İxtisasın qısa təsviri

  Teatrşünaslıq fars dilindən gəlmə bir sözdür.Teatr sənətinin nəzəriyyəsi ilə,tarixi ilə və tənqidi ilə məşğul olan  humanitar bir elm sahəsidir. Teatr sənətini öyrənən, təhlil və tədqiq edən elmdir. Bu istiqaməti öyrətməkdə əsas məqsəd estetik zövqü olan, əsl sənət əsərlərini tanıya bilən, yaxşı yaza bilən, perspektivli səhnələşdirmələri tanımaq üçün xüsusi bir istedada malik olan, ədəbiyyatın müxtəlif sahələrində  yüksək bilikli mütəxəssislər yetişdirməkdir. Gələcək teatr mütəxəssisləri məlumat axınlarını sürətlə öyrənməyi, müxtəlif sənət növlərinin inkişaf qanunlarını dərk etmək üçün lazımi biliklərə yiyələnməyi və əsərləri qiymətləndirmək və tənqid etməkdə yüksək bacarıqlar formalaşdırmağı öyrənirlər. İncəsənətə marağı olanlar bu sahəni seçə bilərlər. Teatrşünaslığın üç əsas qolu var:

  1. Teatr tarixinin tədqiqi, öyrənilməsi.
  2. Teatr təndiqi və çağdaş teatr prosesinin operativ araşdırılması, işıqlandırılması, resenziyaların, təhlili məqalələrin yazılması və teatrda mövcud olan müxtəlif problemlərin (aktyor yaradıcılığında, rejissor üslubunda, repertuar seçimində və.s) operativ elmi müzakirəsi.
  3. Teatr elminin nəzəri-estetik əsaslarının öyrənilməsi.

Peşənin tarixi

  Teatrşünaslıq ilk dəfə Almaniyada Max Herman tərəfindən müstəqil bir sənət sahəsi kimi  formalaşdırıb. Bu vaxta qədər yeni Max Hermana kimi sadəcə teatr elmi, teatr sahəsi ədəbiyatşünaslığın  bir sahəsi kimi tətbiq olunurdu. Yəni bu peşənin predmeti yazılı mətin idi. Max Herman bildirdi ki, teatrşünaslıq  predmeti tamaşadır.O gündən sonra tamaşa ayrı bir müstəqil struktur kimi ələ alındı və müstəqil bir sahə kimi tətbiq olundu.

 Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Tamaşa üçün bədii görüşlərin təyini
  • Aktyorların seçilməsi
  • Məşqlərin aparılması və gedişata nəzarət
  • Tamaşanın hazırlanmasında iştirak edən aktyorlar,yaradıcı heyət,istehsal heyəti və istehsalçılarla ünsiyyət
  • Ssenari və müsiqini tərcümə etmək
  • Nəşriyyatlarda, radio və televiziyada redaksiya fəaliyyətini həyata keçirmək.
  • Sənət mövzularında tənqidi məqalələr yazmaq;
  • Teatrın repertuarının formalaşmasına kömək etmək;
  • İstehlakçı tələbatını, auditoriyanın ehtiyaclarını müəyyənləşdirmək üçün marketinq, sosial tədqiqatlar aparmaq;
  • Teatrın media ilə qarşılıqlı əlaqəsini təmin etmək, dövri nəşrlər üçün məqalələr yazmaq, mətbuat konfransları keçirmək, yeni əsərlər təqdim etmək, qastrol səfərləri və teatr sənətinin təbliğinə yönəlmiş digər tədbirlərin təşkilində iştirak etmək;
  • Tamaşaların müəllifləri, dramaturqlar, şairlər, yazıçılar, aranjımançılar, bəstəkarlar və s. ilə işləmək;

Harada bu ixtisasa sahiblənmək olar  

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar 

  • Cari mətbuatda çıxış etmək 
  • Mətbuat orqanlarında  redaktə ilə məşğul olmaq 
  • Teatrlarda ədəbi hissə müdiri
  • Teatrlarda mətbuat məsələləri ilə mətbuat katibi 
  • Teatr sosiologiyası  və teatr marketinqi ilə məşğul  olurlar 
  • Rejisor kimi 
  • Metbu orqanlarda redaktor
  • Dünyada olduğu kimi  bizdə də öz teatrın yaratmaq olar
  • Azərbaycan Mədəniyyət Nazirliyində teatrşünas vəzifəsində (müxtəlif teatr idarəçiliyi  ilə məşğul olmaq)
  • Teatr üzrə rəhbər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Teatrşünas musiqini, rəssamlığı, psixologiyanı, anatomiyanı bilməli
  • Rejisorluğu, aktyor sənətini öyrənməli,
  • Dekor işi fəlsəfəni bilməli
  • Dramaturgiyanı bilməli
  • Humanitar elmləri mükəmməl bilməli,onların teatr sənəti ilə əlaqələrini aşkarlamalıdır
  • Teatr və onun sosial,mədəni-iqtisadi varolma prinsiplərinə bələd olmalıdır
  • İdarəçilik bacarıqalrı:Teatrşünas işlədiyi teatrın repertuar siyasətini yönəltməyi bacarmalıdır
  • Dürüstlük: Hər zaman doğru olanı dilə gətirməyi bacarmalıdır
  • Analitik düşüncə bacarığı;
  • Tənqidi düşünmə bacarığı;
  • Estetik zövq;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Məsulliyətli olmaq;
  • Yaxşı müşahidə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Stressli vəziyyətlərdə işləməyi bacarmaq;
  • Detallara diqqət yetirməyi bacarmaq;
  • Dini və mədəni baxımdan tolerant olmaq;
  • Təşəbbüskar;
  • Yaradıcılıq, kreativlik olmaq;

Bu sahənin gələcəyi

 Teatrşünasların gələcəyi ümidbəxş edəndir  çünki teatrşünaslar sadəcə bu sahədə deyil həmçinin teatrda teatr mətbuatı  sahəsində, teatr sosyologiyası və marketinqi ilə məşğul ola bilərlər. Hətda bir çox ölkələrdə artıq teatrşünas və  rejisorlar birgə əməkdaşlıq etməyə başlamışdır bu isə bu sahənin irəllədiyini və formalaşaraq daha müasirləşdiyini göstərir.Bu peşə sahəsinin  gələcəyi əsasən dövrün tələblərinə uygunlaşmasına və yeniliklərdən aslıdır bu isə peşəni seçən insanların sənətə qarşı olan sevgisindən asılıdır.

Bu ixtisas üzrə maaşlar (2-3 cümlə və rəqəmlər)

Teatrşünaslıqda çalışan şəxsin maaşı onun tutduğu mövqeyə görə dəyişir.Ümumi götürsək, minimum 250 AZN – maksimum 800AZN

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

 

Son yazılar