İxtisasın təsviri:
Marketinq – mübadilə məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili, reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir. Bu ixtisas üzrə təhsil magistrantları istehlak məhsulları,dəbdəbəli (luxury) məhsullar və digər sahələr üzrə peşə fəaliyyətinə hazırlayır. Magistratura pilləsi üzrə marketinq ixtisasına məhsul və xidmət mübadiləsi kimi deyil, daha çox şaxəli münasibətlər toplusu kimi yanaşılır və bu ixtisasın əsasən praktik formatda tədrisinə əhəmiyyət verilir.
İxtisasın gələcəyi:
Marketinq gələcəyi ən perspektivli olan sahələrdən biridir. Əmək bazarında bu sahə üzrə ixtisaslı kadrlara həmişə ehtiyac vardır. Bu ixtisas üzrə MBA məzun olan tələbələr reklam idarəçiliyi, ictimai əlaqələr, məhsul idarəçiliyindən müştəri əlaqələrinə və marketinq araşdırmalarına qədər müxtəlif sahələrdə çalışa bilərlər.
Universitetlər:
→Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
→Azərbaycan Dövlət İqtisad Universiteti
→Bakı Mühəndislik Universiteti
→Azərbaycan Texnologiya Universiteti ( Gəncə)
→“Azərbaycan” Universiteti
→Azərbaycan Kooperasiya Universiteti
→Xəzər Universiteti
→“Odlar Yurdu” Universiteti