
İxtisasın qısa təsviri
Təbiət elmlərinin ən mühümü Fizikadır.Fizika təbiətin ən ümumi qanunlarını,bizi əhatə edən maddi aləmin quruluşunu,maddi aləmdə baş verən dəyişiklikləri və bunun yaranma səbəblərini,cisimlər arasında möcüzə olan qanunlar,fiziki anlayışları,qanunauyğunluqları,nəzəriyyələri öyrənən elmdir.
Peşənin tarixi
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- Fizika müəllimi bu elmin öyrənilməsinin vacibliyini şagirdlərə aşılamalı;
- Fizika sahəsinə aid olan yararlı kəşflərdən, elmi-populyar məqalələrdən söz açmalı;
- Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
- Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
- Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
- Əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
- Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
- Dövlətin təhsil siyasətini yerinə yetirmək;
- Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
- Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
- Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
- Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
- Qoyulmuş əmək normalarını yerinə yetirmək;
- Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
- Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
- İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
- Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
- Özünü ləyaqətli aparmaq;
- Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
- Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.
Harada bu ixtisasa sahiblənmək olar
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Gəncə Dövlət Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Xəzər Universiteti
- Bakı Mühəndislik Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar
- Orta məktəblərdə;
- Təlim – tədris mərkəzlərində;
- Ali təhsil müəssisələrində;
- AMEA – nın tədqiqat institutunda;
- Elmi laboratoriyalarda çalışmaq hüququna malikdirlər.
Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
1.Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
- Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
- Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
- Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
- Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
- Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
- Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
- İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
Bu sahənin gələcəyi
Bildiyimiz kimi bu gün dünyada texnologiya sürətlə inkişaf edir. Burada Fizikanın da payı az deyildir. Çünki Fizika təbiət elmlərini öyrənməklə onları texnologiyaya tətbiq edir və yeni – yeni avadanlıqlar yaradılır və kəşflər edilir. Bu sahə Azərbaycanda da inkişaf edir və bu ixtisas üzrə yetişdirilən kadrların gələcəyi parlaqdır.
Bu ixtisas üzrə maaşlar
- Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
- Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
- Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN
- Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
- Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.