Biznesin təşkili və idarə edilməsi ( menecment üzrə )

Biznesin təşkili və idarə edilməsi ( menecment üzrə )

Biznesin təşkili və idarə edilməsi ( menecment üzrə )

İxtisasın təsviri:

  İdarəetmə bir elmdir. Menecmenti idarəetmə ilə sinonim sözlər kimi istifadə edə bilərik. Ümumilikdə idarəetmənin 4 funksiyası mövcuddur: planlaşdırma;təşkiletmə;motivasiya; nəzarət. Menecment dedikdə təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma, qərar qəbul etmə, təşkiletmə,liderlik və nəzarət) məcmusu nəzərdə tutulur.   Menecment ixtisası düzgün və effektiv idarəetməni öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini, səmərəliliyini təşkil etməkdir. Bir çox hallarda müəssisənin əsas inzibati şəxsi baş menecer hesab edilir. Ümumilikdə, menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir. Menecment sahəsi üzrə çalışan şəxslər menecerlər adlanırlar. Menecment ixtisaslaşması dövlət və özəl sektorda müəssisələrin ümumi strukturunu, idarəetmə prinsip və üsullarını, çatışmazlıqları təhlil edərək onların həllinə aid konkret çıxış yollarını göstərə biləcək insan resursları hazırlayır. Bu ixtisas magistrantları müəssisə və təşkilatlarda aparıcı menecer vəzifəsində çalışmaq məqsədilə zəruri bilik və bacarıqlarla təmin edir. Tədris müddətində magistrantlar müəssisələrin strukturunu, idarəetmə prinsip və üsullarını dərindən mənimsəmək məqsədilə danışıqlar, liderlik və qərar qəbuletmə mövzuları iləyanaşıstrategiya və strateji idarəetmə üzrə fənn materiallarını kompleks şəkilində öyrənə bilər.

İxtisasın gələcəyi:

   Menecment ixtisası çox geniş karyera imkanları olan və gələcəyi perspektivli sahələrdən biridir.İxtisas məzunları karyeralarını insan resursları, layihələrin idarəedilməsi və s sahələr üzrə davam etdirə bilərlər. Həmçinin bu ixtisas üzrə həm özəl, həm də dövlət sektorunda da geniş iş imkanları mövcuddur.  Ümumilikdə ixtisasın əsas obyekti insan fəaliiyyətinin idarəedilməsi ilə bağlı olduğu üçün peşə sahiblərində liderlik,kommunikasiya bacarıqları kimi müasir dövr üçün önəmli keyifyyətlərin formalaşması onların uğurlu karyera qurmalarında müsbət təsir edir.

Universitetlər:

→Azərbaycan Dövlət İqtisad Universiteti
→Azərbaycan Kooperasiya Universiteti
→Bakı Mühəndislik Universiteti
→Xəzər Universiteti