İxtisasın təsviri
Maliyyə nəzarəti maliyyənin əmələ gəlməsi ilə eyni vaxtda, yəni praktiki olaraq əməyin bölgüsü, əmtəə mübadiləsi və pul münasibətlərinin yaranması ilə meydana gəlmişdir. Maliyyə nəzarəti – bütün səviyyələrdə qanunvericilik və icraedici hakimiyyət orqanlarının və habelə xüsusi yaradılmış idarələrin müəyyən metod tətbiq etməklə bütün iqtisadi subyektlərin (dövlətin, müəssisənin, idarələrin, təşkilatların) maliyyə fəaliyyətinə nəzarət etmək deməkdir. Audit – idarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemidir. Maliyyə nəzarəti və audit sahəsi üzrə MBA proqramının məqsədi maliyyə resurslarının effektiv istifadəsinə nəzarət və hesabatlılığın təmin olunması üzrə ixtisaslı kadrlar,idarəçilər hazırlamaqdır.
İxtisasın gələcəyi
Maliyyə nəzarəti və audit sahəsi üzrə mütəxəssislər üçün həm özəl həm də dövlət sektorunda geniş iş imkanları mövcuddur.
Universitet
→ Odlar Yurdu Universiteti