İxtisasın qısa təsviri

    Kosmos bəşəriyyətin gələcəyidir. Kosmik texnika mühəndisi konversiya, innovasiya sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Mütəxəssislərin hazırlanması zamanı intellektual sistemlərin, kosmik aparatların, qanadlı raketlərin layihələşdirlməsi, istismarı öyrədilir. Təlim zamanı tələbələrə raket qurğularının əsasları, materialların müqaviməti, ballistika, aerokosmik qurğuların və uçan aparatların istismarı, mühəndis qrafikası, raket mühərrikləri, kosmik-raket komplekslərinin yerüstü avadanlıqları, və s. kimi fənlər tədris edilir. İxtisas ballistika və peyk sistemərinin quruluşu (xüsusilə enerji sistemləri) üzərində qurulub. Peşə “insan  və texnika” kateqoriyasına aiddir, fizika, kimya və riyaziyyatı bütün məktəb fənlərindən fərqləndirən abituriyentlər bu ixtisasa müraciət edə bilər.

Peşənin tarixi 

   Peşənin ölkəmizdəki tarixi SSRİ ilə birlikdə başlayıb. (Bu barədə ən çox istifadə edilən fikir roket yanacağının Bakida istehsal edilmə tarixidir.)

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Kosmik uçuş aparatlarınının quruluşu, altsistemləri və idarə edilməsi
  • Məlumatların təhlili və təfsiri
  • Texniki baxım planlaşdırması və nəzarəti;
  • Prototiplərin sınağı
  • Kosmosda və ya Yerdəki fəaliyyət ölçmək üçün istifadə olunan kompüter sistemləri və avadanlıqlarını araşdırmaq, dizayn etmək, inkişaf etdirmək və sınaqdan keçirmək;
  • Texniki sənədlər tərtibi;
  • Avadanlıqların təmirini həyata keçirmək;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Milli Aviasiya Akademiyası

 

Bu ixtisas üzrə harada çalışmaq olar 

  • Hərbi və aerokosmik sənayedə
  • Raket-kosmik kompleksi üçün məhsul hazırlayan zavodlarda
  • Elmi – tədqiqat institutlarında
  • Elektronika və Elektrotexnika sahəsində istənilən yerdə
  • Milli Aerokosmik Agentlikdə
  • Azərkosmosda
  • Təhsil qurumlarının daxilində

Bu ixtisas üzrə lazım olanbilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Güclü riyazi və analitik düşüncə
  • Texniki peşəkarlıq
  • Layihənin idarə edilməsi
  • Vaxtın idarə edilməsi
  • Detallara yönəlməli
  • Təhlükəsizlik məsələlərində məlumatlı olmalı
  • Şifahi və yazılı ünsiyyət
  • Təzyiq altında işləmək
  • Yaradıcı və yenilikçi düşüncə
  • Elektronika və Ballistika bilikləri
  • Mexanika
  • Kodlaşdırma

Bu sahənin gələcəyi

   Kiçik dövlət quruluşları üçün kommersial olaraq faydalı deyil və əsasən məsafədən zondlama və digər təhkükəsizlik məqsədləri üçün bu sahəyə investisiya ayrılır. Kosmik sahənin ölkəmizdəki gələcəyi  ondan digər sahələrdə istifadə edərək necə mənfəət əldə edə biləcəyimizlə bağlıdır.

Bu ixtisas üzrə maaşlar 

   Milli aerokosmik agentlik 250 AZN, Azərkosmos 800 -1000 AZN arası dəyişir. Riskli sahə olduğu üçün yaşayış xərclərini qarşılayacaq iş tapa bilmək üçün xüsusilə mikrosxemləşdirmə və elektronika sahələrində yetərincə ixtisaslaşmış olmaq tələb olunur.

 

 

 

Son yazılar