Bizim Cəbiş müəllim və ya sabun bişirməyən adam!

Bizim Cəbiş müəllim və ya sabun bişirməyən adam!

Bizim Cəbiş müəllim və ya sabun bişirməyən adam!

-Gənc nəslə nə demək istərdiniz? 

-Gəlməsinlər. (Receb İvedik)

  Salam, əziz müəllim namizədi! Birbaşa mətləbə keçirəm. Mən Nadirov Tuncay Abdulla oğlu 2007-2012-ci illərdə Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını oxumuşam. Hal-hazırda Bakı Türk Dəyanət liseyində  Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləyirəm. Bundan başqa “RM” nəşriyyatında çap edilən ona yaxın dərs və test toplularının müəllifiyəm. Və demək olar ki, 8 ildir ki, özəl müəsissələrdə dərs deyirəm. 

  Sizə bir neçə tövsiyəm olacaqdır. Ümidvaram ki, bu qeyd edəcəyim tövsiyələr sizin üçün faydalı olacaq. Bilirəm biz gənc nəsil nəsihət və ya tövsiyəni o qədər də xoşlamırıq. Amma mən 8 ildə yaşanmış təcrübədən çıxış edib sənə məsləhət verəcəyəm. Qulaq as ki, sonra müəllim işləyəndə şagirdlərin də sənə qulaq assın, dinləsin.

  Müəllim peşəsi müqəddəs peşə deyil, nə də ki müəllim olaraq sən müqəddəs şəxssən. Bu sənin  işindir. Amma digər peşələrdən bir xüsusi fərqi var. Sən insanın yetişməsi üçün ona doğru toxunuşları etməlisən. Əsas iş elə bax budur! 

  Dörd və ya beş ilini çayxanalarda və ya topazlarda keçirib sonra da MİQ imtahanı verib az bal toplayanda heç kimdə günah görmə. Çünki sənə verilmiş dörd illik möhlət hüququndan doğru istifadə etməmisən. Nəysə.

  Universitet sənə heç nə vermir, nə də ki səni müəllim etmir. Universitet sənə sadəcə yol göstərir. Sən o yolu dəyərləndirməlisən. 

  İkinci kursdan etibarən özəl və ya dövlət məktəbində işləyən müəllimə müraciət et. (Bu məktəbin özü də ola bilər). Çünki səni müəllim edəcək və ixtisasında təcrübə əldə edəcəyin onlar olacaqdır. 

  Üçüncü kursda çalış bütün məktəb proqramına hakim ol. İxtisas tərəfdən geriliyin olmasın. Hətta bir dənə də olsa, xarici dil öyrən. Xüsusən də, ingilis dili olmağı yaxşı olar. Təlimlərdə iştirak et. Şərt deyil ki, ixtisasınla bağlı olsun. İnsanla bağlı nə olsa, o təlimə get. İmkan etsən, xaricə də get. 

  Dördüncü kursa çatanda artıq öz qazancını qazanmalısan. Yoxsa vəziyyət yaxşı olmayacaqdır.

  Gəl indi mən özüm haqqında deyim. Mən işimdən razıyam. Böyük hörmət qazanmışam. İşimdə də peşəkaram. Bunu son dörd ildə əldə etmişəm. Bu sahənin eksperti deyə biləcək dərəcədəyəm.  

Bu qədər. Sağ olun! 

 

Hörmətlə, Nadirov Tuncay

Bakı Türk Dəyanət liseyi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.