
İxtisasın qısa təsviri
Şagird və abituriyentlərə müəyyən kimyəvi bilik və bacarıqları çatdırmaq, gündəlik həyatımızda kimyəvi maddələr ilə istifadə qaydasını öyrətmək, sənayenin bir çox sahələrində həm istifadə olunan, həm də alınan kimyəvi maddələr haqqında məlumat verən müəllimlik peşəsinin bir sahəsidir. Kimya müəllimliyi ixtisası bu günki günümüzdə xüsusilə nüfuzlu və aktualdır. Bu həm yeni bilik sahələrinin inkişafı (ekologiya, molekulyar kimya və s.), həm də bu elmin həllinə kömək edən sosial vəzifələrin vacibliyi ilə əlaqədardır. Kimyanın ilkin təməllərini bilmək hər birimiz üçün zəruridir, bu biliklər insanın ümumi mədəniyyətinin göstəricilərindən biridir. Kimya müəllimi ixtisasını seçmiş bir insanın kimyəvi istehsalın və hətta bəzi reaksiyaların həmişə zərərsiz olmadığını bilmələri lazımdır, buna görə kimya müəllimi peşəsi, allergik xəstəliklərdən əziyyət çəkən zəif ağciyərləri olan insanlar üçün tövsiyyə deyil. Bu sahə kimya elminə maraq göstərənlər üçün uyğun sahədir.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq
➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək
➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
➝ əmək funksiyasını vicdanla yerinə yetirmək;
➝ əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
➝ əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
➝ dövlətin təhsil siyasətini yerinə yetirmək;
➝ təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
➝ pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
➝ müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
➝ metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
➝ qoyulmuş əmək normalarını yerinə yetirmək;
➝ əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
➝ məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
➝ insanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
➝ digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
➝ özünü ləyaqətli aparmaq;
➝ müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
➝ hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur.
➝ Kimya sahəsinin bir çox istiqamətləri ilə tanış olub, konkret bir istiqamət üzrə isə dərindən bilik və bacarıqlara malik olmalıdır. (məs. Analitik Kimya, Kolloid Kimya, Fiziki Kimya və s.)
➝ Şagirdlərin xüsusilə ekoloji, estetik, cinsi, mənəvi tərbiyə olunması
➝ Şagirdlərin laboratoriyada işləmək qabiliyyətinə malik olmasını təmin etməli
➝ Kimyəvi təcrübə və tədqiqatlar aparmaq (yeni məhsulların analizi və sintezi, xassələrinin sınanması), təcrübənin nəticələrini emal etmək
➝ İstehsaldakı kimyəvi proseslərə nəzarət etmək
➝ Xammal, vasitəçilər və qida məhsullarının, suyun keyfiyyətinə kimyəvi müayinə keçirmək
Harada bu ixtisasa sahiblənmək olar (universitet ya kursların adları)
➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Gəncə Dövlət Universiteti
- ➝ Xəzər Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ “Naxçıvan” Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
- Bu ixtisas üzrə harada çalışmaq olar (şirkət və sahə qeyd etmək olar)
Bakalavr təhsili:
- ➝ Ümumitəhsil məktəblərində
- ➝ Abituriyent hazırlığı mərkəzlərində
Əgər hər hansı bir kursda cihazlarla işləmək, təqdiqat aparmaq bacarıqlarına sahib olmaq biliklətinə yiyələnsə:
- ➝ Müəyyən şirkətlərdə laborant vəzifəsində
Magistr və doktorantura təhsili:
- ➝ İlə ümumtəhsil məktəblərində
- ➝ Abituriyent hazırlığı kurslarında
- Universitetlərdə (yalnız dokturantura)
- ➝ Müxtəlif müəssisələrdə (qida sənayesi, neft sənayesi, hərbi sənayedə)
- Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
1.Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
2. Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
3. Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
- 4. Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
- 5. Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
- 6. Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
- 7. Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir. Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
- Laboratoriyada işləmək
- Cihazlardan istifadə
- Analiz etmək
- 8. İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
Bu sahənin gələcəyi
Sənayemiz inkişaf etdikcə bu ixtisas da inkişaf edir. Hal-hazırda sənayeni kimyasız təsəvvür etmək olmur. Gələcəkdə bu sahə daha da inkişaf edib öz töhfələrini insanlara verəcəkdir.
Bu ixtisas üzrə maaşlar (2-3 cümlə və rəqəmlər)
Bu ixtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq,həftəlik dərs yükünə görə təyin edilir.
- ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
- ➝ Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
- ➝ Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN
- ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
- ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.
Ancaq özəl liseylərdə maaşlar daha yüksək ola bilər.