Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu və audit üzrə )

Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu və audit üzrə )

Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu və audit üzrə )

İxtisasın təsviri

  Mühasibat ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi,nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlar qazandırmaqdır. Auditor fəaliyyəti isə sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur. “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan şəxslər hər iki istiqamətdə bilik və bacarıqlar əldə edərək karyeralarını həm mühasibatlıq, həm də audit sahəsində qura bilərlər.

İxtisasın gələcəyi

  Müəssisələrin gələcəkdəki fəaliyyətlərini planlaması və indiki  maliyyə vəziyyətlərinin müəyyən edilməsi mühasibat uçotunun verdiyi məlumatlara əsaslanır. Bu məlumatlar həmçinin hər bir müəssisənin hazırki vəziyyətinin qimətləndirilməsi və gələcək fəaliyyətinin maliyyə proqnozlaşdırılması üçün vacib rol oynayır. Həmçinin şirkətin maliyyə durumu və ona nəzarət  idarəçiləri və səhmdarları maraqlandıran ən önəmli məsələlərdən biridir ki, bu nəzarətdə məhz audit yoxlamaları ilə həyata keçirilir. Hal-hazırda  bu ixtisasa həm ölkəmizdə həm də, xarici əmək bazarında qeyd olunan səbəblərdən dolayı böyük tələbat olsa da, gələcəkdə süni intellektin ən çox mənfi təsir edəcəyi və  texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən biri olacağı barədə də, proqnozlar mövcuddur. Bu səbəbdən, peşə sahiblərinin ixtisas üzrə nəzəri biliklərdən savayı bu  sahə üzrə ən yeni növ  texnologiyalar  və proqram təminatları ilə yaxından tanış olaraq, onlarla işləmək bacarığına yiyələnməlidirlər.

Universitet

→ Bakı Mühəndislik Universiteti