Energetika mühəndisliyi

Energetika mühəndisliyi

Energetika mühəndisliyi

 Energetika-enerjinin çevrilməsi,ötürülməsi, saxlanması və müxtəlif məqsədlərə  istifadəsi məsələləri ilə məşğul olur. Respublikamızda energetikaya aid aşağıdakı sənaye sahələri fəaliyyət göstərir:

- Energetik sistemlər və komplekslər;

-Elektrik stansiyaları və elektroenergetik sistemlər;

- Sənaye istilik energetikası;

- Bərpa olunan enerji mənbələri əsasında energetik qurğular;

- Yüksək gərginlik texnikası;

- İstilik elektrik stansiyaları,onların energetik sistemləri və aqreqatları.

 Energetika – texnikanın elə bir vacib hissəsidir ki, burada digər növ enerjilərin istilik və elektrik enerjisinə çevrilməsi, ötürülməsi, istifadəsi və idarə olunması prosesləri həyata keçirilir. İstilik və elektrik enerjisinin tətbiqi müxtəlif texniki üsul və vasitələrlə həyata keçirilir.

 Energetika – insan fəaliyyətinin xüsusi sahəsi olub, istilik ,mexaniki və elektrik enerjisinin qarşılıqlı çevrilməsi prosesini özündə ehtiva edir ki, bu da əsasən energetikaya aid sənaye sahələrində baş verir.

 Enerjinin istehsalı, ötürülməsi,paylanması və istifadə edilməsi üçün müxtəlif növ energetik qazanlar, reaktorlar, enerji bloklarının buxar və qaz turbinləri, generatorlar,qazların və havanın sıxılması üçün kompressorlar, istilik nasosları, köməkçi istilik-mexaniki avadanlıqlar, müxtəlif təyinatlı istilik mübadilə aparatları, istilik şəbəkələri və avadanlıqları, istilikdaşıyıcıların və işçi cismin kondensatlaşdırılması qurğuları, elektrik şəbəkələri və avadanlıqları, müxtəlif transformatorlar, texnoloji mayelər, yanacaq və yağlar və s. istifadə edilir.

 “Energetika mühəndisliyi” ixtisasına malik bakalavrın fəaliyyət sferasında istilik və elektrik enerjisinin istehsalı, çevrilməsi, ötürülməsi və paylanması istiqamətində müasir texniki vasitələrdən və metodlardan istifadə olunur.

 “Energetika mühəndisliyi” ixtisasını bitirmiş bakalavrın fəaliyyət obyektləri istilik və elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, digər enerji növlərinə çevrilməsi, istilik  və elektrik enerjisi təlabatı olan  sənaye müəssisələri və yaşayış sahələridir.

  “Energetika mühəndisliyi” ixtisasına malik bakalavrın fəaliyyət predmeti aşağıdakılardır:

- İstilik elektrik stansiyaları;

- Elektrik stansiyaları və yarimstansiyalar;

- İstilik şəbəkələri və istilik təchizatı sistemləri; 

- Elektrik şəbəkələri və elektrik təchizatı sistemləri;

- Buxar və qaz turbinli İES-lər;

- Günəş elektrik stansiyaları;

- Müxtəlif sənaye müəssisələrinin, şəhərlərin və qəsəbələrin istilik və elektrik təchizatı;

- Texnoloji komplekslər, qurğular, avadanlıqlar və sistemlər;

- İstilik  və elektrik sistemlərinin avtomatikası və avtomatlaşdırılması;

- Sənaye və istiləşdirmə qazanxanaları.

“Energetika mühəndisliyi” ixtisasına malik bakalavr aşağıdakı növlərə malik yerlərdə iş fəaliyyətini yerinə yetirə bilər:

- Layihə, axtarış və elmi tədqiqat sahələri;

- İstilik və elektrik enerjisinin istehsalınin texnologiyası sahələri;

- İstilik  və elektrik enerjisinin çevrilməsi, ötürülməsi, paylanması və tələbatı sahələri;

- Təşkilati və idarəetmə sahələri;

- Təhsil və pedaqoji fəaliyyət sahələri.

