Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı
Turizm sözünün hərfi mənasına nəzər salsaq, fransız mənşəli olub, “gəzinti, səfər” demək olduğunu görərik. Turizm dedikdə, insanın hər hansı bir məqsədə görə (istirahət, müalicə-sağlamlıq, idman, işgüzar, elmi və s.) müəyyən müddətlik yaşadığı yerdən uzaqlaşması nəzərdə tutulur.
Turizm təhsili aldığınız zaman bir çox istiqamətlərə yönələ bilərsiniz. Belə ki, turizm özündə otelçilik, idarəetmə, sanatoriya-kurort müəssisələrində iş, tibbi turizm, turların təşkili və gid-bələdçilik, muzeylərdə iş kimi ixtisasları birləşdirir. Hər ixtisasın özünəməxsus maraqlı tərəfləri vardır. Bu ixtisasa yiyələnən şəxslər xidmət sahələrinin demək olar ki, hər birində uğurlu karyera qura bilərlər. Tədris müddətində nəzəri və praktiki ixtisas fənlərinə yiyələnməklə turizmçi kimi ilk fəaliyyətə başlaya bilərsiniz.
Tarixi çox qədim olan bu peşə müxtəlif dövrlərdə mövcud olmuş və inkişaf etmişdir. Hələ keçmiş dövrlərdən insanlar dini məqsədlərlə, yeni ərazilər kəşf etmək üçün, ticarət məqsədilə müxtəlif ərazilərə səyahətlər etmişdir. Səyahət edənlərin sayı artdıqca turizm təhsilinin verilməsi kütləviləşməyə başladı. İlk əvvəllər müxtəlif təlim, seminar kurslar vasitəsilə ötürülən biliklər daha sora peşə məktəblərində, kolleclərdə, ali təhsil ocaqlarında tədris olunmağa başladı. Çünki turizm çox investisiya tələb etməyən müasir sənaye sahəsidir və gün getdikcə turizmə maraq daha da artır.
Turizm birbaşa insanlarla bağlı peşə sahəsi olduğundan bu sahədə nə qədər uğur qazanmağınız insanları nə qədər tanımağınızdan və insan psixologiyasına nə qədər bələd olmağınızdan asılıdır. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərməklə turistlərə həm öz mədəniyyətinizi təbliğ edə, həm də keyfiyyətli istirahətlərini təşkil edə bilərsiniz. Turizm təşkilatçısı kimi uğurlu olmaq istəyirsinizsə, müştərinin ehtiyac ve istəklərini düzgün müəyyən etməyi bacarmalısız. Siz müştərinin müraciəti zamanı turizmin məqsədinə görə hansı növünü ( məs. elmi), hansı formasını (daxili ya xarici) və hansı təşkil növünü (qrup və ya fərdi) istədiyini düzgün müəyyən etməli, tez bir zamanda uyğun turpaket hazırlamalısınız. Bu zaman müştərinin hansı dəyərləri üstün tutması unudulmamalıdır. Müştəriyə turpaket hazırlanarkən onun istəkləri büdcəsinə uyğun formada biletdə öz əksinə tapmalıdır.
Nəzəri biliklərə yiyələnən gənc öz nəzəriyyəsini təcrübə vasitəsilə təkmilləşdirməlidir. Təcrübə üçün ən yaxşı başlanğıc bu sahədə uğurlu olan təşkilatlara təcrübə proqramlarında iştirak etmək və könüllü faəliyyətlərlə məşğul olmaqdır. Təcrübə inkişaf üçün ən doğru formuldur. Təcrübə və nəzəri biliklərlə bərabər öz yolunuzu tapmaqda mentor köməyindən də yararlana bilərsiniz. Daha çox bilik və bacarıqlara yiyələnmək üçün daim axtarışda olmalı, yeni biliklərə yiyələnməyə can atmalı, və erudusiyalı olmağı bacarmaq lazımdır. Turizm dinamik bir sahədir və daim yenilənir. Bu yenilikləri(trendləri) daim izləsəniz və öz işinizdə tətbiq etməyi bacarsanız uğurlu mütəxəsis olarsız.
Turizm ixtisasına yiyələnmək üçün xaricdə təhsil kifayət qədər mühüm rol oynayır. Turizm baxımından inkişaf etmiş ölkələr turizm təhsilinə daha çox önəm verir, nəzəriyyədən praktikaya doğru irəliləyir. Bu gün dünyada turizm sahəsində yetəri qədər inkişaf etmiş və hətta iqtisadiyyatını turizm üzərindən quran dövlətlər var. Bu ölkələrdə turizm təhsili almaq şəxsi inkişafınıza və karyera qurmağınıza yüksək töhfə verə bilər.
Karyeranıza hansı mərhələdən başlamaq sizin təhsilinizdən, bilik və bacarıqlarınızdan və təcrübənizdən asılıdır. Əgər siz təhsil aldığınız müddətdə turizm peşəsini dərk etmisinizsə, bu sahədə olan təcrübələri lazımı qədər araşdırmısınızsa, xarici dil biliyinə, İKT bacarıqlarına yiyələnmisinizsə, müxtəlif xalqların mədəniyyətlərinə, adət-ənənələrinə, tarixinə nəzər salmısınızsa, bu sahədə nə qədər geniş təcrübə qazanmısınızsa kareyeranızı bir o qədər yüksək pillədən başlaya bilərsiniz. Turizmdə uğurlu kareyera qurmaq üçün işinizi və insanları sevməyi bacarmalısınız. İş prosesində qarşılaşdığınız problemləri həll etməyi, çətin situasiyalarda həll yolunu tapmağı bacarmalısınız. Bu zaman siz mütəxəsis ola bilərsiniz .
Siz turizm istiqamətində ilk kareyeranızı qurmağa başlayırsınızsa, siz hansı peşəni sevdiyinizə və hansı işi görməkdən zövq aldığınıza qərar verməlisiniz. Sevdiyiniz işdə çalışmaq motivasiya baxımından əsas amildir. Siz artıq təhsilinizi bitirmiş, zəruri bilik və bacarıqlara yiyələnmisinizsə və artıq müəyyən təcrübəniz varsa turizm sahəsində uğur qazanmış şirkətlərdə ilk karyera adımlarınızı atmağınız sizin üçün daha uğurlu ola bilər. Sizin işə başlayarkən hansı pillədən başlamağınız sizi ruhdan salmasın. Siz gücünüz, səbriniz dözümünüz və əldə etdiyiniz biliklər sayəsində qalxacağınız pillələrin sərhədi yoxdur. Turizm tarixi boyu öz sözünü demiş, nəhəng koorperasiyalar yaratmış Sezar Rits, Konrad Hilton, Con Mariott mehmanxana fəaliyyətlərinə ən aşağı pillələrdən başlamışdır. Hal-hazırda nəhəng şəbəkələri vasitəsilə dünya mehmanxana sənayesində mühüm yer tuturlar.
Vəfa Rüstəmova
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.