Baytarlıq təbabəti ixtisası

Baytarlıq təbabəti ixtisası

Baytarlıq təbabəti ixtisası

İxtisasın təsviri

    Baytarlıq heyvanların yetişdirilməsi, damazlıq heyvanların islahı, xəstə heyvanların müalicəsi, heyvanların keçici xəstəliklərdın qorunması ilə məşğul olan peşədir.Burada əsas çətinlik heyvanların, insanlardan fərqli olaraq onlara nə baş verdiyini izah edə bilməməsidir və xəstə heyvanları axtararkən və ya diaqnoz qoyarkən yalnız xəstəliklərin xarici təzahürlərinə, diaqnostik prosedurların və analizlərin məlumatlarına etibar etmək lazımdır.

   Baytar heyvana profilaktik peyvəndlər verir və əməliyyat daxil olmaqla digər tibbi prosedurları həyata keçirir. Heyvandarlıq müəssisələrində baytarlar heyvanların sağlamlığına və heyvanların sağlamlıq standartlarına uyğunluğuna nəzarət edir, heyvanlardan alınan məhsul və xammalın keyfiyyətinə nəzarət edirlər. Baytarlıq klinikalarında bu cür mütəxəssislər heyvan sahiblərinə müalicə, qulluq və saxlama şəraiti barəsində məsləhət verirlər. Baytarlıq ixtisasında təhsil alan tələbələr heyvanların anatomiyası, heyvanların fiziologiyası, virusologiya, baytarlıq genetikası, kimya, biokimya, patoloji anatomiya, histologiya və s. fənlərini öyrənir. Biologiya ilə maraqlananlar üçün uyğun ixtisasdır.

İxtisasın tarixi

  Baytarlığın tarixi insanlığın tarixi qədər qədimdir. İnsan tarixində heyvanların əhliləşdirilməsi ən mühüm hadisələrdən olmuşdur və onunla da baytarlığın ilkin təməlləri atılmışdır. Əsrlər boyunca  xüsusilə XVII-XVIII əsrlərdə xəstləliklər nəticəsində xeyli heyvan tələf olmuş və bununla da o günə qədər müalicə üçün istifadə olunan ibtidai və empirik metodların yararsız olduğu anlaşılmağa başlamışdır. 1762 – ci ildə dünyada ilk dəfə olaraq elmi mənada təhsil verən ilk məktəb Fransanın Lyon şəhərində yaradılmışdır. Məktəbin məzunlarının bu sahəyə gətirdiyi yeniliklərdən sonra baytarlıq məktəblərinin əhəmiyyəti daha da artmış və baytarlıq bütün dünyada bir ixtisas kimi tədris olunmağa başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Heyvanların müayinə edilməsi; 
  • ➝ Xəstəliklərin müalicəsi;
  • ➝ Heyvanların sağlamlıqlarının qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi;
  • ➝ Dezinfeksiya və dezinseksiya işlərinin aparılması;
  • ➝ Profilaktik tədbirlər (aşılama, sterilizasiya, kastrasiya, kəsmə, dişlərin fırçalanması, və s.);
  • ➝ Nümunələrin götürülməsi və analiz üçün materialların daşınması;
  • ➝ Heyvanların yaşadıqları yerin sanitar şəraitinin yoxlanılması;
  • ➝ Xəstəliklərə qarşı dərman preparatlarının hazırlanması;
  • ➝ Heyvandarlıqda istehsalın və məhsuldarlığın atrırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • ➝ Qida məhsullarının müayinəsi, istehlak və satış üçün yararlılığının təsdiqlənməsi;
  • ➝ Sənədlərin doldurulması.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar? 

 Bu ixtisas üzrə ali məktəbi bitirənlər:

  • ➝ Özəl baytarlıq klinikalarında;
  • ➝ Elmi-istehsalat laboratoriyalarında;
  • ➝ Baytarlıq apteklərində ;
  • ➝ Elmi-araşdırmalar institutlarında işlə təmin oluna bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

  • ➝ Heyvanları sevməli;
  • ➝ İxtisasını dərindən bilməli;
  • ➝ Analitik və tənqidi düşüncə tərzinə sahib olmalı;
  • ➝ Empatiya qurmağı bacarmalı;
  • ➝ Səbrli olmalı;
  • ➝ Diqqətli olmalı;
  • ➝ Məsuliyyətli olmalı;
  • ➝ Yüksək araşdırma qabiliyyəti olmalı;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar verməyi bacarmalı;
  • ➝ Stressə davamlılıq;
  • ➝ Müşahidə bacarığına sahib olmalı;
  • ➝ Dərmanları xatırlamalı, simptomları xüsusi xəstəliklərə aid etmək üçün güclü yaddaşa sahib olmalıdır.

İxtisasın gələcəyi 

  Günü-gündən ev heyvanlarına qarşı marağın artması və kənd təsərrüfatının ölkəmizin iqtisadiyyatında ən mühüm yerlərdən birini tutması ixtisasın gələcəyi ilə bağlı müsbət fikirlər səsləndirməyə imkan verir.

Əmək haqqı

  İxtisas üzrə maaşlar özəl sektorda 500-2000 AZN, dövlət sektorunda isə 200-1000 AZN aralığında dəyişməkdədir.