İxtisasın təsviri
Mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut hələ qədim Babildə, Roma (Justinian əsərləri ilə tanınmış, ilk vaxtlar medium, interpres kimi adlanmışdır) və Yunanıstanda ailə münaqişələri zamanı barışıq üçün tətbiq edilmişdir.Mediatorlar tarixən yalnız yüksək savada və istedada malik şəxslər sırasından seçilmişdir. Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli (Alternative dispute resolution) üsulu kimi qəbul olunur. Cəmiyyətin və iş dünyasının ehtiyacını ödəmək üçün nəzərdə tutulan “Mediasiya üzrə MBA” proqramı, mübahisələri effektiv şəkildə həll etmək üçün bilik və bacarıqlara malik vasitəçi, müzakirəçi, arbitr, məsləhətçi və ombudsman ola biləcək mütəxəssislər yetişdirmək üçün hazırlanmışdır.Proqramın əsas hədəf kütləsini İnsan resursları mütəxəssisləri, hüquqşünaslar, hakimlər, psixoloqlar, sosioloqlar təşkil edir.
İxtisasın gələcəyi
Mediasiya ixtisaslaşmasını gələcəyin perspektivli sahələrindən biri hesab etmək olar. İxtisaslaşma ölkəmiz üçün bir qədər yeni olsa da Türkiyədə 2012-ci ildə, Rusiyada isə 2010-cu ildə qəbul olmuş qanunla mediatorlar müstəqil ixtisas sahibləri kimi tanınmışdır. Bu ixtisas iqtisadiyyat və hüquq sistemində gələcəkdə daha əhəmiyyətli rola sahib olacaq.
Universitet
→ Xəzər Universiteti