İxtisasın təsviri

Turizm bələdçisi yerli  və xarici turistlərə turizm marşrutları üzrə respublikamızın bölgələrinin coğrafiyası, tarixi,  iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında  ətraflı məlumat verən şəxsdir. İxtisas tarix, psixologiya, dünya incəsənət mədəniyyəti, xarici dillər və coğrafiya ilə maraqlananlar üçün uyğundur. Görməli yerləri mükəmməl bilməklə yanaşı, bələdçi dinləyiciləri mövcud məlumatlarla maraqlandırmaq üçün ünsiyyətcil və hətta sənət adamı olmalıdır. Bələdçi çətin bir vəziyyəti başa düşməli, münaqişəni həll etməli və səfəri turistlər üçün mümkün qədər rahat etməyi bacarmalıdır.  Bu işin əsas üstünlüyü müxtəlif insanlarla ünsiyyət qurma imkanının olmasıdır. Əsas çatışmazlıq isə hər növ hava şəraitində işləmək, uzun müddət ayaq üstə qalmaqdır.

Peşənin tarixi

1841-ci ildə Thomas Cook  İngiltərədə ilk dəfə müasir dildə “ tur paket “ dediyimiz ödənişli , 570 nəfərlik tur təşkil etmişdir,  peşənin tarixinin isə bundan daha qədim olduğu fərz edilir. Bu sahə üzrə dünyada ali kadr hazırlığına hansı tarixdən başlanılması ilə bağlı isə dəqiq məlumat yoxdur.

 Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri) 

  1. Turistlərin  qarşılanması;

  2. Tur gedişatı ərzində məlumatların verilməsi;

  3. Tur boyunca qonaqları müşayət etmək;

  4. Ekskursiya proqramlarının hazırlanması və inkişafı;

  5. tematik məlumat materiallarının axtarışının həyata keçirilməsi;

  6. Muzeylərə, təbiət qoruqlarına, yerli attraksionlara, sərgilərə, bağçılıq komplekslərinə və turistləri maraqlandıran digər obyektlərə ekskursiyaların keçirilməsi;

  7. Ekskursiya obyektlərinə aid tarixi materialların və sənədlərin öyrənilməsi;

  8. Görməli yerlər haqqında nağıl etmə üsullarının inkişafı;

  9. Ekskursiya iştirakçılarına  təhlükəsizlik brifinqlərinin izahı;

  10. Sənədləşmənin aparılması;

  11. Ehtiyac yaranarsa turistlərə ilk yardım göstərmək;

  12. İştirakçıların suallarına cavab vermək;

Harada bu ixtisasa sahiblənmək olar

Turizm bələdçiliyi ixtisası Nazirlər Kabinetinin   2019-cu il 15 sentyabr tarixli yeni təsdiq olunmuş ixtisas təsnifatına əsasən yeni yaradılmışdır. Bu səbəbdən  ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb.

Bu ixtisas üzrə harada çalışmaq olar

      Bu ixtisasın məzunları:

  1. Yerli və xarici turizm təşkilatlarında, səyahət agentliklərində;

  2. Azərbaycan Dövlət Turizm Agentliyi və.s kimi uyğun təyinatlı dövlət qurumlarında çalışa bilərlər;

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1.  Xarici dil bilikləri ( ingilis və rus dilləri əsasən. Həmçinin ərəb dili də, aktualdır) ;

  2.  Yüksək ünsiyyət qurma bacarığı;

  3.  Səlis və işgüzar danışıq bacarığını;

  4. mədəniyyətlərarası ünsiyyət bacarığı;

  5. Ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmaq;

  6. Stressli vəziyyətlərdə işləməyi bacarmaq;

  7. Qeyri-adi vəziyyətlərdə qərar qəbul etmək bacarığı;

  8. Psixologiyanın əsaslarını bilməli, empatiya göstərməyi bacarmaq;

  9. Dini və mədəni baxımdan tolerant olmaq;

  10. Məsuliyyətli olmaq;

  11. Təşəbbüskar;

  12. Yaradıcılıq bacarığı;

Bu sahənin gələcəyi

Turizm ölkənin yüksək potensiala malik qeyr-neft sektoru sahələrindən biridir. Mütəxəssislərin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq ki, turizm bələdçiliyi ixtisasıda bu qrupa daxildir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı şirkətdən asılı olaraq dəyişir.

300-800 AZN.

Son yazılar