Biznesin təşkili və idarə edilməsi ( Maliyyə üzrə )

Biznesin təşkili və idarə edilməsi ( Maliyyə üzrə )

Biznesin təşkili və idarə edilməsi ( Maliyyə üzrə )

İxtisasın təsviri

  Maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. “Maliyyə ixtisası” mövcud olan maliyyə resurslarının idarəedilməsini öyrədir. Mikrosəviyyədə desək, bizneslərin və şirkətlərin fəaliyyətini yerinə yetirmək üçün müxtəlif maliyyə resurslarına ehtiyac vardır .Bu fəaliyyət borcla və ya səhmdarların bir araya gəlməsi ilə təmin edilə bilər Bu sahə üzrə ixtisaslaşan şəxslər qeyd olunan maliyyələşmə üsullarından hansının daha effektiv olduğu barədə qərarvermək üçün təhlillər apararırlar. Dövlət səviyyəsində də eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Maliyyə ixtisaslaşması üzrə MBA  təhsili alan şəxslər  aktivlərin idarəedilməsi üzrə fond menecerlərinin və risklərin idarəedilməsi üzrə maliyyə menecerlərinin üzləşdiyi kompleks problemlərin həlli üçün maliyyə hesabatlarının təhlilinin aparılması yolları, maliyyə alətləri  və s üzrə lazım olan nəzəri biliklərə yiyələnirlər.

İxtisasın gələcəyi

  Maliyyə ixtisası elə bir seçimdir ki, iqtisadiyyatın istənilən sahəsində  bu ixtisas üzrə çalışmaq mümkündür. Məsələn, bu ixtisas məzunlarını  gələcəkdə karyeralarını mühasib, menecer  kimi də davam etdirə bilərlər. Maliyyə və mühasibatlıq ixtisasları yaxın sahələr hesab edilsə də, mühasibatlıq və maliyyə ixtisasları üçüb gələcək perspektivlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə  ki, mühasibatlıq ixtisası aparılan araşdırmalara görə  gələcəkdə Süni  intellektin inkişafından ən çox  neqativ təsirlənən  sahələrdən biri hesab edilir. Maliyyə ixtisasının isə analitik yönümlü olması, əsas iş prinsiplərinin insan zəkasına əsaslanması günümüzün və yaxın gələcəyin texnologiyaları tərəfindən insan amilinin sıxışdırılması riskinin daha az olmasına imkan verir. Texnologiyaların inkişafının ixtisas üzrə uğurlu karyera qurmaq üçün mənfi təsirlərini  daha da azaltmaq   üçün peşə sahibləri “Fintech” sahəsi üzrə ixtisaslaşa bilərlər.

Universitetlər

→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Bakı Mühəndislik Universiteti
→ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
→ Azərbaycan Texnologiya Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti
→ “Azərbaycan” Universiteti
→ Xəzər Universiteti
→ Bakı Avrasiya Universiteti