Biznesin təşkili və idarə edilməsi ( İdarəetmədə informasiya sistemləri üzrə )

Biznesin təşkili və idarə edilməsi ( İdarəetmədə informasiya sistemləri üzrə )

Biznesin təşkili və idarə edilməsi ( İdarəetmədə informasiya sistemləri üzrə )

İxtisasın təsviri

  İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. İnformasiya–idarəetmə sistemlərində saxlanan informasiyanın emalı nəticəsində əldə edilən yekun nəticələr qərarların qəbul edilməsi üçün əsas götürülür. İdarəetmədə informasiya sistemlərində magistrantlar kompüterləşdirilmiş informasiya sistemlərinin tətbiqi, internet texnologiyaları, o cümlədən müasir texnoloji biznesin qurulması üzrə ümumi biliklər əldə edərək,  informasiyaların ötürülməsi, şəbəkələrin yaradılması, məlumat bazasının idarəetmə sistemləri, hesablama və təhlili, layihələndirmə bacarıqlarına malik olacaqlar.

İxtisasın gələcəyi

   İxtisaslaşma məzunlara həm informasiya texnologiyaları, həm də biznesin idarə edilməsi üzrə bilik və bacarıqlar qazandırdığından geniş karyera imkanlarına malikdir.“İdarəetmədə informasiya sistemləri” üzrə MBA proqramını uğurla başa çatdıqdan sonra magistrlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat sahələrində, həm özəl həm də dövlət orqanlarında öz peşə fəaliyyətlərini qura bilərlər. 

 Universitet

→ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti