2-ci qrup üzrə ən az axtarılan ixtisaslar

2-ci qrup üzrə ən az axtarılan ixtisaslar

2-ci qrup üzrə ən az axtarılan ixtisaslar

   İdman menecmenti və kommunikasiya

   İdman menecmenti və kommunikasiya üzrə bakalavr proqramı öz karyerasını peşəkar kommunikasiya bacarıqları ilə idmanda inzibatçılıq, planlaşdırma, təşkil etmə və marketinq yönümlü peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır. Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Bundan irəli gələn tələblərə uyğun olaraq beynəlxalq idman sektorunda rəqabətə davamlı, səriştəli, peşəkar kadr hazırlığına tələbat var. Proqramın məzunları çoxsaylı dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən idman təşkilatlarında, eləcə də qeyri-idman sektorlarında sosial layihələrin keçirilməsi sahəsində də hazırlıqlı kadr olaraq fəaliyyət göstərəcəklər. 

  Bu ixtisas sahibi nə ilə məşğul olur?

  • Cədvəllər tərtib etmək;

  • Müxtəlif media vasitələri ilə müştərilər cəlb etmək;

  • Danışıqlar aparılaraq müqavilələrin imzalanması;

  • İctimaiyyətlə əlaqələrin qurulması və idman klublarının imiclərinin formalaşdırılması;

  • İdman yarışlarının, planlarının hazırlanması;

  • Maliyyə analizlərinin aparılması və s. 

 

Harada bu ixtisas sahiblənmək olar?

  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi  və İdman Akademiyası
  • Keçid balı - əyani - 200.0(236.3), 
  • Subbakalavr üzrə 51.0 (63.1)

 

Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)

  Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatlarının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir. 

 

Bu ixtisas sahibi nə ilə məşğul olur?

  • Beynəlxalq yükdaşımalara nəzarət;

  • Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət;

  • Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi;

  • Nəqliyyatda təhlükəsizlik məsələlərini bilməli və qeydə almalı;

  • Yolların nizamlılığının tənzimlənməsinə nəzarət etməli;

  • Nəqliyyat sistemlərinin idarəsinə baxmalı;

  • Nəqliyyatın modelləşməsi, nəqliyyat sistemlərinin istismarı;

  • Nəqliyyat vasitələrinin növünün seçilməsi;

  • Nəqliyyat növünün seçilməsi.

 

Harada bu ixtisas sahiblənmək olar?                                                                                                                       

  • Azərbaycan Texniki Universiteti;
  • Azərbaycan Turizm və Menecment Universiteti;
  • Mingəçevir Dövlət Universiteti;
  • Gəncə Dövlət Universiteti;
  • Naxçıvan Dövlər Universiteti;

Keçid balı 

  • Azərbaycan Turizm və Menecment Universiteti - Nəqliyyat servisi (sərnişin daşımaları nəqliyyatı üzrə) - 235.8 (332.0)
  • Azərbaycan Texniki Universiteti - Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə) - 348.0 (348.0)

 

Hidrometeorologiya                                                                                                                              

   Hidrometeorologiya dedikdə 2 sahə nəzərdə tutulur: Hidrologiya (su ilə bağlı olan məlumatlar) və meteorologiya (hava ilə bağlı olan məlumatlar). Hidrometeoroloji xidmət xalq təsərrüfatını müxtəlif növ meteoroloji, hidroloji və aqrometeoroloji məlumatlarla (hava, dəniz, çay, göl, və bataqlıqların vəziyyəti, qısa və uzunmüddətli proqnoz) təmin edən sahədir. Bu mütəxəssislər su və atmosferdəki təbii hadisələrin dəqiq proqnozunu vermək üçün lazımdır. Proqnozlar gəmiçilik və aviasiya sahələrində ən çox istifadə olunur, burada fövqəladə halların qarşısını alır, habelə kənd təsərrüfatında müxtəlif işləri (çeşid seçimi, məhsul yığımı və s.) planlaşdırmağa imkan verən yerlərdə istifadə olunur. Peşə kimi coğrafiya ilə maraqlananlar üçün uyğundur. 

 

Bu ixtisas sahibi nə ilə məşğul olur?                                                                                                                    

  • Ərazilərin, dənizlərin və okeanların hidrometeoroloji rejiminin öyrənilməsi;

  • Hidrometeorolji məlumatların verilməsi;

  • Hidrometeoroloji alət və avadanlıqların dizaynı və sınağı;

  • Hidrometeoroloji məlumat, hava proqnozu və hidroloji hadisələr, iqlim məlumatları və aqroiqlim şəraitinin öyrənilməsi;

  • Meteorologiya, aerologiya, hidrologiya, dəniz hidrometeorologiya sahəsində tədqiqat işlərinin aparılması;

  • Müşahidəllərin aparılması;

  • Proqnozların verilməsi;

  • Ehtimalların yoxlanılması və bunun üçün lazım olan üslibları bilməsi (tədris aldığı müddətdə öyrənilir);

  • Su, quru, okeanlar və atmosfer ekspedisiyalarında iştirak;

  • Hidrometeoroloji materialların dövlət fondunun formallaşdırılması;

  • Müşahidə materiallarının və elmi tədqiqatların tərtib edilməsi və nəşri.

 

Harada bu ixtisas sahiblənmək olar?                                                                                                                

  • Bakı Dövlət Universiteti
  • Milli Aviasiya Akademiyası 

 

Keçid balı - Milli Aviasiya Akademiyası - 342.7(342.7)

Baki Dövlət Universiteti - 281.3(322.4)

 

Statistika                                                                                                                                  

   Statistika cəmiyyətdə baş verən bütün prossesləri iqtisadiyyatda, mədəniyyətdə, əhalinin həyat səviyyəsində, ictimai həyatın formalaşmasında bütün dəyişikləri xarakterizə edir. Statistikanın əsas obyekti cəmiyyət və onun daxilində gedən proseslər və inkişaf nümunələridir. Statistika müasir iqtisadiyyatda, maliyyədə, menecmentdə peşəkar səviyyədə formalaşmasında baza kimi çıxış edir. Müasir dövrdə statistik təhlil olmadan gələcəyə proqnoz vermək olmaz. Həmçinin, əhalinin yaşam səviyyəsində də məlumat olmaz. Statistika bu səbəbdən hər bir dövr üçün səciyyəvi olur və nəticələri dövr üçün bizə bələd edir. Buna görə də statistika bir ixtisas kimi lazımi və zəruridir. Statistiklər sığorta, demoqrafiya, sosial iş, keyfiyyət menecmenti, tibbi və əczaçılıq araşdırmaları, bazar və ictimai fikir araşdırmaları və elmi araşdırmalar kimi sahələrdən empirik məlumatlar toplayır. Yaranan məlumatları qiymətləndirmək üçün məlumat analizi modelləri və metodlarından istifadə edirlər. Bu sahə coğrafiya və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir. 

 

Bu ixtisas sahibi nə ilə məşğul olur?                                                                                                             

  • Göstəricilərlə işləməli;

  • Gələcək dövrü təhlil edib, proqnoz verməli;

  • Müvafiq sahənin bazar araşdırmasını aparmalı;

  • Müvafiq sahənin statistik hesabatına təsir edən mənfi amilləri müəyyən edib, ona uyğun təkliflər hazırlanmalı;

  • Əldə olunan məlumatların düzgünlüyünün ayrı-ayrı vahidlərin əvvəlki dövrlər üçün məlumatlarla müqayisə olunmasının yoxlanılmasını həyata keçirir;

  • Rəqəmsal məlumatları təşkil etmək və emal etmək (onları qruplaşdırır, cəmi hesablayır və nisbi göstəriciləri hesablayır);

  • Müəssisənin istehsal və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak etmək;

  • Statistik məlumatlara əsasən müxtəlif arayışlar hazırlamaq;

  • İşdə müasir texniki vasitələrdən istifadə etmək üçün lazımi tədbirlər görmək;

  • Statistik göstəricilərdən istifadə edərək kütləvi sosial hadisələr və onların dinamikasını araşdırmaq;

  • Sosial fenomenlərin kəmiyyət tərəfi, keyfiyyət baxımından ayrılmaz dərəcədə əlaqəli, kəmiyyət dəyişikliklərinin keyfiyyətə (qanunauyğynluqlara) keçməsi prosesini təhlil etmək

  • Kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi (cəmiyyət hadisələrinin rəqəmsal işıqlandırılması).

 

 Harada bu ixtisas sahiblənmək olar?                                                                                                                

  • Azərbaycan Dövlət İqtisad Universiteti

Keçid balı: 

  • Qiyabi - 200.0 (233.3), 
  • Subbakalavr üzrə  85.7 (85.7)
  • Əyani - 437.9 (437.9)

 

Sosiologiya                                                                                                                               

   Sosiologiya cəmiyyətin necə dəyişdiyini, tarixi olaraq necə inkişaf etdiyini və bu prosesləri incələyən elmdir. Sosiologiya ictimai hadisələri, ümumi faktları və cəmiyyəti bütövlükdə analiz edir. Sosiologiya fərdi problemlərlə məşğul olmaz, çünki onun mövzusu sosial hadisələr və faktlardır. Sosiologiya cəmiyyətin ümumi qanunlarını, sosial davranış tərzlərini öyrənməyə çalışır. Sosiologiya cəmiyyəti bir bütöv olaraq araşdırır. Cəmiyyətin indi necə qurulduğunu bilmək, sosial proseslərin həyatın müxtəlif sahələrinə təsirini nəzərə almaq, ictimai vəziyyətin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq və ictimai hadisələri idarə edə bilmmək üçün lazımdır. Sosioloji tədqiqatların məlumatları, məsələn, ictimai rəyin təhlili, bu gün inkişaf siyasətini son sosial meyillərə uyğun olaraq vaxtında tənzimləmək və dalğada qalmaq üçün siyasət və dövlət idarəçiliyi sahəsində, habelə ticarət şirkətləri və mediada tələb olunur. Peşə tarixi və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. 

 

Bu ixtisas sahibi nə ilə məşğul olur?                                                                                                                   

  • Cəmiyyətin tələbatlarını bilmək və onları analiz etmək;

  • Müxtəlif sosial proseslərin inkişaf dinamikasını diaqnoz etmək;

  • Daim müxtəlif araşdırmalar aparmaq və cəmiyyətin ən son vəziyyətini öyrənmək;

  • Cəmiyyətdə problemlər olduqca onlara həll yolları təklif etmək;

  • Əhalinin sosial həyat şəraitinin inkişafı meyarlarının yaxşılaşdırılması;

  • Sosial sahənin inkişafə üçün optimal modelin planlaşdırılmasını təmin etmək;

  • Cəmiyyətdə sosial həmrəyliyin və sosial qrupların əməkdaşlığının öyrənilməsi metodologiyasının təkmilləşdirilməsi;

  • Müxtəlif sosial qrupların sosial fəaliyyətlərinin qiymətləndirilməsi barədə məsləhətlər vermək;

  • Əhalinin həyat keyfiyyəti və effektivliyinin diaqnostikasının səmərəliliyini artırmaq;

  • Sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi;

  • Sosioloji araşdırma zamanı əldə edilən məlumatların etibarlılığını və obyektivliyini nəzarət etmək və təmin etmək;

  • Keçirilmiş tədqiqatlar və tədbirlər əsasında aidiyyatı tövsiyələri əks etdirən hesabatların hazırlanması.

Harada bu ixtisas sahiblənmək olar?                                                                                                        

Keçid balı:

  • Sumqayıt Dövlət Universiteti - 200.0 (244.6),
  • Subbakalavr üzrə  74.4 (74.4)
  • Bakı Dövlət Universiteti - 365.8 (365.8)
  • Tədris ingilis dilində - 200.0 (304.0)
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 227.6 (296.1)
 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.