İxtisasın qısa təsviri 

Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarını əhatə edir,onlarin yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür. Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:

  1. Məişətdə təhlükəsizlik
  2. Istehsalatda təhlükəsizlik
  3. Sülh dövründə fövqəladə hadisələr zamanı təhlükəsizlik

Təhükəsizlik texnikası-təhlükəli şəraitdə və ZM (zəhərli maddə) işləyənlərin təsirinin qarşısını alan təşkilatı tədbirlərdən ibarət bir sistemdir.

Həyat fəaliyyətinin təhlükəsizliyi elə bir şərait və şərtlərdir ki, hansı işçilərin olduğu mühitdə neqativ təsirlər mümkün deyil.

Peşənin tarixi

 Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  1. Ölkədə mülki müdafiə işinin təşkili;
  2. Ayrı-ayrı istehsalat sahələrində, iqtisadiyyat obyektlərində proseslərin təhlükəsiz görülməsi;
  3. Baş verə biləcək fövqəladə halların qarşısının alınması;
  4. Baş vermiş fövqəladə hallara çevik reaksiya verilməsi;
  5. Bütün təsərrüfatlarda təhlükəsizliyin təmin ediməsi;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Fövqəladə Hallar Nazirliyi  Akademiyası(hərbi)
  2. Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar:

  1. FHN-nin qurumları: Mülki Müdafiə Qoşunlarının hərbi hissələri və şöbələri, Xüsusi Riskli Xilasetmə Xidməti,Böhran vəziyyətlərdə idarəetmə mərkəzləri (ən çox statistika və maarifləndirmə ilə məşğuldurlar)
  2. Neft-qaz,tikinti və s. Sahələrində: əməyin mühafizəsi mütəxəssisləri, SƏTƏMM (Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mühəndisləri (təhlükəsizlik texnikasına cavabdeh şəxslər)

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. Əsasən qanunvericiliyi yaxşı bilməlidir(xüsusən də texniki təhlükəsizlik və yanğından mühafizə sahəsində biliklər çox vacibdir)
  2. İşlədiyi vəzifəsinə müvafiq olaraq,təlimatları tam dərk etməli və yüksək səviyyədə mənimsəməlidir
  3. Təlim və maarifləndirmə bacarıqları olmalıdır
  4. Əksər hallarda fiziki aktivlik və bu cəhətdən yaxşı hazırlanmış olmalıdır
  5. İlkin yardım mütləq şərtlərdəndir

Bu sahənin gələcəyi

Sahənin gələcəyi indiki vəziyyəinə görə perspektivli görünür. Bu sahəyə tələb son illərdə artmağa başladı.

Bu ixtisas üzrə maaşlar

  • Dövlət şirkətlərində orta hesabla 500-600 AZN-dən başlayır və çox yüksək məbləğə çata bilər. Özəl şirkətlərdə də 600 AZN-dən başlayır. Xarici şirkətlər isə bir az yüksək məbləğ təklif edir.
Son yazılar