Biznesin təşkili və idarə edilməsi (İdmanın idarə edilməsi üzrə )

Biznesin təşkili və idarə edilməsi (İdmanın idarə edilməsi üzrə )

Biznesin təşkili və idarə edilməsi (İdmanın idarə edilməsi üzrə )

İxtisasın təsviri

 İdman sənayesinin inkişafı və bu sahə üzrə biznes fəaliyyətlərinin dayanıqlılığının qorunması üçün bu sahə üzrə ixtisaslaşmış menecerlərə ehtiyac vardır. İdmanın idarəedilməsi üzrə MBA proqramının tədris planının məqsədi  magistrantları məhz bu məqsəd üçün ixtisaslı kadr olaraq hazırlamaqdır. İdmanin idarəedilməsi üzrə MBA proqramı reklam,marketinq, idmanın idarəedilməsi, informasiya vasitələri, idmanın maliyyələşdirilməsi kimi sahələri əhatə edən menecment bacarıqlarını aşılayan sahələrarası proqramdır. İdman sənayesi professional idman fəaliyyətindən başlayaraq, dövlət və özəl sektorda idman tədbirlərinin təşkili, sağlamlıq və fitnes klubları da daxil olmaqla müxtəlif istiqamətləri özündə cəmləşdirir. 

İxtisasın gələcəyi

  İdman sənayesi dünyanın sürətlə inkişaf edən sənayelərindən biridir. Ölkəmizdə də bu sahəyə olan xüsusi diqqəti nəzərə alaraq, ixtisasın gələcəyini perspektivli hesab etmək olar. Son illərdə Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi bu sahə üzrə təşkilatçılıq və idarəetmə bacarıqları olan ixtisaslı kadrlara tələbi daha da artırır.

 Universitet

→ Azərbaycan Dövlət İqtisad Universiteti