
İxtisasın qısa təsviri
Rəngkarlıq – təsviri sənətin bir qoludur. Rəngkarlıq qədim dövrlərdən bu günümüzədək aktual olan sənətdir. Rəngkarlıq sənəti yağlı boya texnikası ilə inkişaf etmişdir.Yağlı boya texnikası hələ qədim zamanlardan taxta heykəltəraşlığının boyalama prosesi ilə bağlıdır. Müasir dövrdə də bu texnikanın çiçəklənməsi və inkişafı ümumi incəsənətə böyük təsir göstərmişdir. Rəngkarlıq sənətini 4 növə ayırmaq olar :
- Monumental rəngkarlıq – monumental rəngkarlıq nümunəsi adətən irihəcimli və açıq havada saxlanıla bilən əsərlər hesab edilir.
- Dekorativ rəngkarlıq – daha kicik ölçülü, qapalı məkanlar ücün nəzərdə tutulan rəngkarlıq nümunələridir.
- Dəzgah rəngkarlığı – Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır.
- Teatr – dekor rəngkarlığı – teatr,kino və bu kimi sahələr ücün hazırlanan dekorativ rəngkarliq nümunələridir.
İxtisas rəsm və dünya sənət mədəniyyəti ilə maraqlananlar üçün uyğundur.
Peşənin tarixi
Azərbaycan təsviri sənətində rəngkarlıq müxtəlif dövrləri əhatə edən inkişaf yolu keçmişdir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII – V əsrlərdən bu günümüzə çatan Qobustan qaya təsvirləri, Gəmiqaya təsvirləri mühüm əhəmiyyətə malikdir.Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikcə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq meydana gəlmişdir. Orta əsrlərdə Azərbaycan rəssamları, əsasən, kalliqrafiya (xəttatlıq) ilə məşğul olurdular. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açılmış, 1932 – ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradılmış, 1940 – cı ildə Azərbaycan rəssamlarının ilk qurultayı keçirilmişdir.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
Rəsm çəkmək, , özəl kurslarda rəsm və rəngkarlıqla, fərdi olaraq emalatxanalarda sifarişlərlə işləyir.
- İstəyə uyğun çalarları əldə etmək üçün əsas və köməkçi maddələrin nisbətinin hesablanması;
- Verilmiş nümunələrə uyğun olaraq boyaların və onların qarışıqlarının hazırlanması;
- Ahəngdar rəng birləşmələrinin seçimi;
- Boya istehsal prosesi üçün maddələrin miqdarının hesablanması;
- Rəngləmə məhlullarının konsentrasiyasına, alınmış nümunələrin rəng doymasına nəzarət;
- Sonrakı seçim məqsədi ilə müştərilərə təqdim etmək üçün test rənglərinin istehsalı;
- Sifarişlər işləyirsə – sifariş qəbul etmək və onunla yaxından tanışlıq.
- Sifarişçiylə daim ünsiyyətdə olmaq.
- İstəkləri qəbul etmək, məsləhətləşmək.
- Sifarişin məbləğini dəqiq hesablayıb sifarişçiyə bildirmək.
- Müəyyən olunmuş müddətə sifarişi işləyib bitirmək.
- Rənkarlıqla məşğul olan rəssamlar öz sifarişlərini və bu sifarişdən işlənəcək məhsullara yaxından bələd olmalı və hər bir sifarişi həmən sifarişin xarakterinə uyğun şəkildə işləyib təhvil verməlidir.
- Aylıq maaşla, ofis və ya idarə şəraitində, stul arxasında işləyirsə o, işlədiyi heyyətin qayda qanunlarına əməl etməli, sifarişləri layiqincə təhvil verməlidir.
- Həmçinin, hər sifarişlə bağlı dəyişiklik təkliflərini əlaqəli şəxslərə bildirməli və məsləhətləşməlidir.
Harada bu ixtisasa sahiblənmək olar
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Bu ixtisas üzrə harada çalışmaq olar
- Özel kurslarda müəllim;
- Qaleriyalarla əməkdaşlıq;
- Fərdi olaraq rəsm rəngkarlıqla məşğul olmaq.
Rəngkarlıq ixtisası II kursda bölündüyünə görə –
- Monumental rəngkarlıq-Divar resmleri ,mozayka isleri ile məsqul olunur
- Dekorativ rəngkarlıq- Dizayn işləri ilə
- Dəzgah rəngkarlığı- Fərdi yaradıcılıqla məşğul olmaq
- Teatr – dekor rəngkarlığı – Teatr sahələri üzrə, səhnə dizaynı.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
- Güclü görmə qabiliyyəti;
- Rəng çalarlarını dəqiq ayırd etmək bacarığı;
- Müşahidə bacarıqları;
- Kimyəvi birləşmələrə qarşı həssaslığın olmaması;
- İstifadə olunan materialların, boyaların, rənglərin və digər vasitələrin xüsusiyyətlərindən xəbərdar olmaq;
- Rəsm bacarıqları
- Öyrəndiklərini tətbiq etmək.
- Öz dəsti – xətti olması.
- Qeyri – standart düşüncələr,
- Əvəzolunmaz rəsmlər yaratmaq;
- Məsuliyyət və dəqiqlik;
- Texnoloji biliklər;
Bu sahənin gələcəyi
Qədim dövrdən gəlməsi ve hələ də davam etməsi o deməkdir ki, bu sənətin yaşı yoxdur, həmişə onun parlaq gələcəyi ola bilər. Təbii ki, həmin insanın yaradıcılığından və qabiliyyətindən asılıdır. Gələcəkdə öz şəxsi emalatxanasını qura bilər. Xarici ölkələrlə əməkdaşlıq edib sifarişlər götürə bilər.
Bu ixtisas üzrə maaşlar
Özəl sifarişlərə uyğun qiymətlər təyin edildiyindən dəqiq əməkhaqqı hesablamaq mümkün deyil.