Bədən tərbiyəsi və idman - Bədən tərbiyəsi və idmanda tibbi - bioloji təminat

Bədən tərbiyəsi və idman - Bədən tərbiyəsi və idmanda tibbi - bioloji təminat

Bədən tərbiyəsi və idman - Bədən tərbiyəsi və idmanda tibbi - bioloji təminat

İxtisasın təsviri:

  Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat ixtisası adından da bəlli olduğu kimi bədən tərbiyəsi və idmanın tibbi-bioloji təminatı üzrə nəzəri bilik və təcrübi bacarıqları, bu peşə sahəsində fəaliyyətin xüsusiyyətlərini, eyni zamanda müvafiq diaqnostik və tədqiqat metodlarından istifadəni özündə əks etdirir. Proqram həmçinin yüksək dərəcəli idmançıların hazırlanması prosesində funksional və hərəkət-dayaq aparatında zədələnmələrin, fiziki məhdudiyyətlərin reabilitasiya yolu ilə aradan qaldırılmasını və bu zaman müxtəlif hərəkət komplekslərindən təyinatlı istifadəni əhatə edir. Bu sahə tibbi – bioloji təminat, reabilitasiya sahəsi olduğuna görə  tibb, həkimlik sahələri daha maraqlı gələn şəxslər üçün daha məqsədə uyğun hesab olunur. Bu sahə üzrə məzun olan şəxslər fizioterapist, bədən tərbiyəsi və idman sahəsində elmi işçi vəzifələrində çalışa bilərlər.


İxtisasın gələcəyi:

  İdmanda tibbi – bioloji təminat ixtisası üzrə ölkəmizdə hazırda və gələcəkdə işinin peşəkarı olan şəxslərə, mütəxəssislərə ehtiyac hər zaman var. Xüsusən də, reabilitasiya, fizioterapiya sahələrinə göstərilən diqqət və son illərdə bu sahələrin sürətli inkişafı gələcəkdə daha da məşhurluq qazanacağını və peşəkar kardlara ehtiyacın olacağını göstərir.

Universitetlər:

→Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
→Naxçıvan Dövlət Universiteti