4-cü qrup üzrə ən az axtarılan ixtisaslar
Su bioehtiyatları və akvakultura ixtisası
Su bioehtiyatları və akvakultura ixtisası bakalavr dərəcəsi üzrə tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşləmələri, biosferin və eko-sistemlərin struktur və funksional təşkilatı, bioloji müxtəlifliyin növləri sahələlərində əsas bacarıqlara yiyələnirlər. Suda yaşayan hidrobiontlar – balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Həmçinin, bu sahəni öyrənməklə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərin, bu su hövzələrində yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Dünya akvariumları və okeanariumlar nəsli kəsilməkdə olan və nadir balıq növləri ücün genetik materialın anbarına çevrilmişdir. Bu məsələ ixtisas sahiblərini nadir növləri xilas etmək üçün beynəlxalq proqramın dəyərli iştirakçılarına çevirir. Hidrobionların çoxyönlü araşdırılması, ümumiyyətlə, biologiya üçün vacib olan bir sıra vacib kəşflər etməyə imkan verir. Bu sahə üzrə təhsil alan tələbələr, əsasən, balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Biologiya maraqlananlar üçün uyğun sahədir.
Bu ixtisas sahibi nə işlə məşğul olur?
-
Balıqların yemləndirilməsi və çoxaldılması üsullarını həyata keçirmək;
-
Su hövzələrində yayılmış bitki örtüyünün, xüsusilə də yosunların tədqiqatı ilə məşğul ola bilmək;
-
Balıqların anatomik quruluşunu, onların təkamül inkişafını, çoxalma xüsusiyyətlərini və yaşayış yerlərini öyrənmək;
-
Balıqların qorunması fəaliyyəti, populyasiyasının azalması və nəsli kəsilmə təhlükəsinin müəyyənləşdirilməsi;
-
Balıqların yaşayış şəraitinin öyrənilməsi, fərdi növlərin yetişdirilməsi üçün əlverişli mühitin əsas meyarlarının müəyyənləşdirilməsi;
-
Balıq məhsullarının baytarlıq və sanitariya qiymətləndirməsinin aparılması;
-
Balıq təsərrüfatlarında proseslərinin optimallaşdırılması;
-
Akvarium sakinlərinə və floraya diqqətli qulluq;
-
Akvariumda təmizliyi və optimal tempuraturu saxlamaq;
Harada bu ixtisasa yiyələnmək olar?
-
Bakı Dövlət Universiteti Ə 207.8 (256.9)
-
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) Ə 158.3 (158.3)
-
Qərbi Kaspi Universiteti Ə 200.0 (289.0)
İctimai səhiyyə ixtisası
İctimai səhiyyə ixtisası əhali arasında yayılmış infeksiyaları, mikrobları və epidemiyaları araşdırır. Onların əhali arasında yayılma səbəblərini öyrənir və yaranmış vəziyyətə qarşı mübarizə üsullarını tapmağa çalışır. Epidemiyaların olduğu əraziləri dəqiqləşdirir, ilk olaraq həmin ərazilərdə profilaktik işlərin tətbiqinə başlayır, insanların sağlamlığının qorunması üçün lazımlı tədbirlər görür. Həmçinin klinika və özəl xəstəxanalarda qan analizlərinin aparılması, sidikdən, spermadan, nəcisdən götürülmüş nümunələrin analizlərinin aparılmasını həyata keçirir. Qanda “eçs”ı (eritrostlərin çökmə sürətini) müəyyənləşdirir. Bakalavr təhsilini bitirdikdən sonra rezidenturada laboratiya həkimi təhsili aldıqda bu araşdırmalar sahəsində mütəxəssisləşmiş olurlar.
Bu ixtisas sahibi nə işlə məşğul olur?
İxtisas sahibi 6 illik baza (bakalavr) təhsilini bitirdikdən sonra rezidenturaya qəbul olur ki, rezidentura təhsili də bir neçə ixtisasa tam olaraq ayrılır:
-
Laboratoriya işi - klinika və laboratiyalarında müxtəlif analizlərin aparılması, qanın, sidiyin, nəcisin və.s tərkibində olan maddələrin miqdarının normalılığının müəyyənləşdirilməsi.
-
Mikrobiologiya - mikrobioloji analizlərin aparılması ilə məşğul olur. Xəstədən götürülmüş yaxmada (üzərində analizlərin aparıldığı xəstədən götürülən material) mikrobioloqun apardığı analizlər nəticəsində tərkibində hansı bakteriyaların olduğu müəyyən olunur. Bu iş laboratoriya şəraitində aparılsa da, həmin sahənin mütəxəssislərinə mikrobioloq deyilir.
