İdarəetmənin iqtisadiyyatda rolu

İdarəetmənin iqtisadiyyatda rolu

İdarəetmənin iqtisadiyyatda rolu

  Menecment müəssisə qurma, idarəetmə və fəaliyyət formalarını anlamaq və inkişaf etdirmək üçün yaradılmış, menecment eyni zamanda iqtisad ixtisası ilə ortaq sahədə çalışan ixtisas sahəsidir. Texnoloji yenilikləri təqib edərək və faydalanaraq müasir dünyadakı böyük şirkətlərin araşdırma aparmasına və fəaliyyət göstərməsinə yardım edən menecment təşkilatın həm daxili, həm xarici mühit amilləri arasında qarşılıqlı dinamikanı və münasibətləri müəyyənləşdirir. “Menecment” anlayışını daha yaxşı başa düşmək üçün kəlmənin orijinal dildəki mənasına baxmaq lazımdır. Menecment ingiliscə “management”, kəliməsindən götürülüb və idarəetmə mənasını verir. Lakin idarəetmə sözü menecmentdən daha geniş anlayışdır. Menecmentə verilən ən geniş yayılmış tərif: “Menecment – idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür”. Qısa desək, “Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir” . Menecment ixtisasına yiyələnən şəxslərə menecer deyilir və onlardan aşağıdakı bilik və bacarıqlara sahib olmaları gözlənilir:

  1. İqtisadiyyat və idarəetmə ilə bağlı biliklər – menecment ixtisasından məzun olan şəxslərin iqtisadiyyat haqqında dərin biliklərə malik olmaqla yanaşı, bu biliklərin təcrübədə istifadəsinə, iqtisadi məlumatları şərh etməyə imkan verən analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.
  2. Psixologiya və sosiologiya ilə bağlı biliklər – menecment, insan resurslarının idarə edilməsi və marketinq ixtisasları kimi insanlarla birbaşa əlaqədə olan sahədir. Nəzərə alsaq ki, menecer birbaşa insanları idarə edən şəxsdir onun psixologiya və sosiologiya ilə bağlı biliklərinin olmağı aydın olar.
  3. İngilis dili və informasiya texnologiyalarından istifadə bacarığı – bu bacarıqlar bu gün demək olar ki, bütün sahələrin mütəxəssislərindən tələb olunur, lakin menecment sahəsində fundamental elmi əsərlər məhz ingilis dilində olduğu üçün bu dili bilməyin əhəmiyyəti daha da artır.
  4. Beynəlxalq və yerli kurslar və layihələr – İnternet üzərində yüzlərlə ödənişsiz kurslar var, bu kurslara həmçinin ixtisasla əlaqədar beynəlxalq və yerli layihələrə qoşulmaq bilik və bacarıqlarınızı daha yüksək səviyyəyə çatdırar.
  5. Bu sahədə atıla biləcək növbəti addım isə menecmentin bir istiqamətini (minnovasiya, təhsil, səhiyyə, aqrar və s.) seçərək xarici ölkədə magistr təhsili almaqdır. Bakalavr təhsili üçün Azərbaycanın bir çox universitetlərində imkan var, amma istər kadr potensialı, istərsə də şəhərin özünün təqdim etdiyi imkanlar (iri şirkətlər, müxtəlif QHT-lər, beynəlxalq təşkilatların ofisləri və s.) nəzərə alındıqda Bakıda təhsil daha üstündür. İngilis, rus və ya ən azından Türkiyə türkcəsini bilmək internet üzərindən yayımlanan kurslardan faydalanmaqla xaricdə təhsilə yaxın səviyyədə təhsil almağa imkan verir. 

    Menecment sahəsində uğurlu bir karyera qurmaq üçün yuxarıda sadalanan bilik və bacarıqlarda əlavə nəzərə alınmalı, ən mühüm məsələ gələcək iş həyatında ən çox işinizə yarayacaq olan komanda qurmaq və komanda ilə işləmək bacarığıdır. Nəzərə almaq lazımdır ki menecerin birbaşa işi hansısa kollektivi idarə etməkdir və bu bacarığı ancaq təcrübə ilə əldə etmək mümkündür, bu təcrübəni isə təhsil müddətində əldə etmək lazımdır – layihələrə qoşulmaq, könüllü kimi fəaliyyət göstərmək və s. İstənilən sahədə karyera qurmaq üçün atılan addımlar menecment sahəsində də aiddir: əvvəlcə özünüzü (bilik və bacarıqlarınız, hədəf və arzularınız və s) tanıyın; karyera qurmaq istədiyiniz sahəni yaxından və dərindən araşdırın (http://ixtisas.az/ və s. bu kimi saytlardan məlumat toplayın); bu sahədə çalışan insanlarla görüşüb söhbət edin – əgər mümkün olarsa, onların yanında təcrübə keçin; Nadir Adilov müəllifi olduğu “Gəncsən başla!” kitabını oxumaq da uğurlu karyera qurmaq üçün gözəl bir başlanğıc ola bilər.

  Menecment sahəsində arzuedilən bir karyeraya sahib olmaq, həmçinin ilk işinizi tapmaq üçün ən yaxşı yol layihə menecmentini dərindən öyrənmək və kiçik layihələr icra etməkdir. Layihə menecmenti menecment ixtisasının tələbələrinə tədris edilir, bununla yanaşı, iki-üç günlük intensiv kurslar və müxtəlif online kurslar da sizə bu sahəni öyrənməkdə kömək edəcəkdir. Layihə yazılışını öyrənmək üçün hansısa layihəyə planlaşdırmadan hesabata qədər bütün mərhələlərində iştirak etmək şərti ilə qoşulmaq və ya professionallardan kömək almaq olar. Bir çoxunuzun bildiyi kimi Azərbaycan Gənclər Fondu (https://youthfoundation.az/) gənclərin fərdi layihələrini dəstəkləyən ən yaxşı yerli qurumdur. Bu fondun dəstəyi ilə həmçinin xaricdə qısamüddətli kurslara və s. tədbirlərə də getmək mümkündür. Saytda həmçinin iş tapmaq üçün də “Gənclərin məşğulluq proqramına da qoşulmaq mümkündür. Proqram gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə vermək üçün nəzərdə tutulmuşdur. Proqram çərçivəsində işə cəlb olunan gənclərlə minimum 1 illik əmək müqaviləsinin bağlanması və əmək haqqının müəyyən müddətə qismən(50%) Fond tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük verilir. Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil edilən karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edirlər. Yuxarıda adını çəkdiyim kitabda bu cür imkanlar haqqında daha ətraflı məlumatlar əldə etmək olar. Hər kəsə Uğurlar!

  Fərrux Rəhimov
    Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrobiznes və menecment kafedrasının assistenti.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.