İxtisasın təsviri:
Mikrobiologiya, mikroorqanizmləri, yəni adi gözlə görünməyən çox kiçik bütün canlı orqanizmləri öyrənən elmdir. Buraya bütövlükdə “mikrob” olaraq bilinən bakteriya, arxeya, viruslar, göbələklər, prionlar, protozoa və yosunlar daxildir.
→Mikrobiologiyaya daxil olan dissiplinlər:
→Bakteriologiya- bakteriyaların tədqiqi
→Mikologiya- göbələklərin öyrənilməsi
→Protozoologiya- protozoaların öyrənilməsi
→Parazitologiya- parazitlərin tədqiqi
→İmmunologiya- immunitet sisteminin öyrənilməsi
→Virusologiya- virusların öyrənilməsi
→Nematologiya- nematodların (yuvarlaq qurdların) tədqiqi
Mikrobiologiya, bu mikroorqanizmlərin davranışları, təkamülü, ekologiyası,
biokimyası və fiziologiyası, səbəb olduğu xəstəliklərin patologiyası kimi bütün aspektləri əhatə edir. Mikrobiologiya tədqiqatları, əhali üçün qida, su və enerji təhlükəsizliyini qorumaq kimi bir çox cari qlobal istək və problemlərə cavab vermək üçün mərkəzi olmuşdur və olmaqda davam edir. Mikrobların (infeksiyanın) araşdırılması bütövlükdə içtimai səhiyyənin, heyvanların və ətraf mühitin qorunmasına yönəlmişdir. Ən vacib qollardan biri qida təhlükəsizliyidir. İnsanların sağlam qida ilə təmin edilməsi üçün, hansı ki, sağlamlığın ən vacib komponentidir, bioloji təhlükələr (canlı mikroorqanizmlər) geniş miqyasdə tədqiq olunmalıdır.
İxtisasın gələcəyi:
Azərbaycanda mikrobiologiya elmi az inkişaf etmiş sahələrdindir. Bunun səbəbi sahənin son illərdə olduğu kimi heç vaxt geniş ictimaiyyətin şüuruna yaxın olmamısıdır. Ənənəvi olaraq, xüsusi diqqət mərkəzində olan bəzi sahələr həmişəkindən daha aktualdır. Bunlar, mikrobların xəstəlik və qida çirklənməsinə səbəb olduğu vəziyyətlərə aiddir. Məsələn, Afrikada Ebola xəstəliyi, Zika virusunun Cənubi Amerikada ortaya çıxması və ya 2011-ci ildə Almaniyada Escherichia coli və son ayların COVİD 19 xəstəliyi. Mikrobiologiyanın digər ənənəvi sahələrində, məsələn, mikrobların qida, kənd təsərrüfatı və ferma sənayesində kommersiya məqsədi ilə tətbiqidə çox vacibdir. Mikrobiologiya elminin vacibliyini, tamamilə, yeni olan molekulyar biologiya,sekvens analizləri və bioinformatika dahada önə çəkmişdir. Yeni biotexnoloji üsulların köməyi xəstəliklərin yayılmasının səbəbləri, yeni yaranmış xəstəliklər öyrənilir və yeni vaksinlər hazırlanır. Son illər insanların qarşılaşdığı hadisələr göstərir ki, dünyada, həmçinin Azərbaycanda bu sahəyə böyük ehtiyac vardır və uğurlu gələcəyə sahibdir.
Universitetlər:
→Sumqayıt Dövlət Universiteti (Azərbaycan dili üzrə)
→Bakı Dövlət Universiteti (Azərbaycan dili üzrə)