İxtisasın qısa təsviri 

  Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir. Məktəbəqədər hazırlıq 5 – 6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu qruplarda həftəlik məşğələlərin sayı öncədən hazırlanmış plan əsasında həyata keçirilir. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün isə məktəbəqədər xüsusi təhsil müəssisələri yaradılmışdır. 1 il müddətinə icbari formada tədris edilir.

 Bu yaş dövrlərinin xüsusiyyətlərini bilmək və təhsil zamanı uyğun tədris və tərbiyə metodlarından istifadə etmək burada çox vacib amillərdəndir. Əsas məsələ, müxtəlif didaktik  oyunlar və s. vasıtəsi uşaq bunu fərq etmədən ona yeni bilik və bacarıqlara qazandırmaqdır. Burada uşaqlara çox böyük məhəbbət, fərdiliyi görmək və hiss etmək, onun inkişafına töhfə vermək tələb edilir.

 Peşənin tarixi – 1992 -ci ildə bu ixtisas Pedoqogikanın tərkibində tədris edilmişdir. 2015-ci ildən isə məktəbəqədər təhsil adlanır.  AR Nazirlər Kabinetinin 11 iyul 2016 – cı il qərarı ilə 2016-2017- ci dərs ilindən başlayaraq məktəbəqədər yaşlı uşaqlara tədris edilir.

  İş öhdəlikləri –  

  1. Uşaqların oxumaq həvəsinin, onların məktəbə müsbət emosiyalı münasibətinin inkişaf etdirilməsi.
  2. Uşaqların məktəbə adaptasiyasını təmin etmək .
  3. Uşaqların şəxsi – sosial xüsusiyyətlırinin formalaşdırılması.
  4. Obrazlı təfəkkürün, təxəyyülün, məntiqi təfəkkürün inkişafı.
  5. Yüksək əxlaqi dəyərlərin və vətəndaşlıq hislərinin inkişaf.
  6. Uşaqların müəyyən edilmiş qaydalara riayət etmək bacarığının inkişafı.
  7. Qruplarla işləmə bacarığının formalaşması.
  8. Özünüqiymətləndirmənin formalaşması.
  9. Ünsiyyət bacarığının formalaşdırılması.
  10. Fiziki qabiliyyətlərin inkişaf etdirilməsi.
  11. Valideynlər ilə davamlı əlaqədə olmaq.
  12. Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım;
  13. Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək;
  14. Pedaqoji prinsiplərə riayət etməli;

 Harada bu ixtisasa sahiblənmək olar – 

  1. Azərbaycan Dillər Universiteti
  2. Azərbaycan Dövlət Pedaqoji Universiteti
  3. Bakı Dövlət Universiteti 
  4. Bakı Qızlar Universiteti
  5. Bakı Slavyan Universiteti
  6. Gəncə Dövlət Universiteti
  7. Mingəçevir Dövlət Universiteti
  8. Naxçıvan Müəllimlər İnstitutu 
  9. Lənkəran Dövlət Universiteti
  10. Odlar Yurdu Universiteti
  11. Sumqayıt Dövlət Universiteti

Harada işləmək olar – Dövlət bağçaları və özəl müəssisələr :

  1. Profi Group
  2.  Balaca Alim Uşaq Bağçası
  3. Nağıllar Aləmi Uşaq Bağçası
  4.  Elli’s Academy
  5.  Melissa Group
  6.  Kaspi Kids
  7. Creative Education and Training Academy və s.

 Bacarıqlar – 

  1. Yüksək motivasiya ilə yanaşma 
  2. Fərdi və komanda ilə işləmə bacarığı
  3. Sinif idarəedilməsi bacarığı 
  4. Öyrətmək həvəsi 
  5. Azyaşlı uşaqlarla çalışma bacarığı
  6.  Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı
  7. Pedaqoji ve psixoloji biliklərin olması  
  8. Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti 
  9. Səbrli və təmkinli xarakterə sahib olmaq
  10. İşə məsuliyyətli yanaşmağı bacarmaq 
  11. Şagirdlərin nə istədiyini anlamalı
  12. Bildiklərinin tətbiqini bacarmalı
  13. Şagirdlərin nə istədiyini anlamalı
  14. Öyrənməyi və öyrətməyi bacarmalı
  15. Daim yenilikçi olmaq
  16. Sosial yönümlü olmaq
  17. Empatiya bacarığı 

Gələcəyi –  Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərini əhatə etdiyinə görə erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Buna görə də bu ixtisas istənilən dövr üçün aktualdır.

Maaşlar – 300 – 700 AZN

Son yazılar