Biznesin təşkili və idarə edilməsi ( insan resurslarının idarə olunması üzrə )

Biznesin təşkili və idarə edilməsi ( insan resurslarının idarə olunması üzrə )

Biznesin təşkili və idarə edilməsi ( insan resurslarının idarə olunması üzrə )

İxtisasın təsviri

  İnsan resursları sahəsinə müxtəlif təriflər verə bilərik. İnsan resurslarının idarə edilməsi təşkilatın məqsədlərinə nail olması üçün lazımi kəmiyyət və keyfiyyətdə işçi ehtiyacını müəyyən edən, işə qəbul edən, təlim və karyera yolu ilə inkişaf etdirən, işçilərin fəaliyyətlərini idarə edən, onların əməyinin ödənilməsi və şirkətdə insanların sağlamlığını, əməyinin mühafizəsini və şirkət təhlükəsizliyini təmin edən fəaliyyətdir. Qısa olaraq isə  insan resurslarına təşkilatı məqsədlərə çatmaq üçün iş qüvvəsinin effektiv və səmərəli idarə edilməsi kimi tərif vermək olar. “İnsan resurslarının idarəedilməsi” ixtisaslaşması rəqabətə əsaslanan qlobal bazarda idarəetmə və iqtisadi prinsiplərin  insan kapitalına tətbiqini tədris edir. Bu ixtisas məhsul və xidmət sahələri üzrə insan kapitalından optimal istifadə imkanlarını ön plana çəkir. Magistrantlar əmək bazarında tələb və təklif, bu sahədə dünya iqtisadiyyatının hazırkı durumu, əməyə çəkiləcək gələcək xərcləri, əməyin əvəzediciləri və digər konsepsiyaları mənimsəməklə idarəetmədə səmərəli qərarların qəbul edilməsi sahəsindəki biliklərə yiyələnəcəklər.İxtisaslaşma həmçinin, idarəetmə və istehsal çərçivəsində informasiya axınının yarandığı andan maneəsiz və gecikdirilmədən, adekvat şəkildə müəssisə rəhbərinə və menecerlərə çatdırılması ilə məhsuldarlığın artırılması arasındakı bağlılığı izah edir.

İxtisasın gələcəyi

  Ölkəmizdə hal-hazırda müxtəlif sahələrində kadrların çatışmazlığı bu kadrların cəlb edilməsi, kadrların hazırlanması, yüksək fəaliyyət nümayiş etdirmək üçün insan resursları sistemlərini qurulması və s . kimi insan resursları fəaliyyətlərində ixtisaslı peşəkarlara ehtiyac gündən-günə artır. Rəqabətin güclənməsi artıq müəssisələrdə ixtisaslı kadrların işə götürülməsi və əldə saxlanılması baxımdan insan resursları peşəkarlarına olan ehtiyacı daha da artıracaq. Hal-hazırda bu sahənin işə qəbul və kadr inzibatçılığı istiqamətləri inkişaf edir. Lakin böyük şirkətlərdə digər insan resursları funksiyaları olan təlim, karyera, işçilərin fəaliyyətinin effektivliyini artırmaq üçün fəaliyyətin idarə edilməsi də önəmlidir. Bu baxımdan bu sahəni geniş karyera imkanları olan və perspektivli sahələrdən biri hesab edilə bilər.

Universitetlər

→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Bakı Mühəndislik Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti