Biznesin təşkili və idarə edilməsi ( səhiyyənin idarə edilməsi üzrə )

Biznesin təşkili və idarə edilməsi ( səhiyyənin idarə edilməsi üzrə )

Biznesin təşkili və idarə edilməsi ( səhiyyənin idarə edilməsi üzrə )

İxtisasın təsviri

  Səhiyyənin idarə edilməsi proqramı biznes sektorunun köməyi ilə səhiyyə sahəsinə transformasiya etmək istəyən və bu sahəyə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Bu proqram səhiyyənin idarə edilməsi üzrə texniki və idarəçilik bacarığını  özündə birləşdirən sahələrarası ixtisaslaşmasıdır. İxtisas üzrə proqramda əməliyyatların idarəedilməsi, iqtisadiyyat, maliyyə və marketinq fənnləri ilə yanaşı səhiyyə xidmətləri sistemi, səhiyyə təşkilatlarının idarəedilməsi, səhiyyədə hüquq və etik məsələlər, səhiyyənin innovasiyası və qiymətləndirilməsi kimi sahələri əhatə edən fənnlər də tədris edilir.

İxtisasın gələcəyi

  Bu proqram ali təhsilli ,ixtisaslı mütəxəssislərin rəhbərlik keyfiyyətlərinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərini mənimsəmələrinə və analitik düşünmə, qərarvermə qabiliyyətlərinin inkişafına və onlarda  biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi,sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır ki, bu da ixtisas üzrə məzun olmuş şəxsləri əmək bazarında müvafiq sahə üzrə ehtiyac duyulan kadra çevirir. 

Universitet

→ Azərbaycan Dövlət İqtisad Universiteti