İxtisasın təsviri
“ Mühasibat ” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi,nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Bunlara sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxildir. Bundan əlavə, bu mütəxəssislərə sənaye, tibb, nəqliyyat və bir çox fəaliyyət sahələrində bu peşə sahiblərinə ehtiyac duyulur. İxtisas informasiyanı təhlil etmək, ümumiləşdirmək bacarığı olan, iqtisadiyyat, hüquq, riyaziyyat sahələri ilə maraqlana şəxslər üçün uyğundur. Mühasibat uçotu ixtisaslaşması mühasibat uçotunun beynəlxalq standartları (International Accounting Standarts), maliyyə hesabatlarının beynəlxalq standartları (International Financial Reporting Standards) səviyyəsində maliyyə hesabatlarının elementlərinin təhlili, tanınması, qiymətləndirilməsi, təkrar qiymətləndirilməsi və ləğv olunması metodlarını öyrədir.
İxtisasın gələcəyi
Hal-hazırda bu ixtisasa həm ölkəmizdə, həm də xarici əmək bazarında böyük tələbat olsa da, gələcəkdə süni intellektin ən çox mənfi təsir edəcəyi və texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən biri olacağı barədə də proqnozlar mövcuddur. Məhz bu səbəbdən, peşə sahiblərinin ixtisas üzrə nəzəri biliklərdən savayı bu sahə üzrə ən yeni növ texnologiyalar və proqram təminatları ilə yaxından tanış olaraq, onlarla işləmək bacarığına yiyələnməlidirlər. Həmçinin ixtisas üzrə beynəlxalq sertifikasiya proqramları üzrə imtahanlarda uğurlu nəticə əldə edilməsi bu sahə üzrə işə qəbul prosesini artıracaq
.Universitetlər
→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Azərbaycan Texnologiya Universiteti (Gəncə)
→ “Azərbaycan” Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti
→ Bakı Avrasiya Universiteti
→ Xəzər Universiteti