İxtisasın qısa təsviri

  Sosiologiya cəmiyyətin necə dəyişdiyini, tarixi olaraq necə inkişaf etdiyini və bu proseslərini incələyən elmdir. Sosiologiya ictimai hadisələri, ümumi faktları və cəmiyyəti bütövlükdə analiz edir. Sosiologiya fərdi problemlərlə məşğul olmaz, çünki onun mövzusu sosial hadisələr və faktlardır. Sosiologiya cəmiyyətin ümumi qanunlarını, sosial davranış tərzlərini öyrənməyə çalışır. Sosiologiya cəmiyyəti bir bütöv olaraq araşdırır. Cəmiyyətin indi necə qurulduğunu bilmək, sosial proseslərin həyatın müxtəlif sahələrinə təsirini nəzərə almaq, ictimai vəziyyətin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq və ictimai hadisələri idarə edə bilmək üçün lazımdır. Sosioloji tədqiqatların məlumatları, məsələn, ictimai rəyin təhlili, bu gün inkişaf siyasətini son sosial meyillərə uyğun olaraq vaxtında tənzimləmək və dalğada qalmaq üçün siyasət və dövlət idarəçiliyi sahəsində, habelə ticarət şirkətləri və mediada tələb olunur. Peşə tarixi və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

                                                                Peşənin tarixi

  “Sosiologiya” termini ilk dəfə Fransız elmində ortaya çıxdı. Bu filosof və sosioloq Auguste Comte tərəfindən istifadə edilmişdir. Lakin qədim Misir, Hindistan və Assuriya mütəfəkkirləri gələcək elmi istiqamətlərin müddəalarını izah etməyə çalışdılar. Sosiologiyanın təməllərini Jan-Jak Russo, Denis Didro, Tomas Mor, v Robert Oven v s.  kimi şəxsiyyətlər qoymuşdur. 

                                     Bu xtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  ➝ Cəmiyyətin təlabatlarınl bilmək və onları analiz etmək.

  ➝ Müxtəlif sosial proseslərin inkişaf dinamikasını diaqnoz etmək;

  ➝ Daim müxtəlif araşdırmalar aparmaq və cəmiyyətin ən son vəziyyətini öyrənmək.

  ➝ Cəmiyyətdə problemlər olduqda onlara həlli yolu təklif etmək.

  ➝ Əhalinin sosial həyat şəraitinin inkişafı meyarlarının yaxşılaşdırılması;

  ➝ Sosial sahənin inkişafı üçün optimal modelin planlaşdırılmasını təmin etmək;

  ➝ Cəmiyyətdə sosial həmrəyliyin və sosial qrupların əməkdaşlığının öyrənilməsi metodologiyasının təkmilləşdirilməsi;

  ➝ Müxtəlif sosial qrupların sosial fəaliyyətlərinin qiymətləndirilməsi barədə məsləhətlər vermək;

  ➝ Əhalinin həyat keyfiyyəti və effektivliyinin diaqnostikasının səmərəliliyini artırmaq.

  ➝ Sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi.

  ➝ Sosioloji araşdırma zamanı əldə edilən məlumatların etibarlılığını və obyektivliyini nəzarət etmək və təmin etmək;

  ➝ Keçirilmiş tədqiqatlar və tədbirlər əsasında aidiyyəti tövsiyələri əks etdirən hesabatların hazırlanması.

                                                  Harada bu ixtisasa sahiblənmək olar

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.

2. Bakı Dövlət Universiteti.

3. Sumqayıt Dövlət Universiteti.

                                               Bu ixtisas üzrə harada çalışmaq olar

  1.   1. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi.
  2.   2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti.
  3.   2. İctimai Səhiyyə və İslahatlar mərkəzində.
  4.   4. Tədqiqat mərkəzlərində.
  5.   5. Bir çox özəl şirkətlərdə HR kimi çalışmaq mümkündür.

            Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1.Hər zaman araşdırmaq həvəsinin olması.

  2.Siyasətlə,cəmiyyətlə bağlı dünya görüşünün olması.

  3.Cəmiyyətdə olan ən son və aktual təlabatları bilmək.

  4.Hər zaman tədqiqat aparmağa hazır olmaq.

  5.Sosioloji düşüncənin olması.

  6. Verilənlər bazası idarəetmə (MSQL, Microsoft Access və s.) biliklərinə sahib olma

  7Təşkilaçılıq bacarıqları

  8Analitik düşüncə;

  9Müstəqillik;

  10.Yüksək ünsiyyət bacarıqları;

  1.   11. Kreativ, yaradıcı yanaşma;
  2.   12. Psixologiyanın əsaslarını bilməli, empatiya göstərməyi bacarmaq;
  3.   13. Yaxşı müşahidə qabiliyyəti;
  4.   14. Problemləri, dəqiq şəkildə müəyyən etmək;

                                                             Bu sahənin gələcəyi 

  Hal-hazırda ABŞ da və Avropada sosioloqlara çox ehtiyac var.Ölkəmizdə gün getdikcə sosiologiyaya təlabat çoxalır.Məzunlarln iş  imkanları getdikcə daha da artır.

                                                           Bu ixtisas üzrə maaşlar 

  1.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində maaş 800 – 900 AZN civarındadır.

  2.Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi maaşlar 500 – 600 AZN civarındadır. 

 

 

Son yazılar