 

“Energetika mühəndisliyi” ixtisasına malik bakalavr professional fəaliyyəti dövründə aşağıdakı funksiyaları yerinə yetirir:

- İstilik elektrik stansiyalarda, yarimstansiyalarda energetik sistemlərin iş və istismar rejiminə, avtomatikasına, müxtəlif sənaye müəssisələrinin, şəhərlərin və qəsəbələrin istilik və elektrik təchizatına, qeyri-ənənəvi və bərpa olunan enerji mənbələrinin, iş funksiyasının keyfiyyətinə, təkmilləşdirilməsinə, energetik avadanlıqların modernləşdirilməsinə və texniki-iqtisadi göstəricilərinin yaxşılaşdıırlmasına və onların işini xarakterizə edən parametrlərin dəyişməsinə və ölçmə vasitələrinə nəzarət edir və texniki xidmət göstərir.

 Bu sahədə uğurlu olmaq üçün proqrama uyğun bilik və vərdişlərə keyfiyyətli yiyələnməli, nəzəriyyə və praktiki təlim arasında tarazlığı təmin etməli, əsas diqqət praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir. Müasir laboratoriyalar, tədqiqat laboratoriyaları, proqram və texniki təminat, komputer otaqları, yerli şəbəkə, internet, məlumat bazaları, elektron kitabxana və universitetin məlumat axtarış sistemlərindən səmərəli istifadə edilməlidir.

 

    Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün vacibdir: 

- Təhsil proqramında nəzərdə tutulan ümumi və peşə kompetensiyalarına yiyələnmək;

- O cümlədən, ana dilində şifahi və yazılı kommunikasiya bacarıqları;  

- Ən azı bir xarici dildə kommunikasiya bacarıqları;

- Tədris prosesində informasiya texnologiyalarından effektiv istifadə etmək qabiliyyəti; 

- Bilik və bacarıqlarını yaxşılaşdırmaq məqsədi ilə özünütəhlil və özünü sorğu-sual etmək qabiliyyəti;

- Öz fəaliyyətini, özünütəhsili və bacarıqların təkmilləşdirilməsini planlaşdırmaq və təşkil etmək qabiliyyəti, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığı;.  

- Energetik avadanlıqlar üzrə xüsusi layihələndirmə proqram təminatı ilə işləmək bacarığı; 

- Energetik avadanlıqların iş rejimini və istismarını vizual qiymətləndirmək bacarığı;

- Avadanlığın təhlükəzisliyi qaydalarını müəyyən etmək və anlamaq bacarığı.

 Müasir laboratoriya avadanlıqlarında və təcrübə qurğulaında ən son texnologiyaya uyğun energetik avadanlıqların iş rejimini öyrənmək məqsədilə bu ixtisas üzrə xaricdə təhsil önəmlidir.

Bu sahədə ADNSU ilə xarici universitetlər arasında əməkdaşlıq vardır.

 

  Karyera planlamasınnı qurmaq üçün:

Bakalavr proqramının məzunları təhsillərini eyni yaxud yaxın ixtisaslar üzrə Magistr proqramlarında davam etdirməklə;

“Azərenerji”ASC,”Azərişiq”ASC,”Azəristiliktəchizat”ASC,ATEF şirkətlər qrupu MMC və s.  digər özəl şirkətlərin və dövlət müəssisələrinin insan resursları departamentlərinə CV təqdim etməklə.


 

 ADNSU-da təşkil olunan karyera sərgilərində,“Azərenerji”ASC,”Azərişiq”ASC,”       Azəristiliktəchizat”ASC, ATEF şirkətlər qrupu MMC və s.  digər özəl şirkətlərin və dövlət    müəssisələrdə ilboyu və istehsalat təcrübəsi zamanı ilk işi tapmaq mümkündür.

 

Əliyev Aydın və  Nəsirov Şükür

 

Rəylər:

  1. Energetika oxumaq istəyirəm sadəcə maaşı ilə bağlı problem yaşayıram normal bir energetik nə qədər maaş alar?

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.