
İxtisasın qısa təsviri
Bu ixtisas atıcı,artilleriya və raket silahlarının layihələndirilməsi,istehsal texnologiyası, istehsalatı və sınaqdan keçirən sahədə mühəndis hazırlayır. Bildiyimiz üzrə silah xüsusi maşın olduğundan tələbələr bu ixtisasda maşınqayırma fənlərini də tədris edilir. Bu fakültənin bir üstün cəhəti isə tələbə artıq ikinci kursdan istehsalatla tanış olurlar. Yay tətillərində Müdafiə Sənayesi Nazirliyinin Müəsisələrində işlə təmin olunurlar. Üçünçü kursdan isə müəyyən fənlər müəsisələrdə tədris olunur və bu zaman tələbələr fənni həm nəzəri həm də praktik cəhətdən öyrənirlər. Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.
Peşənin tarixi
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
- İlkin olaraq tələbələrin bacarıqlarından aslı olaraq dəyişir. Bilik və bacarıqları aşağı olan tələbələr ilkin olaraq işə fəhlə və yaxud operator olaraq fəaliyyət göstərir.
- Əsasən, konstruktor və yaxud texnoloq kimi fəaliyyət göstərmək.
Harada bu ixtisasa sahiblənmək olar
- Silah və silah sistemlərinin istehsal texnologiyası ixtisası Azərbaycan Texniki Universitetində tədris olunur.
- Silah sistemlərinin layihələndirilməsi və dizaynı;
- Konstruksiya sənədlərinin hazırlanması;
- Konstruksiya mərhələsində sınaqlarda iştirak edərək silah sistemlərinə nəzarət etmək;
- Silah sistemlərinin etibarlılığını qiymətləndirmək;
- Silah sistemlərinin yığılması və sökülməsi;
- Silah sistemlərinin istehsalı üçün texnoloji prosesləri inkişaf etdirmək və yenidən yaratmaq;
- Silah sistemlərinin istehsalının texnoloji prosesləri üçün avadanlıq və alətlər seçimini etmək;
- Texnoloji proseslər üçün xüsusi texnoloji avadanlıqların hazırlanması;
- Texniki sənədləri tərtib edilməsi;
- İstehsal bölməsinin işini təşkil edilməsi;
- Bölmənin işinə rəhbərlik edilməsi;
- İstehsal fəaliyyətinin səmərəliliyini qiymətləndirmək;
- Sənayedə proqram təminatını mənimsəmək və istifadə etmək;
- Rəqəmsal idarə olunan maşınlar üçün nəzarət proqramları yaratmaq və düzəliş etmək;
Bu ixtisas üzrə harada çalışmaq olar
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
- Silahların quruluşu və iş prinsipini və hər bir mühəndis üçün vacib olan “Tərsimi həndəsə və mühəndis qrafikası”nı və bəzi mühəndis proqramlarını bilmək.
- Yaxşı fiziki hazırlıq;
- Texniki zehniyyət
- Texnologiyaya maraq
- Texniki fərasət
- İşə yaradıcı münasibət
- Sürətli reaksiya
- Konstruktiv və məntiqi düşüncə
- Analitik düşüncə
- Konsentrasiya uzun müddət cəmləşdirmək qabiliyyəti
- Təşkilatçılıq bacarıqları
- Əzm və qətiyyət
- Məsuliyyətli qərarlar qəbul etmək bacarığı
- Nəzəri hazırlıq işlərində zəruri olan AutoCAD, SolidWorks, CorelDraw, SCAD, KOMPAS-3D proqram bilgisi.
Bu sahənin gələcəyi
Əvvəllər bu ixtisası bitirən məzunların hər biri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunurdu. Müəssisələrdə vakansiyalar azaldığından hal-hazırda bütün tələbələr işlə təmin olunmur. İlkin olaraq GPA (ortalama balı)yüksək olan tələbələr işlə təmin olunurlar. Amma məzunlarln istəyinə əsasən hər hansı başqa bir sahədə də işləyə bilərlər.
Bu ixtisas üzrə maaşlar
Azərbaycanın silah ixracı az olduğundan bu sahə üzrə maaşlar bir qədər aşağıdır. İlkin olaraq işə başlayanda vəzifədən aslı olaraq maaşlar 350 – 450 AZN aralığında dəyişir. Sonradan müəyyən qədər artır.