İxtisasın təsviri:
Biotexniki və tibbi aparatlar və sistemlər ixtisası Biotibbi mühəndisliyin ən mühim qollarından biridir. Bu ixtisasa artan tələb cəmiyyətin həyatının bütün sahələrində texnika və texnologiyanın gündəlik istifadəsinə doğru ümumi dəyişməsi ilə əlaqələndirilir. İxtisas mütəxəssisləri cərrah bıçağı, arterial təzyiq ölçmə aparatı, süni nəfəs aparatı, cərrahi robotlar, qabaqcıl protezlər, müayinə aparatları kimi lazımi tibbi-texnoloji aparatların və sistemlərin hazırlanması, ixtirası, biotibbi texnikanın sazlanması və istismara verilməsi kimi işlərlə məşğul olurlar. Mütəxəssislərin yetişdirilməsində radioelektronika üsullarının və dövrə həllərinin müxtəlif biomühəndis avadanlıqlarının inkişafı üçün istifadəsi də mühüm yer tutur. İxtisas üzrə biomedikal məlumatların riyazi işlənməsi metodları, biotexnoloji tibbi sistemlərin modelləşdirilməsi və dizayn üsullarını öyrənilməsi vacib xüsusiyyətlərdən biridir. Bu sahə özündə mühəndislik, biologiya və tibb sahələrini birləşdirir. Biotexniki və tibbi aparatların gələcək əsas tendensiyaları portativlik, miniatürləşmə, əlaqə, humanistləşdirmə, təhlükəsizlik və etibarlılıqdır.
İxtisasın gələcəyi:
Biotexniki və tibbi aparatların həm tədqiqatını, həm də bazarını hərəkətə gətirən əsas amillər yaşlanan əhali, artan səhiyyə xərcləri, inkişaf etməkdə olan və ucqar bölgələrdə və evlərdə tibbi diaqnoz və müalicəyə giriş ehtiyacı və biotexnologiyaların sürətli inkişafıdır. Biotibbi cihazların araşdırılması, dizaynı və inkişaf etdirilməsində biomimetik cihazların/sistemlərin, alətlərin və cihazların həll olunmayan sinir xəstəliklərini müalicə edən, sağlamlığı bərpa edən və ömrünü uzadan və biotexnoloji inkişafına imkan verən elektronika sənayesi üçün gələcək inkişafın həyəcan verici bir sahəsidir. Artan texnoloji yeniliklər də bu sahənin inkişafına dəlalət edir. Ona görə bu sahəyə tələbat sürətlə artacaq və mütəxəssislərə ehtiyac duyulacaqdır.
Universitet:
→Azərbaycan Dövlət və Neft Sənaye Universiteti