Bədən tərbiyəsi və idman-Fiziki Tərbiyə Nəzəriyyəsi və Metodikası

Bədən tərbiyəsi və idman-Fiziki Tərbiyə Nəzəriyyəsi və Metodikası

Bədən tərbiyəsi və idman-Fiziki Tərbiyə Nəzəriyyəsi və Metodikası

İxtisasın təsviri:

   Fiziki Tərbiyənin Nəzəriyyəsi və Metodikası ixtisası müxtəlif təhsil müəssisələrində, o cümlədən ali təhsil sistemində uşaq, yeniyetmə və gənclərin fiziki tərbiyəsi üzrə peşə fəaliyyətini müasir təlim texnologiyaları əsasında qura bilən peşəkar müəllim kadrları hazırlayır. Bu ixtisas fiziki tərbiyə sahəsində qabaqcıl tədris metodlarına inteqrasiya olunmaqla tədqiqat bacarıqlarına malik, rəqabətə davamlı mütəxəssislərin hazırlanmasına istiqamətləndirmişdir. Bu ixtisas tədris metodikasına aid nəzəri biliklərin mənimsədilməsi, fiziki hazırlıq komponentlərinin qiymətləndirilməsini və fiziki tərbiyə vasitələrindən effektli istifadə bacarıqlarını tələbələrə ehtiva edir. Bu sahə uşaqlarla işləməyi sevən, müəllim kimi fəaliyyət göstərmək istəyən tələbələr üçün uğurlu seçimdir. Təhsilini bitirdikdən sonra ali və orta təhsil müəssisələrində fiziki tərbiyə müəllimi, bədən tərbiyəsi və idman sahəsində elmi işçi kimi çalışa bilərlər. 


İxtisasın gələcəyi:

 İdman sahəsi ölkəmiz üçün hər zaman lazımlı və maraq dairəsində olan sahələrdəndir. Ixtisasın təsvirində  də qeyd etdiyimiz kimi bu sahə üzrə təhsil almış şəxslər müəllim olaraq fəaliyyət göstərir. Əgər hazırda həm ölkəmizin, həm də insanların günü – gündən idman sahəsinə qarşı artan maraqlarını nəzərə alarsaq, bu sahə üzrə peşəkar, səbrli və öyrətməyi sevən şəxslərə ehtiyac hər zaman olacaqdır.

Universitetlər:

→Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
→Gəncə Dövlət Universiteti
→Naxçıvan Dövlət Universiteti