
İxtisasın qısa təsviri
Jurnalistika (fransız jurnalından – gündəlik, qəzet) kütləvi rabitə kanalları (mətbuat, radio, televiziya, kino və s.) vasitəsi ilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistika söz və faktlardan düzgün istifadə edərək obyektiv, dəqiq və qərəzsiz informasiya çatdırılmasını yerinə yetirən peşədir. Jurnalistika siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s. xüsusiyyətləri özündə əhatə edən geniş bir sahədir. İxtisas sahibləri jurnalist adlanır. Ölkəmizdə jurnalistikanın qəzet, televiziya, radio-jurnalistika, internet-jurnalistika, foto-jurnalistika kimi növləri vardır. Gələcək jurnalistlər başa düşməlidirlər ki, bu peşə təkcə yaradıcılıq deyil, həm də yazılan və deyilən hər söz üçün böyük məsuliyyətdir. Hər bir peşəkar jurnalist tamaşaçıya obyektiv məlumat çatdırmağı bacarmalıdır. Hesab olunur ki, jurnalist fəaliyyətinin əsas funksiyası dövlətlə cəmiyyət arasında informasiya kanalının yaradılması, eyni zamanda ictimai rəyin formalaşdırılmasıdır. Peşə dil və ədəbiyyat və ictimai araşdırmalar ilə maraqlananlar üçün uyğundur.
Peşənin tarixi
Jurnalistika informasiya mübadiləsi olduğu üçün bu peşənin tarixini daha qədim zamanlara, insanların bir-birinə informasiya ötürdükləri ilk zamanlara aid etmək olar. Ancaq onun həm də yazılı tərəfini nəzərə alsaq, 1543 – cü ildə alman alimi İohan Quttenberq tərəfindən çap maşının istehsal edilməsi və əlyazmaların daha sürətli yayılmağa başlamasından daha sonra yaranmış informatik məlumatları jurnalistikanın ilk əyani sübutları kimi təqdim edə bilərik. Dünyada ilk qəzet isə 1605 – ci ildə Almaniyada, “Relatio Aller Führneman” adı ilə nəşr edilib.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
Harada işləməsindən asılı olmayaraq:
- Məlumatla işləmək (faktları tapmaq, öyrənmək, seçmək, təhlil etmək, müqayisə etmək və qiymətləndirmək);
- KİV üçün material hazırlamalı;
- Canlı, online, telefon və s. vasitəsilə müsahibə götürməli;
- Hər hansı bir mövzularda tədbirlərdə iştirak etmək;
- Hər hası mövzuda məqalə, xəbər, press-reliz yazmaq.
- Hər hansı aktual mövzuda araşdırma aparmalı;
- İnformasiyanı bütün təbəqənin anlayacağı dildə yazmalı;
- Xəbər yayımı aparmalı;
- Jurnalist çıxışlarının effektivliyini artırmaq, xalqa vaxtında məlumat vermək, faktların etibarlı şəkildə təqdim edilməsi;
- Reportaj hazırlamalı;
- Foto çəkmək və sosial media platformaları üçün video hazırlamalı;
- Söz azadlığı prinsiplərini və demokratik cəmiyyətin əsaslarını dəstəkləmək
- Sosial və kommersiya sifarişləri, habelə fərdi yaradıcı təşəbbüslər üzrə işlərinicrası
- KİV keyfiyyətinin yaxşılaşdırılması, cari məsələlərin işıqlandırılmasında səmərəliliyin artırılması, materialların təqdimetmə formalarının təkmilləşdirilməsi;
Harada bu ixtisasa sahiblənmək olar
- Azərbaycan Dillər Universiteti
- Bakı Dövlət Universiteti
- Bakı Slavyan Universiteti
- Naxçıvan Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar
- Sərbəst və ya hansısa media orqanın redaksiyasında
- Şirkət və ya dövlət strukturlarının media bölmələrində
- Jurnalist, naşir, radio və televiziya aparıcısı, müxbir, fotojurnalist, analitik, PR mütəxəssis,
- İT mütəxəssis kimi müvafiq şirkətlərdə
- İnformasiya agentliklərində
- İctimaiyyətlə əlaqə şöbəsində
- Reklam sahəsində
- Veb saytlarda
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
- İxtisası haqqında biliklərə yiyələnməli
- Analiz edə bilməli;
- Araşdırmağı bacarmalı;
- Bir informasiyanı bir deyil, fərqli-fərqli mənbələrdə axtararaq qarşılaşdırmalı;
- Jurnalist həm də psixoloq olmalıdır ki, məlumatı “qopara bilsin”. Yəni qarşısındakı şəxsi danışdıra bilməli;
- Azərbaycan dilinin ədəbi dilinin normalarını mükəmməl bilməli;
- Söz bazası və dünyagörüşü geniş olmalı;
- Obyektivlik əsasdır;
- Fikri düzgün ifadə etməli;
- Redaktə etməyi bacarmalı;
- Aktual mövzu seçməyi bacarmalı;
- Müsahibə bacarıqlarına malik olmalı;
- Böyük məlumat toplusunun içərisində əsası vurğulamağı bacarmalı
- Faktların izahını tapmaq bacarmalı
- Narahat suallar vermək və problemin dərinliyinə enməyi bacarmalı
- Peşə etikası, nəzakət;
- Jurnalistin işi üçün lazım olan peşəkar alət və avadanlıqları idarə etməyi bilməli (səs yazıcısı, kamera və s.);
- Tez və vaxtında iş görmək bacarmalı
- Yüksək müşahidə bacarığı;
- Təşəbbüskarlıq;
- Ünsiyyət və komanda ilə işləməyi bacarmalı;
- Stressə dözümlülük;
Bu sahənin gələcəyi
XX əsrdə uzun bir inkişaf dövründən sonra jurnalistika internetin yaranması və rəqəmsal platformaların sürətlə yayılması ilə əlaqədar olaraq, onlayn jurnalistikada intensiv artım müşahidə olunur.
Bu ixtisas üzrə maaşlar
Bizim ölkədə isə bu rəqəm minimum 250 AZN, maksimum 1000 – 1200 AZN arasında dəyişir. Böyük əksəriyyət 300 – 400 AZN maaşla kifayətlənməli olur.