Amerikaşünas olmaq üçün ilk addımlar - Regionşünaslıq

Amerikaşünas olmaq üçün ilk addımlar - Regionşünaslıq

Amerikaşünas olmaq üçün ilk addımlar - Regionşünaslıq

Amerikaşünas olmaq üçün ilk addımlar - Regionşünaslıq

  İxtisas seçimlərində Regionşünaslıq ixtisası var. Xüsusən də “Amerika regionu üzrə”. Regionşünaslıq ixtisası kifayət qədər geniş sahəni əhatə edir. Bu ixtisası oxumağa başlamazdan əvvəl nə istədiyinizi, hansı sahədə çalışmaq və ixtisaslaşmaq istədiyinizi bilmək çox önəmlidir. Bildiyimiz kimi ABŞ dünyanın super-güc dövlətidir, xəyallar ölkəsidir. İstədiyinizi reallaşdıra biləcəyiniz, yeni imkanların, fürsətlərin olduğu ölkədir. Bu ölkə ilə bağlı ixtisasın olması da sevindirici haldır.

  Öncəliklə ixtisası belə izah edək. Amerikaşünaslıq ixtisası Azərbaycan universitetlərində 2003-cü ildən tədris olunmağa başlayıb. İxtisas yeni yarandığı zaman tədris planı xarici mütəxəssislərin iştirakı ilə hazırlanır. Bununla Kanada və ABŞ ilə iqtisadi, siyasi, mədəni və elmi əlaqələrin inkişafına təkan vermək nəzərdə tutulurdu. Amerikaşünaslıq ixtisası təkcə regionun əsas ölkəsi olan ABŞ haqqında deyil, bütün qitə üzrə öyrənilir. Bura şimalda Kanadadan başlayaraq cənubda Argentinaya qədər olan ərazi daxildir. İxtisasın tədris olunduğu dörd il ərzində beynəlxalq hüququn əsasları, regionun milli təhlükəsizliyi, beynəlxalq münasibətlər nəzəriyyəsi keçilir. Həmçinin konfliktologiya, ölkənin tarixi, tarixşünaslığı, mədəniyyəti, ədəbiyyatı, coğrafiyası, daxili və xarici siyasəti kimi fənnlər keçilir.

İxtisas üzrə uğur qazanmanın sirləri

  Bu ixtisas üzrə əsas meyar ingilis dilini bilməkdir. Ancaq bu sahədə uğur qazanmaq üçün bununla kifayətlənmək doğru olmazdı. Həmçinin regionda istifadə olunan fransız və ya ispan dillərini bilmək də əsas şərtlərdəndir. Bu dilləri bilməklə nəinki Amerikaşünaslıq, bir çox sahələrdə fərqlənəcəksiniz. Sahədə uğur qazanmaq o qədər də çətin deyil. Bunun üçün istəmək və çalışmaq lazımdır.  Uğur qazanmaq üçün dil bilikləri ilə yanaşı, tarixi və coğrafi bilikləriniz də olmalıdır. Yüksək tədqiqat bacarıqları olmalıdır. Region üzrə baş verən müxtəlif proseslər barədə məlumatlı olmalısınız. Bu məlumatları təhlil etmək və düzgün nəticə çıxarmaq da lazımdır. Bu sahədə fəaliyyət göstərən və ABŞ səfirliyi tərəfindən dəstəklənən Amerika Mərkəzi də sizə təmənnasız kömək edə bilər.

  Əgər yuxarıda sadaladıqlarım sizdə alındısa, o zaman ixtisas üzrə uğurlu karyera qurmaq qaçılmaz olacaq. Lakin öncədən də söylədiyim kimi bu işə həvəslə yanaşmalı, ixtisasınızı sevməli və çox çalışmalısınız. 

  İxtisas üçün əsas iş imkanları: Tərcüməçilik, universitetlərdə ixtisasın əhatə etdiyi sahələrin tədrisi, beynəlxalq təşkilatlarda dövləti təmsil etmək, ölkəmizdə fəaliyyət göstərən səfirliklərdə səfir, konsul kimi fəaliyyət göstərmək olar. 

  Sonda isə bir daha qeyd edim ki, xüsusən dil bacarıqları və tədqiqatçılıq üzrə özünüzü təkmilləşdirin. Bu sahədə çoxlu sayda ədəbiyyatlardan da istifafə edə bilərsiniz.

  Sizə bu yolda uğurlar diləyirəm! 

 


Fidan İmanova

Bakı Dövlət Universitetinin Amerikaşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi

Əgər hər hansı bir sualınız yaranarsa, buyurub mənimlə əlaqə saxlaya bilərsiniz: 

Elektron poçt: fidan.imanova.99@gmail.com

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.