələr nəzərə alındığı üçün konkret rəqəm yazmaq doğru olmaz.
Son yazılar
Ekologiya mühəndisliyi haqqında
Yanvar 19, 2020Ekologiya mühəndisliyi haqqında
Yanvar 17, 2020