İxtisasın qısa təsviri

    Tərcümə-fikrin bir dildən  digər dilə eyni məzmunda verilməsidir. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdədir. Dilin leksik tərkibinin öyrənilməsi ilə bərabər tərcümə nəzəriyyəsi, ikiqat və üçqat tərcümənin incəlikləri, fransız dilində terminologiya, tərcümənin etik qaydalarının və s.öyrənilməsinə xidmət edir.Tərcümələr şifahi və yazılı tərcümələrə bölünür. Şifahi tərcümə özü də ardıcıl və sinxron olaraq iki yerə bölünür.”Pıçıltılı tərcümə” və “İşarə dilinin tərcüməsi” də sinxron tərcüməyə daxildir.

                                                                         Peşənin tarixi

      Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. İlk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlinmişdir. Qədim Şumer eposu Gilqamışdan bəzi parçaların bir neçə Asiya dillərinə tərcümələri tapılmışdır. Şifahi tərcümənin tarixi isə yəqin ki, yazılı tərcüməninkindən daha qədimdir. 

  Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın tərcüməsindən başlamışdır. Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmişdir. Hazırda Azərbaycan Dillər Universitetində Tərcümə kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri İsmixan Rəhimov olmuşdur. 

                                                                   İş öhdəlikləri 

    Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə (world knowledge, background knowledge) malik olmalıdır. Eyni xüsusiyyətləri dilmanc (şifahi tərcüməçi) da bilməlidir, lakin o, bu biliklərə tərcümədən əvvəl yiyələnməlidir. Dilmanc tərcüməçiyə nisbətən daha çevik olmalıdır, çünki dilmancın fikirləşməyə zamanı azdır. Bütün bunlardan əlavə, sinxron tərcümənin öz qanunları vardır ki, onlar tərcümənin qızıl qanunları (golden rules) adlanır. Dilmanc aşağıdakıları yerinə yetirməlidir:

  ➝ Konfrans salonunda oturanlar və natiq  arasında ünsiyyəti təmin etməlidir;

  ➝ Texniki vasitələrdən maksimum istifadə etməlidir;

  ➝ Natiq və zaldakıların onu yaxşı eşitməyinə əmin olmalıdır;

  ➝ Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə nəyisə tərcümə etməməlidir;

  ➝ Diqqətini maksimum cəmləməlidir;

➝ Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;

  ➝ Diqqətini dəqiq bölməyi, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;

  ➝ Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;

➝ Hər bir cümlə müəyyən bir fikri ifadə etməlidir;

➝ SDL Trados Studio və ya MemoQ kimi tərcümə alətlərindən istifadəni öyrənilməlidir

                                              Harada bu ixtisasa sahiblənmək olar

  ➝ Azərbaycan Dillər Universiteti

  ➝ Bakı Avrasiya Universiteti

                                             Bu ixtisas üzrə harada çalışmaq olar 

  ➝  Müxtəlif Tərcümə mərkəzlərində

➝ Xəbər agentliklərində (Azərtac, ONA və s.)

➝ Müstəqil tərcüməçi kimi (rəsmi sənədlərin tərcüməsi üçün notariuslarla, bədii tərcümə üçün müxtəlif nəşriyyatlarla əməkdaşlıq)

  ➝ Tikinti sektoru,yeyinti sənayesi və s. kimi xarici və yerli şirkətlərdə

 

                                 Bu sahədə işləmək üçün lazım olan bilik və bacarıqlar

  ➝ İxtisas bilikləri mükəmməl olmalı

  ➝ Söz bazası olduqca geniş olmalı

  ➝ Sinxron tərcümə üçün sürətli düşünmək və analiz etmək qabiliyyəti olmalı

  ➝ Bədii tərcümə üçün mükəmməl təsvir qabiliyyəti olmalı

  ➝ Müxtəlif sahələrdə çalışmaq üçün həmin sahələrə aid texniki biliklərə malik olmalı

  ➝ Həm doğma dilinin, həm də xarici dilin çalarlarını bilməli

  • ➝ Müxtəlif mədəniyyətlər haqqında məlumatlara sahib olmmalı
  •   ➝ Fon bilikləri
  •   ➝ Vaxtın düzgün  idarə olunmasına nəzarət etməli
  •   ➝ Kompüter biliklərinə yiyələnməli
  •   ➝ Yazılı və şifahi nitq qabiliyyətinı formalaşdırmalı
  • ➝ Yaradıcı təfəkkürə sahib olmalı
  •   ➝ Həm məxəz, həm də hədəf dili mükəmməl bilməlidir
  •   ➝ Müşahidə bacarığına malik olmalıdır

                                                              Bu sahənin gələcəyi

   İnformasiya texnologiyalarının inkişafı ilə bərabər tərcümə proqramlarının da günü-gündən təkmilləşdirilməsinə baxmayaraq tərcümədə insan faktoru daim əvəzedilməz olaraq qalacaq. Hətta ən müasir tərcümə proqramları belə,sözlərin mənasını qavramaqda,çoxmənalı sözləri fərqləndirməkdə,üslubi və praqmatik cəhətləri ayırd etməkdə acizdir. Buna görə də tərcüməçilərə hər zaman ehtiyac vardır.

 

                                                          Bu ixtisas üzrə maaşlar

   Bu ixtisas üzrə maaşlar 250,800 və 1200 AZN arasında dəyişir. 

 

Son yazılar