Biznesin idarə edilməsi ixtisası haqqında nələri bilməlisiniz

Biznesin idarə edilməsi ixtisası haqqında nələri bilməlisiniz

Biznesin idarə edilməsi ixtisası haqqında nələri bilməlisiniz

Biznesin idarə edilməsi ixtisası haqqında nələri bilməlisiniz

  Biznesin idarə edilməsi - hər hansı bir müəssisənin mövcudluğunu davam etdirməkdir. Beləliklə, bu yolda müəssisənin gəlirliliyini təmin etmək üçün görülməli olan işlər məcmusudur. Müasir dövrdə effektiv biznes idarə edilməsinə ehtiyac duymayan müəssisə birmənalı olaraq mövcud deyil. Əslində, mövcud olsa belə, artıq çoxdan dünyaya gözlərini yummuşdur. Mövzunu daha yaxşı anlamanız üçün belə bir tərif verə bilərəm. Biznes - pul qazandıran istənilən fəaliyyətə verilən addır. “Non-profit organizations” bu tərifin istisnası olsa da, onlar da biznes idarəsi bacarıqlarına sahib olmalıdır. Buna görə də pul qazanmaq istəyən hər müəssisə effektiv biznesin idarə edilməsi bacarıqlarına sahib olan kadrlara hava, su kimi ehtiyac duyur. 

  Bu sahə ilə professional şəkildə məşğul olan hansı şirkətləri nümunə verə bilərsiz deyə soruşsanız, cavabım belə olardı. Uğurlu hesab etdiyiniz istənilən şirkət texniki bacarıqlı kadrları ilə yanaşı, yüksək səviyyəli idarə etmə bacarıqlarına sahib olan kadrlara da malikdir. Savadlı bir BA (Business Administration - Biznes İdarəçiliyi) məzunu əsasən yüksək səviyyədə maliyyə, marketinq üzrə biliyə yiyələnirlər. Eyni zamanda kommunikasiya və strateji planlama və s. təşkil etmə bacarıqlarına sahib olurlar. 

  Biznesin idarə edilməsi nəzəri və praktiki biliklərin eyni dərəcədə əhəmiyyətli olduğu bir ixtisasdır. Yəni bu sahədə uğurlu olmaq üçün sadəcə dərslərimizə fokuslanmaq kifayət etmir. Eyni zamanda bu biliklərimizi real həyatda işlədə biləcəyimiz biznes fəaliyyətləri ilə də məşğul olmaq lazımdır. Məsələn, yaz semesteri ərzində uğurla başa vurduğunuz “Marketinqin əsasları” kursundan əldə etdiyimiz biliklərimizi dəyərləndirməliyik. Yayda hər hansı bir şirkətin marketinq şöbəsində təcrübə proqramına qoşularaq tətbiq etməyə çalışmalıyıq. Bu zaman biz həm nəzəri biliklərimizi real təcrübələrlə əsaslandıracayıq, həm də özümüzün hansı xüsusiyyətlərimizi daha çox inkişaf etdirməli olduğumuzu öyrənəcəyik. 

  Təbii ki, praktikanın faydaları sadəcə bu ikisi ilə limitli deyil. Buna əlavə olaraq, universitet dərslərimizlə yanaşı, universitet xarici seminar və layihələrdə də aktiv olaraq iştirakınız çox önəmlidir. Seminarlar arzu etdiyiniz sahəni peşəkar insanların dilindən öyrənməyiniz və eyni zamanda professional çevrənizi genişləndirməyiniz (networking) üçün əla imkandır. Seminar və layihələrə necə qoşulacağınızı bilmək istəsəniz e-mail yolu ilə mənə bildirməyiniz kifayətdir.

  Bu sahədə uğurlu olmaq üçün daha çox hansı bacarıqlara yiyələnmək lazımdır sualına qısaca belə cavab verə bilərəm. İnternetdə daha ətraflı məlumat tapa bilməyiniz üçün ingilis dilində sıralayacam: networking; communication; problem-solving; time management; organizational; team working skills. 

Bu sahədə yüksək bacarıqlara yiyələnmək üçün xaricdə təhsil zəruridirmi?

Əyri oturub, düz danışsaq, hamıya məlumdur ki, prestij, tarix, nailiyyətlər baxımından xaricdə daha yaxşı universitetlər mövcuddur. Sadəcə, şəxsi fikrimdir ki, Biznesin idarə edilməsi sahəsində uğur qazanmaq və savadlı bir kadr kimi yetişmək üçün Azərbaycan bəs edir. Öz ölkəmizdə bu ixtisası tədris edən çox professional universitetlər mövcuddur. Buna görə də, bu sahədə xaricdə təhsilin zəruri olmadığını əminliklə deyə bilərəm. 

  Məqaləmizin mümkün qədər məlumatlandırıcı olması ilə yanaşı obyektiv olması da zəruridir. Buna görə də, son paraqrafda bu ixtisasın “pis” tərəflərinə yer vermək istərdim. Özüm də abituriyent vaxtlarımda bu ixtisas barədə ətraflı araşdırma etmişdim. Və onu deyə bilərəm ki, BA ixtisasının yeganə zəif cəhəti spesifik (xüsusi) bir peşə ilə təmin etməməsidir. Məsələn, mühəndislik ixtisası məzunu mühəndis, hüquqşunaslıq məzunu hüquqşünas, mühasibatlıq məzunu isə mühasib olur. Təbii ki, öz ixtisasından kənar işləyən insanlar da mövcuddur. Halbuki, biznesin idarə edilməsi ixtisasından məzun olmuş bir fərd öz karyera hədəfini özü müəyyənləşdirməli və bu sahədə daha da ixtisaslaşmalıdır. Magistr təhsili bu ixtisaslaşma üçün gözəl bir vasitədir. 

Faydalı olacağını arzu edirəm!
Hər kəsə uğurlar!

Elşən Yusifli
ADA Universiteti sonuncu kurs tələbəsi
Email: eyusifli2021@ada.edu.az

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.