İncə sənətlər - İnstrumental ifaçılıq

İncə sənətlər - İnstrumental ifaçılıq

İncə sənətlər - İnstrumental ifaçılıq

 İnstrumental ifaçılıq fakültəsi haqqında məqaləni oxuyan hər kəsə Salamlar!

  İlk öncə onu bildirim ki, ifaçılıq qabiliyyəti olmayanlar, ifaçılıq ixtisasına qəbul ola bilməzlər. İxtisas bir sıra universitetlərdə tədris olunur. Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət İncəsənət Universiteti kimi musiqi ixtisasları tədris olunan məkanlarda təhsil almaq mümkündür.

  Keçək lap əvvələ. Siz ilk öncə musiqi məktəbi (7 illik) bitirdikdən sonra ya 11 illik musiqi məktəbində, ya da musiqi kollecində musiqi təhsilinizi tam başa vurmalısınız. Daha sonra 2020-ci ilə görə 5-ci qrup üzrə hazırlaşıb, orta məktəb fənlərindən əlavə ixtisasınız üzrə qabilliyət, ixtisasa görə musiqi ədəbiyyatı, harmoniya, solfecio və s. kimi digər ixtisas fənlərindəndə imtahanlarda iştirak etməlisiz. İxtisas qiymətləndirmədə yalnız yüksək bal alanlar müsabiqəni keçə bilir. 10 ballıq şkala üzrə ən az 8 almaq mütləqdir. Universitetə qəbul olduqdan sonra sizi orada fərqli abu-hava gözləyir. İncəsənət aləmi bir başqa olur. 

  Niyə məhz İnstumental ifaçılıq, musiqiçi olmaq?

  Musiqiçi yolu asan görünsə də, əslində çox çətin peşələrdən biridir. Hər birimiz hər hansı bir musiqi alətinə yiyələnmək istədiyimiz zaman 5-6 ay, bəzən 1 ilə dahilər kimi ifa edəcəyimizi düşünürük. Əslində bu belə deyil. İnstrumental alətdə ifa üçün səbir lazımdır. Çünki sizi öndə ən azı alətdə düzgün istifadə qaydaları, mexaniki və fiziki hazırlıq ili ən az 13 ildir. Daha sonra düzgün, savadlı musiqiçi olduqdan sonra əgər dünyəvi bir alətlə məşğulsunuzsa, siz təhsilinizi (bakalavr və ya magistr) xarici ölkələrdə də ala bilərsiniz. Xarici ölkənin avantajı elə xarici ölkədə çox yüksək maaşla, işlə təmin olunmaqdır. Azərbaycanda isə minimum müəllim kimi çalışmağa iş yeriniz var. Orkestrda çalışmaq üçün isə siz digər ifaçılardan seçilməli və sizin not oxuma qabiliyyətiniz səlis olmalıdır. Daha sonra sizi müsabiqəyə dəvət olunursunuz. Müsabiqədə ən yararlı musiqiçi işə dəvət olunur. Yer limiti çox azdır. 

  İnstrumental ifaçılığın istiqamətləri barədə...

  İnstrumental ifaçılığın özünün də şöbələri mövcuddur. Bunlar aşağıdakılardır: Simli alətlər şöbəsi, Nəfəs və Zərb alətləri şöbəsi, Xalq çalğı alətləri şöbəsi və s. Simli alətlər şöbəsi dünyəvi alətlərdən ibarət olduğundən həm yüksək maaş imkanı, həm də rahat iş tapmaq perspektivlərinə malikdir. Amma yenə yuxarıda qeyd etdiyim kimi, seçilən musiqiçi nəzərdə tutulur. Nəfəs və Zərb alətləri qıtlığ yaşanan, simli alətlərdən 5 qat daha çox ehtiyac olan bir şöbədir. Çünki simli alətlər açıq havada instuksiyasız səslənmədiyi üçün belə zamanlarda nəfəs alətlərindən istifadə olunur. Hərbi sahədə nəfəs və zərb alətləri daha çox istifadə olunur. Çox vaxt da işlə təmin olunma ehtimalınız çox yüksəkdir. Nəfəs alətlərini öyrənmək isə çox çətin bir instrumental şöbədir. Xalq Çalğı alətləri şöbəsi isə dünyəvi şöbə olmadığı üçün siz yalnız öz ölkənizdə təhsil alıb və çalışa bilərsiniz.

  İş yerinə gəldikdə isə müəllim kimi çalışmaq olar, amma iş yeri asan tapılmaya bilər. Orkestr Azərbaycanda çox az olduğundan orda da işə düzəlməkdə çətinlik yaşaya bilərsiniz. 

  İnstrumental ifaçılıqda 1 şöbədə var ki, bu aləti özünlə daşımaq mümkünsüzdür. Fortepiano şöbəsi. Fortepiano ifaçıları işə düzəlməkdə ən böyük problem yaşayan ifaçılardan birincisidir. Çünki orkestrda fortepiano ifaçılarına demək olar ki, ehtiyac olmur. Müəllim kimi də sayları çox olduğundan iş tapmaq çətin olur. 

  Solist kimi fərqlənməyi bacarsanız, sizi öndə çox böyük uğurlar, pullar və səhnələr gözləyir. 

  İnstrumental ifaçılığın həm yaxşı , həm də pis tərəflərini sizə izah etməyə çalışdım. Yəqin ki, hər bir şeyi izah edə bildim. Musiqi sahəsi çox uğurlu və gözəl sənətlərdən birincisidir. Çünki siz arzuladığınız, görmək istədiyiniz insanlar hər zaman incəsənət adamları olur. Bu sahədə olan insanlar məhşur və tanınmışlarla sıx əlaqədə olurlar. Güclü musiqiçilər dünyanın çox ölkələrini gəzmək imkanları olur.

 


  Asan görünən, amma çətin olan peşədə sizə uğurlar!

 Cabir Əliyev 

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.