-
Yoluxucu xəstəliklər – bu sahə üzrə ixtisaslaşmaq üçün bakalavr təhsilindən sonra əlavə 4 il müddətində ixtisaslaşmaq lazımdır. İnfeksiyalara yoluxmuş insanların müalicə, müayinəsi ilə məşğul olurlar. Qripdən tutmuş QİÇS, hepatitə kimi bütün növ infeksiya xəstəliklərinin müalicəsi üzərində çalışırlar.
-
Epidemioloq – bu sahə üzrə çalışan insanlar respublika üzrə epidemioloji xəstəliklərə nəzarət edirlər. Onların statiskasını aparır, qarşısını almaq yollarını öyrənərək həmin xəstəlikləri nəzarətdə saxlamağa çalışırlar. Əsasən, xarici səviyyəli ixtisasdır və hal-hazırda bizdə bu ixtisasa maraq nisbətən azdır.
-
Gigiyenist – bu ixtisas sahibləri gigiyena epidemiologiya mərkəzlərində çalışırlar. Ölkəyə gələn və ölkədən xaricə çıxan hər şeyə nəzarət edir, qida dəyərinin normallığını yoxlayırlar (qida, su, çörək və sairə). Bu ixtisas üzrə də maraq azdır, çünki qida texnologiyası sahəsi olduğu üçün tibbdə təhsil almış tələbələr bu sahə üzrə işləməyə üstünlük vermirlər.
Harada bu ixtisasa sahiblənmək olar?
-
Azərbaycan Tibb Universiteti Ə 552.9 (552.9)
-
Naxçıvan Dövlət Universiteti Ə 520.5 (522.2)
Baytarlıq təbabəti ixtisası
Baytarlıq heyvanların yetişdirilməsi, damazlıq heyvanların islahı, xəstə heyvanların müalicəsi, heyvanların keçici xəstəliklərdən qorunmaslı ilə məşğul olan peşədir. Burada əsas çətinlik heyvanların, insanlardan fərqli olaraq onlara nə baş verdiyini izah edə bilməməsidir və xəstə heyvanları axtararkən və ya diaqnoz qoyarkən yalnız xəstəliklərin xarici təzahürlərinə, diaqnostik prosedurların və analizlərin məlumatlarına etibar etmək lazımdır. Baytar heyvana profilaktik peyvəndlər verir və əməliyyat daxil olmaqla digər tibbi prosedurları həyata keçirir. Heyvandarlıq müəssisələrində baytarlar heyvanların sağlamlığına və heyvanların sağlamlıq standartlarına uyğunluğuna nəzarət edir, heyvanlardan alınan məhsul və xammalın keyfiyyətinə nəzarət edirlər. Baytarlıq klinikalarında bu cür mütəxəssislər heyvan sahiblərinə müalicə, qulluq və saxlama şəraiti barəsində məsləhət verirlər. Baytarlıq ixtisasında təhsil alan tələbələr heyvanların anatomiyası, heyvanların fiziologiyası, virusologiya, baytarlıq genetikası, kimya, biokimya, patoloji anatomiya, histologiya və s. fənlərini öyrənir. Biologiya ilə maraqlananlar üçün uyğun ixtisasdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur?
-
Heyvanların müalicə edilməsi;
-
Xəstəliklərin müalicəsi;
-
Heyvanların sağlamlıqlarının qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi;
-
Dezinfeksiya və dezinseksiya işlərinin aparılması;
-
Profilaktik tədbirlər (aşılama, sterilizasiya, kastrasiya, kəsmə, dişlərin fırçalanması və s.);
-
Nümunələrin götürülməsi və analiz üçün materilların daşınması;
-
Heyvanların yaşadıqları yerin sanitar şəraitinin yoxlanılması;
-
Xəstəliklərə qarşı dərman preparatların hazırlanması;
-
Heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
-
Qida məhsullarının müayinəsi, istehlak və satış üçün yararlılığının təsdqilənməsi;
-
Sənədlərin doldurulması;
Harada bu ixtisasa sahiblənmək olar?
-
Azərbaycan Dövlət Aqrar Universiteti Ə 181.9 (181.9)
-
Naxçıvan Dövlət Universiteti Ə 150.0 (152.2)
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.