İxtisasın təsviri:
İdman Məşqinin Nəzəriyyəsi və Metodikası ixtisası gələcəkdə peşəkər məşqçi olmaq istəyənlər və ixtisasını daha da dərindən mənimsəyərək, öz işini universitet çərçivəsində qurmaq istəyən şəxslərin seçim edə biləcəkləri bir ixtisasdır. Məktəb, universitet, həm də idman zalllarında fəaliyyət göstərə bilər. İdman zallarında məşqçi olaraq çalışa bilməsi üçün bir neçə sertefikatlı təlimlərdən keçmək tövsiyə olunur ki, bunlara: diyetologiya, biomexanika ilə bağlı biliklərin artırılması ilə bağlı olan mövzular daxildir. Əgər reabilitisiya, idman masajı idarəedicilik bacarığına yiyələnərlərsə, onda həm də idman tədbirləri təşkilaçılığı üzrə fəaliyyət göstərə bilərlər. Bu ixtisasın məzunları gələcəkdə idman növü üzrə məşqçi, bədən tərbiyəsi və idman sahəsində elmi işçi vəzifələrində çalışa bilərlər.
İxtisasın gələcəyi:
İndiki vəziyyətdə təcrübəli, savadlı məşqçilərə təlabat var. Hazırki vəziyyətdə insanların əksəriyyəti, xüsusən də məktəblilər ya hərəksizlikdən, ya da ki artıq çəkidən əziyyət çəkirlər. Burada məşqçilərin köməyinə ehtiyac var. Vaxt getdikcə ölkəmizdə idmanın inkişafı məqsədilə yeni nəsil kadrlar içərisindən idman sahəsində məşqçilər tələb olunur. Odur ki, zaman dəyişdikcə metodika, idman proqramları da inkişaf etməlidir.
Universitet:
→Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası