Dövlət Sərhəd Xidməti Akademiyası
Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir.
Hansı sənədləri toplamalıdır:
- Əgər məktəbdə oxuyursa -
- anket (anketdə ev və mobil telefonlar dəqiq göstərilməli, əgər dəyişdirilərsə, məlumat verilməlidir)
- məktəbdən xasiyyətnamə
- tərcümeyi-hal
- doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq edilmiş)
- rəngli şəkil - 3 x 4 (4 ədəd)
- yaşayış yerindən arayış
- Əgər məktəbi bitiribsə -
- anket (anketdə ev və mobil telefonlar dəqiq göstərilməli, əgər dəyişdirilərsə məlumat verilməlidir)
- tərcümeyi-hal
- attestat (notarial qaydada təsdiq edilmiş)
- doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq edilmiş)
- rəngli şəkil - 3 x 4 (4 ədəd)
- işləyirsə, iş yerindən xasiyyətnamə
- yaşayış yerindən arayış
- İmtahanların qrupunun №-si və fənlər -
- 1-ci qrup ("Sərhəd təhlükəsizliyi və idarəetmə" ixtisası )
- Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən təsdiq olunmuş fənlər.
- Yaş məhdudiyyəti -
- Qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətandaşları ərizə ilə müraciət edə bilərlər
-Həkim Komissiyasına göndərildikdə qeydiyyatda olduğu poliklinikadan topladığı arayışlar-
- ümumi sağlamlıq haqqında arayış
- vərəm dispanserindən arayış
- dəri-zöhrəvi dispanserindən arayış
- ruhi-əsəb dispanserindən arayış
- narkoloji dispanserindən arayış
Mənbələr:
http://www.dsx.gov.az/erize_numune
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.